İdmanla arıqlamaq yolları

Fiziki aktivliklə məşğul olmadan sadəcə dieta saxlamaqla nəticə gec əldə edilir. Bu səbəbdən mütəxəssislər pəhrizlərlə yanaşı, arıqlamaq idmanlarını da məsləhət görürlər. Bu məqalədə Sizi idmanla arıqlamaq yolları ilə tanış edəcəyik.
İdmanla arıqlamaq yolları – sürətli yeriş
Fiziki aktivliyin optimal formalarından biri sürətlə gəzməkdir. Onun sayəsində maddələr mübadiləsi aktivləşir, yağların yanma prosesi sürətlənir. Sürətli yeriş dedikdə 1 dəqiqədə 120 addım nəzərdə tutulur. Belə templə 1 saata 100-200 kalori yandıracaqsınız.
Sürətli yeriş aşağı ətraflarında oynaq patologiyaları, eləcə də onurğa problemləri olan şəxslərə də tövsiyə edilir. Çünki idmanın bu növündə zədələnmə riski çox aşağıdır. Həmçinin ürək-damar sisteminə də çox güc düşmür.
İdmanla arıqlamaq yolları – qaçış
Sürətli yerişin alternativ variantı qaçışdır. Onun üstünlüyu trenajor və idman zalından asılılığın olmamasındadır. Saatda 650 kalori yandıracaqsınız.
Ancaq qaçış zamanı oynaqlar və onurğa yüklənməyə məruz qalır. Bu da onun mənfi cəhətidir. Həmçinin gəzintidən fərqli olaraq qaçış zamanı xüsusi idman forması, ayaqqabı və uyğun məkan seçmək lazım gəlir.
İdmanla arıqlamağın yolları – step-aerobika
Bildiyiniz kimi bədəndə ən çətin arıqlayan hissələr bud və sağrıdır. Step-aerobika zamanı güc məhz bu nahiyələrə düşür. Nəticədə bölgəsəl arıqlamaq asanlaşır. Bu idman növü ilə saatda 800 kalori yandıracaqsınız.
İdmanla arıqlamaq yolları – velosiped
Velosiped sürdükdə həm əzələlər möhkəmlənir, həm də insan təmiz hava alaraq arıqlayır. Əgər açıq məkanda velosiped sürmək imkanınız yoxdursa, bu idmanı velotrenajorla əvəzləyə bilərsiniz. Hər iki halda pedalları intensiv fırlatsanız, saatda 1000 kalori itirəcəksiniz.
İdmanla arıqlamaq yolları – üzgüçülük
Üzərkən saatda 800 kalori yandırmaq mümkündür. Bədəni tonusda saxlamaq və arıqlamaq üçün idmanın bu növü mükəmməl seçimdir. Onun digər müsbət cəhəti daxili rahatlığın qazanılmasındadır.
İdmanla arıqlamaq yolları – tennis
Tennislə məşğul olmaqla bud və baldır əzələlərinizi məşq etdirəcəksiniz. Bu oyun arıqlamaq ilə yanaşı, həm də rəqabət və ünsiyyətdən həzz almaq imkanı yaradır. Zalda darıxdırıcı idman hərəkətləri ilə məşğul olmaqdan bezmisinizsə, tennis kortuna yönəlin. Onunla 1 saatda 800 kalori itirəcəksiniz.
İdmanla arıqlamağın yolları – elliptik trenajor
Elliptik trenajorda məşq zamanı əzələlər möhkəmlənir, sərhədləri qabarır. Onun sayəsində saatda 600 kalori yandıracaqsınız. Yeganə mənfi cəhəti bir qədər sıxıcı olmasıdır.
İdmanla arıqlamaq yolları – avarçəkmə
Həyəcan, adrenalin, hiperaktivlik, qeyri-adi hisslər axtarışındasınızsa, bu idman məhz Sizin üçündür. Saatda 600-700 kalori yandırmaqla, artıq çəkidən qurtulacaqsınız, üstəlik də əl, ayaq və qarın əzələlərinizi gücləndirəcəksiniz. İstəsəniz avarçəkməni imitasiya edən trenajorlarda da məşq edə bilərsiniz.
İdmanla arıqlamaq yolları – rəqslər
Arıqlamaq üçün rəqslər bədənin bütün əzələlərini işlədir, əhval ruhiyyəni yüksəldir, insana gümrahlıq bəxş edir. Saatda 800 kalori yandırmaqla 1-2 aya nəticəni görəcəksiniz.
İdmanla arıqlamaq yolları – fitnes
Ev şəraitində arıqlamaq istəyirsinizsə DVD formasında satılan çoxsaylı fitnes proqramlardan, idman hərəkətlərindən yararlana bilərsiniz. Fitneslə saatda 300-500 kalori itirəcəksiniz. İstədiyiniz nəticəni əldə etmək üçün hərəkətləri müntəzəm qaydada yerinə yetirməlisiniz.
İdmanla çəki atmağın yolları – at sürmək
Bəzi insanlara bu idman növü çətin gələ bilər. Lakin onunla saatda 300-600 kalori yandırıb, qeyri-adilikdən zövq alacasınız. Həftədə 1 dəfə at sürmək artıq çəki ilə mübarizə aparmaq və orqanizmi tonusda saxlamaq üçün çox effektivdir.
Xülasə
Sadaladığımız idman növləri sayəsində Sizin narahat edən artıq kiloqramlardan qurtulacaqsınız. Ən önəmlisi sağlam bədənə qovuşacaqsınız. Ancaq unutmayın ki, istənilən fiziki məşq və fəaliyyət əsnasında təhlükəsizlik qaydalarına əməl etmək, əzələ bağ-vətər sistemini birdən yükləməmək, məşqlərin intensivliyini və ağırlığını tədricən artırmaq lazımdır.