Sürətli arıqlamaq üçün pəhrizlər

09 Avqust 2019 Kateqoriya: Arıqlamaq üçün pəhrizlər Müəllif:
Oxuma vaxtı: 5 dəq Oxunma sayı: 49613
Sürətli arıqlamaq üçün pəhrizlər şəkil
4.1/5 - (130 votes)

Bir sıra qadınlar əlamətdar gün və ya müəyyən tədbirlə əlaqədar təcili şəkildə çəki itirməyin yollarını axtarırlar. Belə hallarda sürətli arıqlamaq üçün pəhrizlər köməyə gəlir. Bu dietalarda çörək və digər un məmulatlarını qətiyyən yemək olmaz.

Sürətli arıqlamaq üçün pəhrizlər – “SEVİMLİ” dieta

1-ci sutka – maye günüdür. Sutka ərzində istədiyiniz qədər maye qəbul edə bilərsiniz. Kefir, qatıq, çay,qəhvə, toyuq bulyonuna icazə verilir. Pəhrizin başlıca şərti məhsulların azyağlı olmasıdır.

2-ci sutka – tərəvəz günüdür. Təzə pomidor, xiyar və digər bostan məhsullarına icazə verilir. Tərəvəzin miqdarına məhdudiyyət qoyulmur. İstədiyiniz qədər yeyə bilərsiniz.

3-cü sutka – maye günüdür. İlk gündə olduğu kimi qidalanırsınız.

4-cü sutka – meyvə günüdür. İstənilən meyvəni yeyə bilərsiniz. Banan istədikdə onu günün 2-ci yarısına saxlamayın.

5-ci sutka – zülallı menyudur. Gün ərzində yumurta, yağsız kəsmik və kefir, balıq, toyuq filesi ilə qidalanın.

6-cı gün – yalnız maye içirsiniz.

7-ci gün – balanslaşdırılmış rasion:

Səhər yeməyi: 2 soyutma yumurta və 1 ədəd meyvə

Nahar: qarabaşaq (qreçka) və düyü qatılmış tərəvəz şorbası

Arada: 2-3 dənə meyvə

Axşam yeməyi: mayonezsiz, yüngül tərəvəz salatı

Sürətli arıqlamaq üçün pəhrizlər şəkil 12

Sürətli arıqlamaq üçün pəhrizlər – “BONN ŞORBASI”

Şorbanın resepti:

  • Ağ kələm – 1 ədəd
  • Bolqar bibəri – 3 ədəd
  • Pomidor – 4 ədəd
  • Soğan – 3 ədəd
  • Kərəviz – 1/2 ədəd

I gün – banandan başqa istənilən meyvə və şorba

II gün – şorba və yaşıl tərəvəzlər. Paxlalı bitkilərdən (lobya, mərci, noxud və s.) imtina edin

III və IV günlər – şorba, meyvə, istənilən tərəvəz

V sutka – şorba, pomidor, mal əti

VI sutka – şorba, mal əti, tərəvəzlər

VII gün – şorba, tərəvəzli düyü, meyvə şirəsi

Sutka ərzində 1.5-2 litr su için. Bu dieta 4-5 kiloqram arıqlamaq üçün nəzərdə tutulmuşdur.

Sürətli arıqlamaq üçün pəhrizlər şəkil 7

Sürətli arıqlamaq üçün pəhrizlər –”Qreçkalı” dieta

Qreçka ilə arıqlamağın ən darıxdırıcı formasından olsa da, onun sayəsində 5 günə 3-5 kq çəki atacaqsınız. Bu məqsədlə 1 stəkan qarabaşağı yuyub qazana səpin. Üzərinə qaynar su tökün. Əsla duz qatmayın. Qapağını örtüb, dəsmalla bükün. 1 gecə saxlayın. Hazırladığınız qarabaşağı gün ərzində yeyin. Axşama yaxın aclıq hissi Sizə üstün gələrsə, yatmazdan maksimum 3-4 saat əvvəl 1 stəkan kefir içə bilərsiniz. Gün ərzində 2 litr su qəbulunu da unutmayın.

Sürətli arıqlamaq üçün pəhrizlər şəkil 8

Sürətli аrıqlamaq üçün pəhrizlər – “Kefirli” dieta

Bu pəhriz 3 günlükdür. Onun köməyilə 3-4 kiloqram arıqlamaq mümkündür. Gün ərzində 1.5 litr kefiri porsiyalara bölüb içirsiniz. Çox acsanız bir neçə ədəd turş meyvə yeyə bilərsiniz. Həmçinin gündəlik 2 litr su qəbulu mütləqdir.

Sürətli arıqlamaq üçün pəhrizlər şəkil 9

Sürətli arıqlamaq üçün pəhrizlər – “Toyuqlu” dieta

Nəticəsi mükəmməldir. 5 günə 5 kq arıqladır.

Menyu: dərisiz toyuq əti + tərəvəzlər, salatlar, şirin olmayan meyvələr + yarmalar. Gün ərzində 1.5-2 litr su.

Rasionda toyuq əti ilə tərəvəzlərin nisbəti 1:1 olmalıdır. Tutaq ki, səhər yarma ilə meyvə yeyirsiniz, naharda toyuqla tərəvəzə üstünlük verib, axşam yüngül salatla qidalana bilərsiniz. Yeyərək arıqlamaq istəyirsinizsə, bu pəhrizdən istifadə edin.

Sürətli arıqlamaq üçün pəhrizlər şəkil 10

Sürətli arıqlamaq üçün pəhrizlər – “Ekspress” dieta

Onun hesabına 3 günə 3 kq itirəcəksiniz.

Gündəlik menyu: 400 qram kəsmik + 2 xör.qaş. yulaf kəpəyi, 0.5 litr yağsız kefir

Məhsulları hissələrə bölüb, gün ərzində yeyin və yanaşı olaraq, 1.5-2 litr su için.

Sürətli arıqlamaq üçün pəhrizlər şəkil 11

Sürətli arıqlamaq üçün pəhrizlər – “6 ləçək”

6 günə 4-5 kq arıqladır.

1-ci günün menyusu: 400-500 qr balıq və balıq bulyonu

2-ci gün: 1,5 kq tərəvəz

3-cü gün: 500 qr toyuq filesi, toyuq bulyonu

4-cü gün: 200 qr yarmadan hazırlanmış sıyıq

5-ci gün: 500 qr yağsız kəsmik və süd

6-cı gün: 1-1.5 kq meyvə

Gündə 2 litr su içməlisiniz. Balıq və toyuğu suda, həmçinin sobada bişirə bilərsiniz. Xörəklərə çox az miqdarda duz, göyərti və ədviyyat qatmaq olar. Sudan əlavə şəkərsiz çay və qəhvə qəbuluna icazə verilir.

Sürətli arıqlamaq üçün pəhrizlər 4 şəkil

Xülasə

Unutmayın ki, sadaladığımız dietalar ekspress, yəni sürətli şəkildə çəki itirmək üçün pəhrizlər qrupuna daxildir. Onları yazılan müddətdən artıq tutmaq olmaz. Əks halda səhhətinizə zərər yetirə bilərsiniz.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin:
4.1/5 - (130 votes)
Şərhlər
Bu yazıya ərh yazılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir