Qatıqla arıqlamaq

Qatıq demək olar ki, hər bir evdə tapılan qida məhsuludur. Onun köməyilə artıq çəkidən qurtulmaq mümkündür. Qatıqla 1 həftəyə necə arıqlamaq olar? Bu suala cavab tapmaq üçün aşağıdakı pəhriz menyularına nəzər yetirin.
Qatıqla arıqlamaq – müsbət cəhətləri
- Qatığın 100 qramında sadəcə 55 kalori vardır.
- Bu məhsul kalsium və sinklə zəngindir.
- Qidalandırıcı və iştah azaldıcıdır.
- Tərkibindəki amin turşuları yağları yandırır.
- Süd turşusu bağırsaq florasını normallaşdırır, nəticədə həzm sisteminin fəaliyyəti tənzimlənir.
Qatıqla arıqlamaq – mənfi cəhətləri
- Xolesterolun yüksək səviyyədə olması və böyrək daşı xəstəliyi bu pəhrizə əks-göstərişdir
- Laktozaya qarşı dözümsüzlük (intolerantlıq) hallarında, o cümlədən süd məhsullarını həzm edə bilməyən insanlara qatıq qadağandır.
Qatıqla arıqlamaq – bəzi nüanslar
Nəzərinizə çatdıraq ki, qatıqla arıqlamaq monidietalar qrupuna aid olub, ağır pəhrizlərdən sayılır. Bu cür arıqlamaq güclü iradə və səbr tələb edir.
Qatıqla arıqlamaq – 5 günlük dieta
Bu pəhriz 5 günə 3 kiloqram atacağınızı vəd edir.
- Qidaların hamısı 1 porsiya olmalıdır.
- Tərəvəz şorbasına kartof qatmayın. Şorbanın hər porsiyasına 1 çimdik duz və maksimum 1 çay qaşığı bitki yağı əlavə etmək olar.
- 1 dəfəyə 1-2 növ meyvə yeyə bilərsiniz. Banan və üzüm qadağandır.
- Bitki dəmləmələri və ya qara çay şəkərsiz içilir.
- Menyudakı qəlyanaltı səhər yeməyi mənasını verir. Yuxudan oyandıqda limonlu su içirsiniz. 20-30 dəqiqədən sonra səhər yeməyinə başlayırsınız.
- Bitki çayı dedikdə xoşladığınız ot dəmləməsi nəzərdə tutulur.
1-ci gün
Səhər yuxudan durduqda: 1 stəkan limonlu ilıq su
Qəlyanaltı: yağsız qatıqla 1 fincan çay
Nahar: qatıqla tərəvəz şorbası
Arada: 1 stəkan çay, yağsız qatıqla meyvə
Axşam: qatıqla tərəvəz şorbası
Yatana qədər: 3 ədəd qaysı qurusu, 1 fincan çay
2, 3, 4, 5-ci günlər
Səhər oyandıqda: 1 stəkan limonlu ilıq su
Qəlyanaltı: 1 xör qaş. yulafın qatıqla qarışığı və çay
Arada: çay, qatıq, 1 porsiya meyvə
Günorta: tərəvəz şorbası, yağsız qatıq
Axşam: mərci şorbası, qatıq
Yatmazdan əvvəl: 3 ədəd əncir qurusu, bitki çayı
Qatıqla arıqlamaq – 1 həftəlik dieta
Bu pəhrizdəki qidaları gün ərzində bir neçə yerə bölərək qəbul edin. Axşam yeməyini 19:00-a qədər bitirin. Gecə vaxtı aclıq hissi Sizə üstün gəlsə, qatıqla qidalana bilərsiniz. Bu pəhriz sayəsində 1 həftəyə 4-5 kq arıqlamaq mümkündür.
1-ci günün menyusu – 5 ədəd soyutma kartof və qatıq
2, 3, 4-cü günlər sutkada 200 qram toyuq, mal və ya balıq əti, həmçinin qatıq. Bir gün balıq yedikdə ertəsi gün toyuq və ya mal əti bişirin.
5-ci gün qatıqla birlikdə tərəvəz və meyvə yeyin. Meyvənin miqdarına diqqət yetirin ki, çox olmasın.
1, 2, 3,4, 5-ci günlər sadalanan məhsullarla yanaşı sutka ərzində 6 stəkan qatıq için.
6, 7-ci günlərdə sutkada 500 ml qatıq yeyin.
Gün ərzində 1 dəfəyə 2 növ meyvə yemək olar. Məsələn, qatıqdan sonra 1 ədəd çiy kök, az miqdarda kələm, bir qədər vaxt keçdikdə alma və armud yeyə bilərsiniz. Banan və üzüm olmaz. Nar da məsləhət görülmür. Kartof yalnız 1-ci gün istifadə olunur. İstədiyiniz nəticənin alınması üçün pəhriz tutarkən menyuya ciddi riayət edin.
Qatıqla arıqlamaq – 2 həftəlik dieta
Səhər yeməyi: ½ stəkan şəkərsiz yaşıl və ya qara çay, moruq və yaxud bir neçə qurumeyvə əlavə edilmiş qatıq, ½ stəkan durulaşdırılmış nar və ya qreyfrut şirəsi
Nahar: yaşıl və ya qara çay, qatıq, xiyar və göyərtidən hazırlanmış doğramac, 100 qr.mal ətinin soyutması, çoban salatı, qazsız mineral su
Arada: doğranmış pomidorla qatıq, mineral su
Axşam yeməyi: çay, 250 qr. qatıq, sobada bişirilmiş tərəvəz
Dieta 2 həftəlikdir. Bu müddətə 3-5 kq çəki itirəcəksiniz. Qeyd olunan menyu bütün günlərdə eynidir. Pəhrizi 2-3 aydan bir təkrarlamaq olar.
Xülasə
Yuxarıda qeyd olunan bütün pəhrizlərdə gündəlik su rejiminə diqqət yetirin. Sutkada minimum 1.5-2 litr su için. Qatıqla arıqlamaq Sizə həddindən artıq çətin gəlirsə, o zaman digər arıqlamaq yollarını sınayın.
Karona vaxtı pəhriz saxlamayın!!
fatos mamedova
Salam mən 25 yaşındayam boyum 160 çəkim 75 di
Salam men 30 yawim var 95 kiloyam ev weratinde Arixlamaq isdeyorem xahiw edirem komek edin
Salam. Ev şəraitində arıqlamağa aid saytımızda məqalə var. Onu oxuya bilərsiniz. https://ariqlamaq.az/ariqlamaq-ucun-ne-etmeli/ev-seraitinde-ariqlamaq/
Idman ya yuruyus birde pehriz etseniz ariglamq mumkundur
komek eden allahdir
Gozel xanim .esas ozunuzun istemeyidi siz bunu ilk once beyninizde baslayin .Men ozumde hal hazirda 80 kiloyam ve maraqlaniram hansi diyeta mene yaxsdi onunlada basdiyacam.İlk once mene gore yediyiniz qabi balacalasdirin .Bir gun ozunuzu analiz edin seherden axsama kimi ne yeyirsiz ve ne qeder yeyirsiz.Sonra o yediklerinizi azaldin ve tam diyetaya baslayin.İlk once un yag makaron novleri kartof bunlari menuda cixib ele baslayin.