Müntəzəm çəki vermək və bədən formasını qorumaqla düzgün qidalanma arasında birşaşa əlaqə vardır. İdmanla məşğul olub, istənilən məhsulu yemək düzgün deyil. İnsanların əksəriyyəti səbrli olmağın arıqlama prosesində rolunu nəzərə almadan tez bir zamanda gözəl görünməyə çalışırlar.
Unutmayın ki, atmağa çalışdığınız 10 kiloqramı bir ayda qazanmamısız. Odur ki, onu qısa müddət ərzində də kənarlaşdıra bilməzsiniz.
Arıqlamaq üçün idman – növbəti qayda
Hər kəsin anlayacağı çox sadə riyazi hesablama mövcuddur. 1 kq itirmək üçün insan 7 000 kalori yandırmalıdır. Bu qaydanı öyrəndikdən sonra deyək ki, 30 dəqiqə velosipedə mindiniz və 350 kaloridən azad oldunuz.
1 kiloqram verə bilmək üçün yenidən 1.5 saat velosipeddən istifadə etməlisiniz. Bu yolla 7 000 kalori itirmiş olacaqsınız. Bu üsul Sizə ağır gəlirsə, rasionunuzdan fast-fud, qazlı-şəkərli içkiləri, yağlı qidaları çıxarın. Nəticədə fiziki hərəkətlərin sayını da azaltmış olacaqsınız.
Yeni başlayanlara həftədə 50 dəqiqə
Qidalanma tərzinizi dəyişmədən arıqlamaq istəyirsinizsə, həftədə ən azı 200 dəqiqə orta ağırlıqda idman etməlisiniz. Bura saatda 12 km sürətlə qaçmaq və ya ona bərabər digər idman növləri daxildir. Daha öncə idmanla məşğul olmayan şəxslər həftədə 50 dəqiqədən başlamalı, 1 ay ərzində müddəti 200 dəqiqəyə çatdırmalıdır.
Sağlamlığınız üçün faydalı fiziki aktivlik həftədə minimum 4 gün və ən azı 6 km sürətlə qaçış yolunda (beqovaya dorojka) idman etməkdir.
Arıqlamaq üçün idman edərkən
Dostunuzla birlikdə gedin ki, bir-birinizi motivasiya edəsiniz;
İdman məşqlərini qabaqcadan planlaşdırın, belə olduqda zaman darlığını bəhanə edə bilməyəcəksiniz;
Qaldıra bilməyəcəyiniz ağırlığın altına girməyin;
Hər gün çəkinizi ölçüb, ona nəzarət edin;
Yeməyinizi evdə yeyin. Çöldə qidalanmaq Sizə xeyirli deyil.
Arıqlamaq üçün idman haqqında bəzi yalnışlar
Bəzi insanlar mütəmadi şəkildə idman zalına getsələr də, arıqlamadıqlarından şikayət edirlər. Zalda idman edərkən bu kimi yanlışlıqlara yol verilə bilər:
Digər insanlarla söhbət etmək. Bir sıra insanlar zalda keçirdikləri zamanın çoxunu ünsiyyətə, idmandan yayınmağa sərf edirlər. Nəticədə hər gün 1 saat zalda olduqları halda cəmi 20 dəqiqə idman edirlər.
Çox kalori xərclədiyini düşünmək. Bəzən zaldakı trenajorların kompüteri kalori itkisini 500 göstərsə də, əsl rəqəm 250 kalori olur. Bu, texniki nasazlıq və ya idmanla məşğul olan şəxsin trenajora söykənib, ağırlığını ona yükləməsi ilə əlaqəli ola bilər.
Daim eyni ritmdə çalışmaq. Zamanla idmanın müddətini, intensivliyini artırmaq lazımdır. Həmişə eyni ritmdə idman etsəniz, orqanizminiz müdafiə rejiminə keçəcək və arıqlama prosesi dayanacaq.
Bölgəsəl arıqlamağa çalışmaq. Reklamlara aldanıb, qarın nahiyəsindəki piyləri, sadəcə bir bölgəni çalışdırmaq düzgün və effektiv formada idman etməni əngəlləyir. Unutmayaq ki, bədənin yağı hansı hissədə depolayacağı və itirəcəyi onun genetik kodunda yazılmışdır.
Qeyri-peşəkarlardan məsləhət almaq. Hər insanın yaşına, bədəninə, fiziki quruluşuna uyğun arıqlamaq idmanları tərtib olunmalıdır. Bu səbəbdən zalda işləyən təcrübəli məşqçilərdən proqramın qurulmasında yardım almaq düzgün və sürətlə çəki verməyə kömk edəcəkdir.
Xülasə
Arıqlamaq üçün seçdiyiniz fiziki hərəkətlərdən asılı olmayaraq, onları müntəzəm şəkildə, səbrlə yerinə yetirdiyiniz halda nəticəsini görəcəksiniz.