Arıqlamaq üçün detokslar

07 Avqust 2019 Kateqoriya: Arıqlamaq üçün pəhrizlər Müəllif:
Oxuma vaxtı: 2 dəq Oxunma sayı: 23
Arıqlamaq üçün detokslar şəkil

Arıqlamaq üçün detokslar son zamanlarda böyük məşhurluq qazanıb. Məqalədə sizə arıqlamaq üçün ən yaxşı kokteylləri təqdim edirik.

Almalı-bananlı kokteyl:

  • Banan – ½ ədəd
  • Alma – ½ ədəd
  • Şüyüd – 1 dəstə
  • Kəpək – 1 xörək qaşığı

İspanaq kokteyli:

  • Sürtgəcdən keçilmiş zəncəfil – 1 çay qaşığı
  • İspanaq – 2 ovuc
  • Alma – 2 ədəd
  • Bal – 2 çay qaşığı
  • Su – 250 ml

Sitrus kokteyli:

  • Portağal – 1 ədəd
  • Qreypfrut – ½ ədəd
  • Limon – ½ ədəd
  • Soyudulmuş yaşıl çay– 250 ml
  • Banan– 1 ədəd
  • Bal – 1 çay qaşığı

Zəncəfilli-ballı kokteyl:

  • Bal – 1 çay qaşığı
  • Qaynar su – 250 ml
  • Limon şirəsi – 2 xörək qaşığı
  • Sürtgəcdən keçirilmiş zəncəfil – 1 çimdik

Arıqlamaq üçün detokslar 1 şəkil

Reseptlərin hazırlanma qaydası:

Kokteyl 1:

Bananın yarısı, almanın yarısı, şüyüd və kəpəyi blenderdən keçirin. Belə arıqlamaq üçün detokslar günə başlamaq üçün çox yaxşı seçimdir.

Kokteyl 2:

Təmizlənmiş zəncəfilləri sürtgəcdən keçirin. Onu, ispanaq, alma və balı blenderin kasasına tökün, üzərinə su əlavə edin və eynicinsli kütlə alınanadək blenderdən keçirin. Belə kokteyl iltihabəleyhinə təsir göstərir və faydalı maddələrlə zəngindir.

Arıqlamaq üçün detokslar 2 şəkil

Kokteyl 3:

Qreyfurt və portağalın qabığını soyun və yarıya bölün. Yarım limonun şirəsini sıxın. Onları blenderin kasasına tökün, banan və balı əlavə edib inqridientləri eynicinsli kütlə alınanadək blenderdən keçirin. Bu zaman çayı tədricən əlavə edin. Yaşıl çay və sitrus meyvələri güclü kombinasiyadır və məhz belə arıqlamaq üçün detokslar məqsədinizə çatmaqda daha effektli ola bilər.

Kokteyl 4:

Limon şirəsini və qaynar suyu qarışdırın. Üzərinə bal və sürtgəcdən keçirilmiş zəncəfil əlavə edib yaxşı – yaxşı qarışdırın. Bu kokteyli yeməkdən yarım saat əvvəl içmək daha yaxşıdır – o həzm sistemini təmizləyir və orqanizmi enerjiylə təmin edir.

 

Bu yazını paylaşın:
Yazını qiymətləndirin:
Şərhlər
Bu yazıya ərh yazılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.