Arıqlamaq üçün qidalar

Əksər qadınların ortaq problemi arıqlamaqdır. İdeal bədən quruluşuna sahib olmaq istəyən bəzi insanlar arıqlamaq üçün idman hərəkətləri edir, digərləri arıqlamaq çaylarına üstünlük verir, bir qismi isə aparatlar və ya dietaları sınayır. Alimlər isə çəkini azaldan məhsulların siyahısını hazırlamışlar.
Arıqlamaq üçün qidalar hansılardır?
- Qreyfrut. Tərkibində yüksək miqdarda C və B qrup vitaminlər vardır. Bu meyvə orqanizmdən xolesterin və şlakları kənarlaşdırır.
- Limon. Zülal mübadiləsini stimulə etməklə çəkini azaldır
- Ananas. C vitamini, kalium, kalsium, dəmir duzları, fermentlə zəngindir. Yağları sürətlə parçalayır.
- Gilas. Orqanizmdən toksinləri çıxardır, çəkini azaldır.
- Portağal. Kalium, C vitamini sayəsində yağların yanmasını sürətləndirir.
- Kələm. Yağları parçalamaq xüsusiyyətinə malikdir.
- Kartof. Tərkibindəki maddələr yağları aktiv şəkildə parçalayır. Təbii ki, söhbət suda və sobada bişirilmiş kartofdan gedir. Çipsi və ya qızardılmış kartof tam əksinə təsir göstərir, insanı kökəldir.
- Boranı. Orqanizmi şlaklar və toksinlərdən təmizləyir.
- Kök. Beta-karotin və selenlə zəngindir. Onun qəbulu maddələr mübadiləsini sürətləndirir.
- Soğan. Qan dövranını gücləndirir, hüceyrələrin oksigenlə doyma prosesini stimulə edir, nəticədə maddələr mübadiləsi də aktivləşir.
- Alma sirkəsi. İştahı azaldır, yağları parçalayır. Lakin sirkə ilə arıqlamağın mənfi cəhətləri də danılmazdır.
- Dəniz balığı. Yodla zəngin olan bu qida piy qatını əridir.
Arıqlamaq üçün ən məşhur qidalar
Dietoloqların tərtib etdikləri sağlam arıqlamaq üçün pəhrizlərin demək olar ki, 90%-nin menyusunda yer alan qidalar aşağıdakılardır:
Süd məhsulları
Tədqiqatlar əsasında məlum olmuşdur ki, gün ərzində süd məhsullarından istifadə etməklə artıq yağların 70%-ni itirmək mümkündür. Alimlər yağsız qatıq, kəsmik, kefir kimi məhsulları nəzərdə tuturlar. Bu qidalar sutkada 3-4 dəfə kiçik porsiyalarla yeyilməlidir.
Süd məhsulları bağırsaq florasını normallaşdırır, immuniteti gücləndirir, maddələr mübadiləsini tənzimləyir. Qatıqla arıqlamağın faydalarından biri də məhz budur. Həmçinin sümükləriniz, saç və dırnaqlarınız da möhkəmlənəcək.
Yulaf
Tərkibi sellüloza ilə zəngin olduğundan metabolizmi sürətləndirir. İnsanı uzun müddət tox saxlayır.
Yumurta
Yumurta arıqlamaq üçün səhər yeməyində ideal variantdır. Yumurta zülalının tərkibində insanı tox saxlayan və artıq kalori qəbulunu məhdudlaşdıran xüsusi birləşmələr vardır.
Mərcimək
Tərkibindəki bitki nişastası maddələr mübadiləsini stumulə edir və yağları parçalayır.
İspanaq
Kalorisi az olsa da qidalandırıcı xüsusiyyətə malikdir.
Göy rəngli giləmeyvələr
Aşağı kalorili, tərkibində antioksidant, sellüloza, vitamin, su olan giləmeyvələr həm də dadlı olduqlarından şirniyyat əvəzi yeyilə bilər. Onlar qanda şəkərin səviyyəsini də tənzimləyirlər. 1 stəkan qaragilə cəmi 80 kaloridir.
Aci ədviyyatlar
Tərkiblərində maddələr mübadiləsini və yağların parçalanmasını sürətləndirən kapsaisin maddəsi vardır.
Arıqlamaq üçün qidalar ilə yanaşı vacib sayılan qaydalar
Arıqlamaq üçün təkcə sadalanan qidalar kifayət etmir. Dietoloqlar bir neçə qaydaya əməl etməyi məsləhət görürlər:
- gündə 5-6 dəfə az-az qidalanmaq
- şirniyyat, yağlı, hisə verilmiş, acı, qızardılmış yeməkləri rasiondan kənarlaşdırmaq
- meyvə-tərəvəzlərə, az yağlı süd məhsullarına üstünlük vermək
- fiziki aktivliyi artırmaq.
Xülasə
Məqalədə çəki atmağınıza kömək edən əsas siyahı, yəni bazar və ya marketlərdə asanlıqla tapılan arıqlamaq üçün qidalar sadalandı. Gündəlik rasionunuzda onlardan istifadə edin, faydasını görün.