Arıqlamaq idmanları

13 Avqust 2019 Kateqoriya: Arıqlamaq üçün idman Müəllif:
Oxuma vaxtı: 5 dəq Oxunma sayı: 3318
Arıqlamaq idmanları şəkil
4.9/5 - (11 votes)

Artıq çəkiniz var? Ac qalmadan arıqlamaq istəyirsiniz? Bu halda fiziki aktivliyinizi artırmalısınız. Yəni arıqlamaq üçün rəqslər və ya arıqlamaq idmanları ilə məşğul olmalısınız.

Sizə əlavə kiloqramlardan, həmçinin stress və depressiyadan qurtulmaqda kömək edən optimal idman növlərini təqdim edirik.

İplə atlanmaq

Digər adı Skippinqdir. Bədən formasını incəltmək üçün ən ucuz üsuldur. Qadınlar arasında məşhur olan bu idman növü insanı həm arıqladır, həm də bütün əzələləri tonusda saxlayır. İplə atlamaq ürəyi də aktiv çalışdırır.

Arıqlamaq idmanları – velosiped sürmək

Velosiped sürmək ayaq, çiyin əzələlərini işlədir, qaməti düzləndirir. Onun sayəsində artıq piy qatları tədricən əriyir. Əgər təbiəti sevirsinizsə, velosiped sürüb təmiz havadan zövq almaqla arıqlaya bilərsiniz.

Arıqlamaq idmanları foto 1

Arıqlamaq idmanları – qaçış

Səhər saatlarında parkda qaçmaq faydalı sayılır. Qaçarkən qan dövranı aktivləşir, əzələlər güclənir, insan artıq çəkidən azad olur.

Rəqslər

Rəqslər effektiv və əyləncəli şəkildə bədən kütləsini azaltmağa, elastikliyi artırmağa və qaməti yaxşılaşdırmağa imkan verir. Bu, arıqlamaq üçün idman hərəkətlərinin monotonluğundan sıxılanlar üçün ideal yoldur. Rəqslə məşğul olmaq həm də plastikanı yüksəldir.

Arıqlamaq idmanları – xizək sürmək

İlin soyuq fəslində arıqlayıb, əzələləri bərkidib, eyni zamanda emosional gərginlikdən qurtulub, vaxtını maraqlı keçirmək istəyənlər xizək sürməyə üstünlük verirlər. Bu idman növünün sağlamlığa xeyri arıqlamaqla yanaşı, həm də xizəkçilərdə onurğa sütunu xəstəliklərinin (məsələn, ostoeoxondroz) rast gəlinməməsi ilə izah olunur.

Arıqlamaq idmanları foto 2

Arıqlamaq idmanları – yoqa

Yoqa ilə arıqlamaq son illərdə gündəmdədir. Yoqa orqanizmi sakitləşdirir, onurğa və qamətin əyilməsinə yol vermir. Bununla yanaşı çəkini azaldır. Yoqa insanda ruhi və psixoloji hüzur yaradır. Onun sayəsində emosiyalar nəzarətdə saxlanılır, yuxusuzluq və stress kimi problemlərin öhdəsindən uğurla gəlinir.

Arıqlamaq idmanları – üzgüçülük

Üzgüçülük orqanizmə kompleks şəkildə sağlamlaşdırıcı təsir göstərir. Bu idman bədən ölçülərini incəltməyə imkan verir. Bütün əzələ qruplarını işə salır. Stressi aradan qaldırır, əhval-ruhiyyəni yüksəldir.

Arıqlamaq idmanları – rolik sürmə

Aktiv həyat tərzini sevənlər üçündür. Üstünlüyü ondan ibarətdir ki, burada insan arıqlamaqla bərabər, həm də əylənir. Rolik sürməklə bədən tonusu da yaxşılaşır, əlavə kilolar tədricən geridə qalır.

Arıqlamaq idmanları foto 3

Arıqlamaq idmanları – boulinq

Ən aktiv idman növlərindən sayılır və dolayısı ilə çəki atmağa kömək edir. Top atarkən, əyilərkən əl, qol və ayaq əzələləri yığılıb açılır. Ağırlıqla məşq etmiş kimi olursunuz, çünki şarın kütləsi kifayət qədər yüksəkdir.

Piyada gəzmək

Piyada gəzintiləri fiziki aktivliyə yeni başlayanlara dahauyğundur. İş qrafikinin gərginliyi ilə əlaqədar bəzi şəxslər idman zalına vaxt ayıra bilmir. Onlar evə qədər bir neçə dayanacaq piyada gəzərək, lift əvəzinə pilləkənlə qalxaraq bədən quruluşunu yavaş-yavaş incəldə bilərlər.

Velotrenajor

Velotrenajorda intensiv məşqlər arıqlamaq üçün effektivdir. Məşq prosesinə yalnız ayaqlar deyil, bütün əzələlər cəlb olunur.

Arıqlamaq idmanları foto

Arıqlamaq idmanları – Batut gimnastikası və ya tamblinq

Batut – metal çərçivəyə rezin və ya metal yaylarla bərkidilən, çox möhkəm dartılmış və hörülmüş tordan ibarətdir. Onlar möhkəm materialdan hazırlanaraq, geniş tullanma sahəsinə malikdir.

Batutun təsiri qaçışla müqayisədə daha tez bilinir. Bu zaman kalori və çəki itkisi sürətlə baş verir. İdman növünün əyləncəli və qeyri-adi olması onun digər üstünlüklərindəndir.

Nəzərinizə çatdıraq ki, batut gimnastikası özündə 10 ayrı elementin hərəkətlərini birləşdirir. Elementlər yüksək tullanışlar zamanı bir ayaqdan digərinə, ayaqdan bel hissəyə və ya qarına dayanmadan edilən ritmik hərəkətləri özündə birləşdirir.

Arıqlamaq idmanları foto 6

Xülasə

Məqalədə idmanla arıqlamaq yollarını, yəni asan yerinə yetirilən və orqanizmə faydalı olan idman növlərini sadaladıq. Lakin fiziki aktivliklə məşğul olmazdan əvvəl mütləq ürək-damar sistemini müayinədən keçirin. Sonra rahat şəkildə idmana başlayın.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin:
4.9/5 - (11 votes)
Şərhlər
Bu yazıya ərh yazılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir