1 həftəyə necə arıqlamaq olar?

11 Avqust 2019 Kateqoriya: Arıqlamaq üçün nə etməli? Müəllif:
Oxuma vaxtı: 5 dəq Oxunma sayı: 78000
1 həftəyə necə arıqlamaq olar şəkil
4.1/5 - (297 votes)

1 həftəyə 2 kiloqrama yaxın çəki atmaq o qədər də çətin deyil. Hər səhər 10-15 dəqiqə arıqlamaq üçün idman hərəkətləri etsəniz, içdiyiniz suyun miqdarını artırsanız, un və şirniyyat məmulatlarını məhdudlaşdırsanız, bu Sizə kifayətdir. Zərif bədən quruluşuna sahib olmaq üçün çörəkdən və müxtəlif souslardan da imtina etmək lazımdır. 1 həftəyə 2 kq deyil, daha çox arıqlamaq üçün səbr və əzim göstərməlisiniz. Gəlin aşağıdakı nümunələrə nəzər yetirək:

Sadəcə 1 həftəyə necə arıqlamaq olar?

İstənilən dietaya başlamazdan 2 gün əvvəl bədən təmizlənməlidir. Buna yüngülləşdirici (razqruzka) günü deyilir. Gün ərzində 2 dəfə imalə etməklə və arıqlamaq çayları içməklə şlakları orqanizminizdən kənarlaşdırın. Bol su için, az miqdarda çiy tərəvəz yeyin.

Razqruzkanın 2-ci günündə 1 kq alma və 1,5 litr azyağlı kefiri bərabər zaman intervalları ilə 6 porsiyaya bölün. Bununla yanaşı 2 litrə yaxın su qəbul edin.

1 həftəyə necə arıqlamaq olar 1 şəkil

1 həftəyə necə 5kq çəki itirmək olar?

  • dietanın 1-ci günü – 5 ədəd soyutma kartof
  • 2-ci gün – suda bişirilmiş 100 qram toyuq filesi
  • 3-cü günü – istənilən növ 100 qr yağsız ət soyutması
  • 4-cü gün – 100 qr soyutma balıq
  • 5-ci günü – üzüm və banan istisna olmaqla, 1.5 kq-a yaxın meyvə və tərəvəz
  • 6-cı gün – sadəcə 2 litr kefir
  • 7-ci günü – mineral sudan başqa heç nə qəbul etməyin

Nəzərinizə çatdıraq ki, 1 həftəlik rasionlar sürətli arıqlamaq üçün pəhrizlər kateqoriyasına daxildir. Onlar ağır pəhrizlər olub, güclü iradə və səbr tələb edir.

Arıqlamaq üçün qidalar 1 şəkil

1 həftəyə necə 3-4 kiloqram arıqlamaq olar?

İlk günün menyusu 6 ədəd soyutma kartof

2-ci günün rasionu 1 kq yağsız kəsmik

3-cü gün 100-200 qr suda bişirilmiş toyuq filesi

4-cü gün 100 qr suda qaynadılmış düyü

5-ci gün 6 ədəd suda və ya sobada bişirilmiş kartof

6-cı gün 1 kq alma

7-ci gün razqruzka günüdür: 2 litr kefir və 1.5 litr su

“Bu ərzaqları 1 dəfəyə necə yemək olar?” düşünürsünüzsə yanılırsınız. Qeyd olunan ərzaqlar gün ərzində porsiyalara bölünüb yeyilir.

1 həftəyə necə arıqlamaq olar foto 6

Qreçka ilə 1 həftəyə necə arıqlamaq olar?

Arıqlamaq üçün qreçka pəhrizi günümüzdə çox məşhurdur. Qreçka, yəni qarabaşaq aşağıdakı qaydada hazırlanır:

1 stəkan qreçkanın üzərinə qaynar su tökülür, qapaqla örtülür və 1 gecə saxlanılır. Ertəsi günü onu şəkər, duz, yağ qatmadan yeyin. Həmçinin gün ərzində 1 litrə yaxın yağsız qatıq və ya kefir içə bilərsiniz. Su və çay qəbulunda sərbəstsiniz. Bəzi günlərdə nahar vaxtı qarabaşağı 100 qr yağsız kəsmik və 2 turş alma ilə əvəzləyin. Axşam yeməyindən 4 saat keçdikdən sonra yatın.

1 həftəyə necə arıqlamaq olar foto 7                    .

Qarpızla 1 həftəyə necə arıqlamaq olar?

Qarpız sidikqovucu təsiri hesabına orqanizmdən artıq mayeni kənarlaşdırır. Bu pəhriz sayəsində 1 həftəyə 10 kiloqram arıqlayacaqsınız.

  • Səhər yeməyi: istənilən növ sıyıq və ya tərəvəzlər + yağsız bərk pendir
  • Nahar: suda bişmiş ət ya da balıq + buğda, tərəvəz
  • Axşam yeməyi: 30 kq bədən kütləsinə 1 kq hesablamaqla qarpız. Məsələn, 90 kq çəkiniz varsa, 3-3.5 kq qarpız yeyəcəksiniz.

1 həftəyə necə arıqlamaq olar foto 8

1 həftəyə necə arıqlamaq olar – Qədim ingilis dietası

I sutka

  • Səhər – yulaf əzməsi, çay
  • Nahar – az miqdarda duz qatılmış toyuq bulyonu, 1 dilim çörək, çay
  • Axşam – 2 yumurta, 1 dilim kərə yağı və pendirdən hazırlanmış buterbrod, çay

II sutka

  • Səhər – yulaf sıyığı, çay
  • Nahar – 2 yumurta, 1 dilim kərə yağı və pendirdən hazırlanmış buterbrod, çay
  • Axşam – 2 alma

III sutka

  • Səhər – yulaf əzməsi, çayla 70 qr mürəbbə
  • Nahar – toyuq budunun soyutması, çay
  • Axşam – 1,5 stəkan suda qaynadılmış lobya

IV sutka

  • Səhər yeməyi – yulaf sıyığı, çay
  • Naharda – 3 ədəd bişmiş yumurta, çay
  • Axşam – 2 alma, 1 dilim kərə yağı və pendirdən hazırlanmış buterbrod, çay

V-VII sutkalar

  • Səhər – 2 yumurta, 1 dilim kərə yağı və pendirdən hazırlanmış buterbrod, çay
  • Nahar – suda qaynadılmış toyuq budu, 1 stəkan süd
  • Axşam – 2 ədəd kartof, çay

1 həftəyə necə arıqlamaq olar foto 10

1 həftəyə necə arıqlamaq olar – Eston dietası

Bu pəhrizlə 1 həftəyə 5 kq çəki itirəcəksiniz. Dieta boyu çay və kofe qəbulu qadağandır. Sutkada 1.5 litr kefir və 2 litrə yaxın su içmək lazımdır.

I sutka 6 ədəd soyutma yumurta

II sutka 1 kq yağsız kəsmik

III sutka suda və ya buxarda bişirilmiş 300 qr toyuq filesi

IV sutka suda bişirilmiş 100 qr düyü

V sutka – 6 ədəd soyutma kartof

VI və VII sutkalarda 1 kq alma

1 həftəyə necə arıqlamaq olar foto 11

Xülasə

Ümüd edirik ki, sadalanan pəhrizlərlə 1 həftəyə necə arıqlamaq olar sualına ətraflı cavab tapa bildiniz. Bu dietalar ağır olsalar da, çox effektivdir.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin:
4.1/5 - (297 votes)
Şərhlər
Bu yazıya ərh yazılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir