Uşaqlar üçün arıqlamaq yolları

13 Avqust 2019 Kateqoriya: Arıqlamaq üçün nə etməli? Müəllif:
Oxuma vaxtı: 6 dəq Oxunma sayı: 11300
Uşaqlar üçün arıqlama yolları şəkil
4.3/5 - (132 votes)

Müasir dövrdə artıq çəkidən nəinki böyüklər, hətta uşaqlar da əziyyət çəkir. Kiçik yaşlarından kökəlməyə meylli uşaqlar valideynlərdə narahatlıqlar doğurur. Bəs belə hallarda nə etməli? Uşaqlar üçün arıqlamaq yolları düzgün qidalanma və aktiv həyat tərzindən ibarətdir.

3-4 yaş uşaqlar üçün arıqlamaq yolları – düzgün qidalanma

5 yaşına qədər uşaqlarda fiziki inkişaf dalğavaridir. Yəni bəzi dövrlərdə çəkinin artması heç də kökəlmə mənasını vermir. Bu yaşlardan etibarən uşaqlarda sağlam qidalanma vərdişlərini formalaşdırmaq lazımdır. Sadəcə unutmayın ki, 5 yaşına qədər uşaqları arıqlamaq üçün pəhrizə otuzdurmaq olmaz.

3-4 yaş uşaqlar üçün düzgün arıqlamaq yolları

Menyu

  • Səhər (8:00) – 200 qr südlü sıyıq, 100 ml suda hazırlanmış və 50 ml süd əlavə olunmuş kakao, 30 qr peçenye və ya üzərinə 5 qr kərə yağı çəkilmiş 30 qr çörək
  • İkinci səhər yeməyi (10:30) – 100 qr sobada kəsmik, 150 ml meyvə şirəi
  • nahar (13:00) – 150-180 ml ət bulyonunda şorba, 70-100 qr soyutma ət, 80 qr kartof püresi, 50 qr tərəvəz salatı, 20 qr çörək, 150 ml kompot
  • atışdırma (15:30) – 150 ml kefir ya da süd, 100 qr giləmeyvə və ya ½ böyük meyvə
  • axşam (19:00) – 200 qr tərəvəz salatı, 30 qr çörək, 150 ml kefir

Uşaqlar üçün arıqlamaq yolları foto 1

5-12 yaş uşaqlar üçün arıqlamaq yolları

5 yaşdan yuxarı uşaqlarda arıqlamaq yolları, daha doğrusu pəhriz bir qədər fərqlidir. Qida rasionu balanslaşmış və faydalı olmalıdır. Orqanizmi boş kalorilərlə yükləmək olmaz.

5-12 yaşda uşaqlar üçün arıqlamaq yolları

Menyu

Mötərizədə qeyd olunan qida məhsullarının hər biri növbə ilə günaşırı bişirilir. Məsələn, bir gün səhər yeməyində qarabaşaq (qreçka), ertəsi gün isə yulaf sıyığı hazırlayırsınız. Hamısını birdən verməyin.

Səhər: sıyıq (düyü, yulaf, qarabaşaq)

Sıyığın tərkibi

  • 100 ml su
  • 2 xör.qaş. yarma
  • 100 ml süd
  • 1 çay qaşığı şəkər
  • 1 çimdik duz
  • 2 ç.q. zeytun yağı
  • bir qədər qurumeyvə (kişmiş, qaragavalı, qaysı)
  • xırdalanmış qoz-fındıq

Uşaqlar üçün arıqlamaq yolları foto 2

Nahar vaxtından 15-20 dəqiqə əvvəl: kokteyl

Böyüklərin içdiyi arıqlamaq üçün kokteyllər uşaqlarınkından bir qədər fərqlənir.

Uşaqlara verilən arıqlamaq üçün kokteylin resepti

  • Təbii qatıq – 50 ml
  • Yumşaq kəsmik – 50 qr
  • İstənilən meyvənin şirəsi – 30 ml
  • Meyvə və ya giləmeyvələr – 30 qr

Uşağa allergiya verməyən meyvələrdən, şirələrdən seçin.

Naharda: kiçik porsiya şorba, yarım dilim çovdar çörəyi

Axşam yeməyində: 100-200 ml istənilən süd məhsullu içki (qatıq, kefir)

Uşaq sutkada maksimum 100 qr çovdar çörəyi yeməlidir.

Uşaqlar üçün arıqlamaq yolları foto 3

5-12 yaşda uşaqlar üçün arıqlamaq yolları – 2 həftəlik dieta

Bütün səhər yeməklərində və atışdırmalarda kokteyl içəcək. Hər gün naharda yarım porsiya şorba vacibdir.

I həftənin menyusu

1-ci gün

  • Nahar – tərəvəz yeməyi, buxarda bişirilmiş küftə, alma kompotu
  • Axşam – buxarda balıq kotleti, pomidor.

2-ci gün

  • Nahar – soyutma toyuq (dərisiz və yağsız), yaşıl noxud
  • Axşam – küftə, kartofdan başqa suda qaynadılmış tərəvəzlər, 2 mandarin

3-cü gün

  • Nahar – mal ətinin soyutması, bolqar bibəri ilə kələm salatı
  • Axşam – kəsmikli almalı zapekanka

Uşaqlar üçün arıqlamaq yolları foto 4

4-cü gün

  • Nahar – soyutma balıqla tərəvəzlər (kartof qatmadan)
  • Axşam – pendirli toyuq ruleti, köklü kələm salatı

5-ci gün    

  • Nahar – hinduşka küftəsi, kərə yağı qatılmış gül kələm püresi, xiyar
  • Axşam – toyuq soyutması, pomidor salatı

6-cı gün

  • Nahar – buxarda mal ətindən kotlet, zeytun yağlı kələm salatı
  • Axşam – yaşıl noxud qatılmış soyutma balıq, portağal

7-ci gün  

  • Nahar – toyuq küftəsi, sobada bişirilən tərəvəzlər, kahı
  • Axşam – kartofsuz vineqret (zeytun yağı qatılmış)

Uşaqlar üçün arıqlamaq yolları foto 5

Uşaqlar üçün arıqlamaq yolları – 2 ci həftənin menyusu

Birinci həftədə olduğu kimi bütün səhər yeməklərində və atışdırmalarda kokteyl hazırlayın. Hər naharda yarım porsiya şorba içirin.

1-ci sutka

  • Nahar – yumurtalı, pendirli və göyərtili toyuq ruleti, zeytun yağı qatılmış çoban salatı
  • Axşam – xama ilə kələm zapekankası

2-ci sutka

  • Nahar – dərisiz yağsız hinduşka soyutması, boranı
  • Axşam – balıq suflesi, pomidor

3-cü sutka

  • Nahar – buxarda mal ətindən kotlet, yaşıl noxudlu zeytun yağlı tərəvəz salatı
  • Axşam – alma və şirin kəsmikdən zapekanka

4-cü sutka

  • Nahar – soğanlı toyuq zapenkası, gül kələmi+yumurta+göyərti+qatıqlı salat
  • Axşam – göbələk və tərəvəzlərdən xörək

Uşaqlar üçün arıqlamaq yolları foto 7

5-ci sutka

  • Nahar – boranı və ətdən kotlet, pomidor
  • Axşam – tərəvəzli omlet, portağal

6-cı sutka

  • Nahar – sobada tərəvəzlərlə balıq, xiyar
  • Axşam – yoqurtlu meyvə salatı

7-ci sutka 

  • Nahar – balıq zapekankası, pomidor
  • Axşam – kartofu çıxmaq şərtilə suda bişmiş tərəvəzlər, alma

Uşaqlar üçün arıqlamaq yolları foto 8

Xülasə

Uşaqlar üçün arıqlamaq yolları pəhrizlə yanaşı, həm də idman və gimnastikadan ibarətdir. Lakin bir məqamı yadda saxlayın ki, uşağı qətiyyən yükləmək olmaz.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin:
4.3/5 - (132 votes)
Şərhlər
Bu yazıya bir şərh yazılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir