Ac qalaraq arıqlamaq

11 Avqust 2019 Kateqoriya: Arıqlamaq üçün nə etməli? Müəllif:
Oxuma vaxtı: 4 dəq Oxunma sayı: 3199
Ac qalaraq arıqlamaq şəkil
3.9/5 - (15 votes)

Dəb tendensiyalarına son zamanlar dietologiyada da rast gəlinir. Yeni trendlərdən biri ac qalaraq arıqlamaqdır. Deyəcəksiniz ki, bu axı yeni üsul deyil, bildiyimiz arıqlamaq yollarındandır.

Məsələ burasındadır ki, adı çəkilən metod bütün günü heç nə yemədən arıqlamaq deyil. İngiliscə bu üsul fasting adlanır. Əksər dietoloqlar ac qalaraq arıqlamaq barədə müsbət fikirdədirlər.

Ac qalaraq arıqlamaq, yəni fasting nədir?

İntervallı ac qalma kimi qiymətləndirilən fastingin 16/8, 20/4 növləri vardır. Bu sistem, məsələn 16/8 – sutkanın 8 saatında qidalanıb, digər 16 saatında isə heç nə yeməməyi nəzərdə tutur. Onu hər gün və ya günaşırı tətbiq etmək olar.

Ac qalaraq arıqlamaq nəyə lazımdır?

Müasir dövrdə insan çox az enerji itirir. Başlanğıcda sağlamlıq və bədən quruluşuna bu hal təsir etməsə də, yaş artdıqca artıq çəki, şəkərli diabet, damar, oynaq problemləri ortaya çıxır.

Fasting zamanı qanda insulin səviyyəsi azalır, bədəndə toplanan enerjini sərf etmək üçün beyinə siqnal yollanır. Qanda qlükozanın miqdarı aşağı düşdüyündən orqanizm qlükozanı depodan çıxartmağa məcbur olur. Bu da yığılmış piyin yandırılması ilə nəticələnir.

Ac qalaraq arıqlamaq 2 şəkil

Ac qalaraq arıqlamaq – 16/8 dietası

Sutkada 8 saat yeyib, qalan 16 saatı aclıq rejiminə riayət edəcəksiniz. Məsələn, səhər saat 9.00-dan axşam saat 17.00-a kimi və ya səhər 11.00-dan axşam saat 19.00-a kimi yemək olar. Saatı həyat rejiminizə uyğun seçə bilərsiniz. Önəmli olan 16/8 formulunun yerinə yetirilməsidir.

Ac qalaraq arıqlamaq istədikdə nə ilə qidalanmaq lazımdır?

  • Bitki dəmləmələri
  • Toyuq bulyonu
  • Limon və nanə qatılmış su

İcazə verilən müddətdə quş əti, balıq, dəniz məhsulları, yağsız ət, yarmalarla qidalana bilərsiniz. 8 saat ərzində 2-3 dəfə balanslaşmış yemək yeyin. Karbohidrat, zülal və yağları ixtisar etməyin. Ancaq 1 dəfəyə çox yeməyin.

Ac qalaraq arıqlamaq 1 şəkil

Ac qalaraq arıqlamaq kimlərə qadağandır?

  • Hamilə və südverən qadınlar;
  • Uşaqlar;
  • Şəkərli diabet xəstələri;
  • Mədə xorası, qastrit, zəhərli zobdan əziyyət çəkənlər.

Ac qalaraq arıqladıqda metabolizm zəifləyirmi?

Ac qalaraq arıqlamaq üsulunda metabolizm ləngimir. Siz sadəcə az qida qəbul edirsiniz. Bununla əlaqədar gündəlik kalori az olur. Əgər 8 saat içində un məmulatları, şirniyyat yeyib 16 saat ac qalsanız, düşünməyin ki, arıqlayacaqsınız. Müsbət nəticə əldə etmək istəyirsinizsə, arıqlamaq üçün qidalara yönəlin, pəhriz yeməkləri hazırlayın.

Ac qalaraq arıqlamaq 1 şəkil

Ac qalaraq arıqlamağın nəticəsi

Əgər insulinlə və ya toxluqla problem yaşayırsınızsa, aclıq Sizə çox yaxşı təsir göstərəcək. Toxluqla problem dedikdə yeyib doymamaq nəzərdə tutulur.

Əvvəllər axşam və ya gecə saatlarında çox yeyirdinizsə, intervallı aclıq zamanı belə halla qarşılaşmayacaqsınız. Üstəlik yuxu rejiminiz, əhval-ruhiyyəniz düzələcək.

Həmçinin ac qalaraq arıqladıqda II tip şəkərli diabet riski azalır.

Ac qalaraq arıqlayarkən kofe içmək, saqqız çeynəmək icazəlidir?

Kofe haqqında dietoloqların fikirləri müxtəlifdir. Bəziləri kofeni qadağan etsə də, digərləri 16 saatlıq aclıq rejimində qəhvə içməyə icazə verir. Ancaq əksəriyyəti qəhvənin aclıq periodunu pozmasını irəli sürür.

Saqqız çeynəmək, süd qatılmış qəhvə və çay isə qadağandır. 8 saatlıq periodda süfrəyə oturduqda yeməyə tələsik deyil, asta-asta başlayın.

Əks təqdirdə gün boyu mədənizdə yığılan qaz sıxılaraq, kürək və mədə nahiyyəsinə ağrı verə bilər. Ac qalaraq arıqlamaq üsulunu seçən şəxslərə yeməyə yüngül salatlara başlamaq məsləhət görülür.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin:
3.9/5 - (15 votes)
Şərhlər
Bu yazıya ərh yazılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir