Arıqlamaq üçün rəqslər

Rəqslə məşğul olmaq gözəl bədən quruluşuna sahib olmağın ən xoş və maraqlı yoludur. Bəzi rəqs növləri ilə arıqlamaq idmanlarından daha tez çəki itirmək mümkündür. Arıqlamaq üçün rəqslər hansılardır? 1 saata 500 kalori yandırmaqla necə arıqlamaq olar? Sizə ən effektiv 6 rəqs növünü təqdim edirik.
Arıqlamaq üçün rəqslər – Zumba
Zumba fitnesin daha əyləncəli formasıdır. Bu rəqs oynaq musiqi altında ritmik hərəkətlərlə aerobikadır. Zumba salsa, flamenko, kalipso, mamba və rumbanın qarışığıdır. Adı çəkilən rəqslər Latın Amerika rəqsləridir.
Effekti: rəqs zamanı bütün əzələlər işləyir. Əsas yük bədənin aşağı hissəsinə – sağrı və bud nahiyəsinə düşür. Zumba bədən plastikasını, elastikliyi inkişaf etdirir, ürək-damar və tənəffüs sistemini aktivləşdirir. Həmçinin əhval-ruhiyyəni yüksəldir.
1 saata 400-500 kalori yandırılır.
Çətinlikləri: heç bir çətinlik yoxdur. Qabaqcadan fiziki hazırlığa ehtiyac olmur. Məşqçi Sizdən hərəkətləri ideal şəkildə təkrarlamağı tələb etməyəcək. Siz sadəcə rəqs edirsiniz və artıq çəkidən qurtulursunuz.
Arıqlamaq üçün rəqslər – Oriyental
Göbək rəqsi arıqlamaq yollarından biridir. Bu zaman təkcə qarın deyil, digər əzələ qrupları da işləyir.
Effekti: rəqsin bu növündə press, yəni qarın əzələləri aktiv hərəkət edir. Çiyin qurşağının, onurğa və sağrının əzələləri möhkəmlənir. Bel bir neçə santimetr incəlir. Maddələr mübadiləsi normallaşır. Rəqslə hər gün məşğul ola bilərsiniz, əzələlərin bərpası üçün zaman intervalına ehtiyac yoxdur.
1 saata 350-400 kalori yandırmaq olar.
Çətinlikləri: rəqsin hərəkətləri bir o qədər asan olmasa da, oynaqlara və bağlara minimal yük düşür. Bu isə o deməkdir ki, istənilən yaşda və çəkidə qadın oriyental rəqslə məşğul ola bilər.
Arıqlamaq üçün rəqslər – İrlandsayağı step
Əsas problemli nahiyəniz ayaqlardırsa, irlandsayağı stepə yazılın. Bu rəqs növü iplə atlanmağı, step-aerobikanı və qaçışı əvəz edir. Step zamanı ayaqlar aktiv formada işləyir, bədən demək olar ki, hərəkətsiz qalır. Əllər köməkçi plastika hərəkətlərinə cavabdehdir. Məşqlər ənənəvi İrlandiya musiqiləri: ril, jiqa, hornpayp altında aparılır.
Effekti: ayaqları, budları məşq etdirmək üçün ideal rəqs növüdür. Onun sayəsində onurğa və qamət düzgün forma alır. Tənəffüs, ürək-damar sisteminin əzələləri möhkəmlənir. Rəqslər çox ritmik olduğundan insan güclü tərləyir, orqanizmdən toksinlər və artıq kiloqramlar uzaqlaşır.
1 saata 500-600 kalori yandırılır.
Çətinlikləri: İrland musiqisi dəqiq hərəkətlər və addımlar tələb edir. Əgər ritm duyğunuz yoxdursa, rəqslə məşğul olmaq Sizə çətinlik törədəcək. Rəqs mürəkkəb olduğundan onu 1 neçə dərsə öyrənə bilməzsiniz. Stepin hərəkətlərini düzgün yerinə yetirmək bir qədər zaman alacaq.
Arıqlamaq üçün Latın Amerika rəqsləri
Sürətlə yağ yandırmağın ən enerjili və emosional yolu Latın Amerika rəqsləridir. İstəyinizə əsasən baçata, salsa, rumba, cayv rəqslərini seçə bilərsiniz. Rumba və ya salsa oynayarkən arıqlamaqla yanaşı, yorğunluğunuz, pis əhvalınız keçib gedəcək.
Effekti: bütün əzələ qrupları aktiv yığılıb-açılır. Nəticədə artıq çəkidən azad olursunuz, qamətinizi düzgün tutmağı öyrənirsiniz.
1 saata 400-500 kalori yandırılır.
Çətinlikləri: belə çılğın hərəkətləri hər kəs bacarmaya bilər. Bir qədər səbr və iradə göstərməlisiniz. Baçata salsa ilə müqayisədə nisbətən daha asandır. Yeni başlayanlar üçün baçata məqsədəuyğundur.
Arıqlamaq üçün rəqslər – Flamenko
Yalnız ayaqlar deyil, bütün bədəni arıqladan rəqsdir. Templi, ritmik İspan rəqsi ilə arıqlamaq çox maraqlıdır.
Effekti: ilkin nəticəni qamətinizdə və əllərinizin incəlməsində görəcəksiniz. Bir neçə aydan sonra sağrı, bud, baldır nahiyələri mükəmməl forma və relyefə malik olur. Flemanko sayəsində artıq çəkidən azad olursunuz.
1 saata 300-400 kalori itirirsiniz.
Çətinlikləri: digər rəqslər kimi flamenko da məsuliyyətli və səbrli olmağı tələb edir. Bir neçə aya hərəkətləri düzgün formada yerinə yetirməyi öyrənəcəksiniz.
Xülasə
Əgər arıqlamaq üçün idman hərəkətləri Sizə darıxdırıcı və mürəkkəb gəlirsə, sadaladığımız rəqslər köməyinizə gələcək.