A. Hüseynova
Saytda dərc olunan materialların müəllifi Azərbaycan Tibb Universitetinin məzunudur. Onun bu sahədə fəaliyyəti 10 ildən artıqdır. Müəllif məqalələri ingilis, rus və türk ədəbiyyatına istinadən hazırlamışdır. Saytdakı informasiya əhalinin bütün təbəqələri üçün nəzərdə tutulmuşdur. Bu səbəbdən A.Hüseynova mətnlərdəki tibb terminlərinə açıqlama verərək, insanların rahat şəkildə anlamasına şərait yaratmışdır.
O, qadınların artıq çəki probleminə həssas yanaşaraq, hər bir insanın bacarıq və iradəsinə uyğun proqram tərtib etmişdir. Müəllif saytda həm aktiv, həm də passiv arıqlamağa can atan şəxslər üçün effektiv üsullar və reseptlər yerləşdirmişdir. Məqalələri tərtib edərkən A. Hüseynova bir həkim kimi ilk növbədə sağlam arıqlamağı vurğulamışdır. Pəhriz və arıqlamaq üçün vasitələr seçərkən onların orqanizmə zərər verməməsini və uzunmüddətli nəticənin əldə olunmasını əsas tutmuşdur.