Kələmlə arıqlamaq

Günümüzdə mono (təktipli) dietalar arıqlamaq üçün tez-tez istifadə olunur. Bu tip pəhrizlərdə 1 məhsula daha çox üstünlük verilir. Yəni pəhriz boyu bu ərzaq hər günün menyusuna daxil olur. Məsələn kartofla arıqlamaq, kələmlə arıqlamaq, yumurta ilə arıqlamaq buna misaldır.
Kələmlə arıqlamaq – müsbət cəhətləri
- Kələmin tərkibində yüksək miqdarda B1, B2, B3, B5, E, P, PP, H, C vitaminləri, fosfor, kalium, kalsium, sink, dəmir, aliminium, maqnezium kimi minerallar, aminturşuları, qida lifləri və fol turşusu vardır.
- 100 qram kələmin energetik dəyəri cəmi 25 kaloridir.
- Bu tərəvəz şəkərli diabet, qaraciyər və böyrək xəstələrinə faydalıdır.
Kələmlə arıqlamaq – mənfi cəhətləri və əks-göstərişləri
- Mədə turşuluğu yüksək olduqda, enterit, kolit, diareya (ishal) zamanı kələmlə dieta tutmaq qadağandır.
- Pəhriz zamanı yorğunluq, halsızlıq, diqqətsizlik, baş ağrıları yarana bilər.
Kələmlə arıqlamaq – əsas qaydalar
- Bu dietanı saxlayarkən un məmulatları, yağlı, duzlu, hisə verilmiş qidalardan və şirniyyatdan uzaq durun.
- Gündə minimum 2 litr su için.
- Porsiyaları azaldın. Hər gün eyni saatda qidalanın. Qida qəbulu gün ərzində 4-5 dəfə olmalıdır.
- 18:30-dan gec yeməyin.
- Yatmazdan bir neçə saat əvvəl 1 stəkan isti su və ya kefir için.
- Kələmin kalorisi az olduğundan insanın gücü azalır. Bu baxımdan pəhriz müddətində arıqlamaq üçün idman hərəkətləri qadağandır.
Kələmlə arıqlamaq – 1 həftəlik dieta
Bu pəhrizlə 7 kiloqram çəki atmaq mümkündür. Rasionun əsas xörəyi kələm şorbasıdır. Onun tərkibinə yarım dənə kələm, baş soğan, göyərti, az miqdarda bitki yağı və su daxildir. Xörəyə qətiyyən istiot vurmayın.
1-ci gün – sutka ərzində şorba, yaşıl alma
2-ci gün – şorbaya bir neçə tərəvəz və yarım ədəd kartof qatın
3-cü gün – şorba, az miqdarda nişastasız tərəvəz (kələm, xiyar və s.), banan və ya üzüm istisna olmaqla bir qədər meyvə
4-cü gün – gün ərzində şorba, 2 banan, 1 stəkan süd
5-ci gün – şorba, 400 qr yağsız toyuq və ya mal əti, 4 pomidor
6-cı gün – şorba, 200 qr yağsız ət, çiy kələm
7-ci gün – şorba, suda bişmiş qarabaşaq (qreçka) və ya düyü (150 qramdan çox olmamalı)
Kələmlə arıqlamaq – 10 günlük dieta
Menyu bütün günlər üçün nəzərdə tutulmuşdur.
Səhər: şəkərsiz yaşıl çay və ya qəhvə
Günorta: doğranmış köklə kələm salatı (suda bişmiş kələm də olar), 250 qr. yağsız ət (toyuq, balıq və ya mal əti), şəkərsiz içki
Axşam: təzə hazırlanmış kələm salatı, 2 ədəd soyutma yumurta, 1 dənə yaşıl alma
Aclıq hissi üstün gəldikdə yatmazdan bir neçə saat qabaq 1 stəkan yağsız kefir içmək olar.
Kələmlə arıqlamaq – 1 aylıq ekstremal pəhriz
Bu pəhriz güclü iradəyə malik insanlar üçündür. 7 günlük rasion 1 ay müddətində təkrarlanır.
Menyudakı salatın tərkibinə kələm, kök, yaşıl noxud,bir qədər zeytun yağı daxildir.
I sutka
Səhər – salat, suda bişmiş balıq, şəkərsiz tünd qəhvə
İkinci səhər yeməyi – 130 qr. yağsız kəsmik, 200 qr. toyuq bulyonu, 1 alma
Günorta – kələm supu, 200 qr. bişmiş kələm və kök, şəkərsiz içki (su, ayran, kefir, çay və ya qəhvə)
Axşam – 2 soyutma kartof, 100 qr. toyuq, şəkərsiz içki
II sutka
Səhər – salat, şəkərsiz qəhvə
İkinci səhər yeməyi – 1 stəkan kefirlə yoqurtun qarışığı
Günorta – toyuq əti qatılmış kələm şorbası, bişmiş kök, şəkərsiz içki
Axşam – soyutma balıq, 2 kartof, 1 portağal
III sutka
Səhər – sobada bişirlmiş kələm və yumurta, şəkərsiz qəhvə
İkinci səhər yeməyi – qarabaşaq, alma
Günorta – 150 qr. toyuq əti, pomidor, xiyar və kələmlə salat, şəkərsiz içki
Axşam – 100 qr. vineqret, alma kompotu
IV sutka
Səhər – yağsız kefir, 2 ədəd suxari
İkinci səhər yeməyi – xırdalanmış kök və kələmlə salat
Günorta – 100 qr. soyutma kələm (zeytun yağı əlavə edilmiş), şəkərsiz içki
Axşam – 100 qr. ətli kələm şorbası, kələm salatı, çay
V sutka
Səhər – yağsız kəsmik, şəkərsiz qəhvə
İkinci səhər yeməyi – suda bişmiş kələm, alma, çay və ya qəhvə
Günorta – limonlu kələm salatı, 1 ədəd pəhriz sardelkası, 1 stəkan meyvə şirəsi
Axşam – soyutma balıq, 100 qr. giləmeyvə, şəkərsiz çay
VI sutka
Səhər – 100 qr. bişmiş kələm, 150 qr. soyutma toyuğun döş əti
İkinci səhər yeməyi – 120 qr. yağsız kəsmik
Günorta – kələm şorbası, 1 dilim çörək
Axşam – 100 qr. yağsız balıq, çuğundur salatı, çay
VII sutka
Səhər – qarabaşaq, şəkərsiz qəhvə
İkinci səhər yeməyi – meyvə salatı
Günorta – 100 qr. yağsız ət, kələm salatı
Axşam – 2 kartof, 100 qr. toyuq
Xülasə
Kələmlə arıqlamaq bir qədər çətin olduğundan hər kəsə uyğun deyil. Pəhrizdə miqdarı göstərilməyən qidalar 1 porsiya kimi nəzərə alınmalıdır.