Arıqlamaq üçün nə yeməli?

14 Avqust 2019 Kateqoriya: Arıqlamaq üçün pəhrizlər Müəllif:
Oxuma vaxtı: 4 dəq Oxunma sayı: 6539
Arıqlamaq üçün nə yeməli şəkil
4.3/5 - (27 votes)

Artıq çəkili insanlara ac qalaraq arıqlamaq üsulu bəzən dözülməz gəlir. Belə hallarda yeyərək arıqlamağa üstünlük verilir. Bəs ac qalmadan arıqlamaq üçün nə yeməli? Bu məqalədə Sizi effektiv pəhriz növləri ilə tanış edəcəyik.

Arıqlamaq üçün nə yeməli – effektiv dieta

I həftə

Səhər yeməyinin 3 variantı mövcuddur. Hər gün birini seçə bilərsiniz.

  1. Qurumeyvə qatılmış 200 qr yulaf sıyığı, 2/3 stəkan az yağlı süd, meyvə
  2. Buğda çörəyindən 2 tost, 30 qr pendir, soyutma yumurta, meyvələr
  3. 150-200 qr kəsmiklə bal, 30 qr qoz-fındıq, təzə sıxılmış 1 stəkan meyvə şirəsi

Nahar vaxtı nə yeməli?

Yenə də Sizin ixtiyarınıza 3 variant verilir:

  1. Limon suyu və zeytun yağı qatılmış tərəvəz salatı, sendviç (tam buğda çörəyi, göyərti, toyuğun döş əti, pendir), turş meyvələr
  2. Bulqur+toyuq əti+çerri pomidoru+xardallı salat, meyvə
  3. Buğda çörəyindən sendviç (ət, avokado, şüyüd), kənd qatığı

Arıqlamaq üçün nə yeməli foto 8

Axşam yeməyində nə yeməli?

Dəyişiklik olsun deyə hər gün 1 variantı seçə bilərsiniz:

  1. Sobada balıq, tərəvəz salatı
  2. Makaron (makaron buğda unundan olmalıdır), bitki çayı. Makaron üçün sousa (sarımsaq+cəfəri+pomidor+ət otu) yağsız qiymə əlavə edin.
  3. Toyuq filesi, sobada bişmiş tərəvəzlərdən qarnir (boranı, brokkoli, soğan, ədviyyatlar, zeytun yağı), 1-2 ədəd çiy pomidor.

Arıqlamaq üçün nə yeməli – II həftənin menyusu

Səhər yeməyinin 3 variantı

  1. 2 yumurtadan omlet, pomidor, 30 qr pendir, sobada darçınlı ballı alma
  2. Banan+yoqurt+vanili smuzi, toyuq+avokado+xiyardan lavaş dürməyi.
  3. 200 qr qreçka sıyığı, 1 stəkan kənd qatığı , meyvə. Soğan, kök və bolqar bibərini qızardıb sıyığın üzərinə tökün.

Arıqlamaq üçün nə yeməli foto 7

Naharda nə yeməli – 3 variant

  1. toyuqlu tərəvəz şorbası, pomidor+kahı+bolqar bibəri+xiyar+istiot+soğan+zeytun yağı+kətan toxumundan salat
  2. Sobada bişmiş boranı+ispanaq+brınza pendiri+limon suyu+zeytun yağlı salat, yağsız vetçina ilə 2 dilim çovdar çörəyi, meyvə
  3. Azacıq yağda qovrulmuş tərəvəzlərlə (kök, soğan, qarğıdalı,yaşıl noxud) 250 qr bulqur.

Axşam yeməyində arıqlamaq üçün nə yeməli?

3 variantdan birini seçin:

  1. Xırda doğranmış mal ətindən piti, kahı+şüyüd+qatıq+xiyardan doğramac
  2. Təzə tərəvəzlərlə mal əti langeti, sobada hazırlanmış darçınlı-ballı alma
  3. Sobada bişmiş 1 ədəd çuğundur, 3 dilim çovdar çörəyi ilə pəhriz pendiri, 10 ədəd zeytun.

Arıqlamaq üçün nə yeməli foto 6

Arıqlamaq üçün nə yeməli – III həftənin menyusu

Səhər yeməyi 3 variantdan ibarətdir:

  1. Ağcaqayın siropu ilə sırniklər, qatıq, meyvə
  2. Sendviç (çovdar çörəyi+kahı+soyutma yumurta+qızardılmış döş əti), meyvə
  3. Süd və qurumeyvələrdən 200 ml kokteyl, əncir, 30 qr bərk pendir

3 variantdan ibarət naharda arıqlamaq üçün nə yeməli?

  1. Kinoalı salat (qovrulmuş tərəvəzlər, hinduşka əti, keşniş), meyvə
  2. Toyuq bulyonu, soyutma yumurta, pomidor, 50 qr mozarella pendiri
  3. Üzərinə az miqdarda zəncəfil rəndələnmiş file, tərəvəz salatı, fıstıq əzməsiylə (araxis pastası) tost, meyvə

Arıqlamaq üçün nə yeməli foto 10

Axşam yeməyində arıqlamaq üçün nə yeməli?

  1. Tomat souslu spagetti (sousun tərkibi – tomat, cəfəri, sarımsaq, toyuq əti), tərəvəz salatı
  2. Sobada bibər dolması. Bibərin içini düyü və ətlə doldurun. Bunun üçün qəhvəyi düyünü suda bişirib, ət maşınından keçirin. Ət qiyməsinə düyü, 6 ədəd çerri pomidoru, 1 xörək qaşığı yumşaq pendir, göyərtini qatın. Ərzaqları tavada qovurun. Sonra bibərin içini doldurub sobaya qoyun.
  3. Tərəvəz qarnirli balıq filesi, qatıq

Xülasə

3 həftəlik menyu sağlam arıqlamaq üçün pəhrizlər kateqoriyasına daxildir. Onun köməyilə 1 həftəyə 2-3 kq çəki atacaqsınız. Ancaq su rejiminə fikir vermək lazımdır. Gün ərzində 1.5-2 litr su içməlisiniz. Daha çox arıqlamaq üçün bu pəhrizi bir neçə həftə də uzada bilərsiniz.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin:
4.3/5 - (27 votes)
Şərhlər
Bu yazıya ərh yazılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir