Arıqlamaq.az – insanların artıq çəkidən azad olması və sağlam qidalanmanın sirlərinə yiyələnməsi məqsədilə tərtib edilən saytdır. Burada dərc olunan materiallar: pəhrizlər, idman proqramları, məsləhətlər dietoloqlara və fitnes-trenerlərə məxsusdur. Saytda hər bir oxucunun rahatlığı düşünüldüyündən, məqalələr bölmələr şəklində yerləşdirilmiş, söz üzrə axtarış imkanı yaradılmışdır.
Arıqlamağın əsas prinsipi düzgün qidalanma, yəni karbohidrat və yağların faizinin azaldılması, qida rasionuna meyvə-tərəvəzlərin əlavə olunmasına əsaslanır. Təqdim etdiyimiz dietalar – balanslaşdırılmış aşağı kalorili pəhrizlər mütəxəssislər tərəfindən məhz bu prinsip əsasında hazırlanmışdır.
Onlayn-portalda həmçinin fiziki aktivliyə, rəqslər və yoqa hərəkətlərinə də xüsusi yer verilmişdir. Passiv arıqlamağa üstünlük verənlər üçün masaj aparatları, korsetlər, çay və dərman növləri barəsində dolğun informasiya yerləşdirilmişdir.
Qadınların ən çox sevdiyi “Arıqlamaq üçün pəhrizlər” rubrikasında hər bir zövqə uyğun reseptlər: ərzaqların siyahısı və hazırlanma qaydası ilə tanış ola bilərsiniz.
Burada uzunmüddətli nəticə verən dietalar, düzgün qidalanma rejiminin tərtibi, qadağan olunmuş və əksinə, gərəkli ərzaqlar, o cümlədən ac qalmadan, yeyərək arıqlama mövzusunda dəyərli məsləhətlərə də yer ayrılmışdır.
Oxucularımızın əksəriyyəti qadınlar olsa da, sayt həmçinin kişilər üçün maraqlı və faydalı informasiya kontenti hesab olunur. Çünki sağlam və xoşbəxt yaşamaq, həyata optimist nəzərlərlə baxmaq hər birimizin arzusudur.