Ev şəraitində arıqlamaq

06 Avqust 2019 Kateqoriya: Arıqlamaq üçün nə etməli? Müəllif:
Oxuma vaxtı: 6 dəq Oxunma sayı: 16651
ev şəraitində arıqlamaq foto 6
4.3/5 - (42 votes)

Artıq çəki əksər qadınları narahat edən problemlərdəndir. Bədən quruluşunu normaya salmaq üçün müxtəlif üsullar vardır: pəhrizlər, idman hərəkətləri, rəqslər, aparatlar və s. Bir çox vasitələr, məsələn, idman zalına, prosedurlara getmək zaman tələb etdiyindən ev şəraitində arıqlamaq daha münasib sayılır. Bu barədə dietoloqların tövsiyələri ilə tanış olun.

Ev şəraitində arıqlamaq üçün məsləhətlər

  • doyma hissinin formalaşması üçün xörəyi yavaş-yavaş yeyin;
  • yemək bişirərkən dadına baxmamağa çalışın;
  • pəhriz tutarkən qanda şəkər səviyyəsinin kəskin düşərək, aclıq krizlərinin baş verməməsi üçün 4 saatdan bir alma və ya quru meyvələr yeyin;
  • süfrə arxasından tam doymadan qalxın;
  • qidalanma vərdişlərinizi birdən-birə deyil, tədricən tərgidin;
  • sürətlə arıqlamağa çalışmayın, belə olduqda pəhrizi dayandıran kimi tez kökələcəksiniz.

Ev-şəraitində arıqlamaq şəkil

 

Ev şəraitində arıqlamaq üçün kefirli razqruzka günü

Əgər süd məhsullarının həzmi ilə bağlı probleminiz yoxdursa, kefirlə razqruzka günü edin. Bunun üçün 1.5 litr yağsız kefir alın. Onu 5-6 porsiyaya bölün. Kefirin təzə olmasına fikir verin. Çünki təzə kefir bağırsaqları boşaldır, köhnə məhsul (3 sutkadan çox) isə tam əksinə təsir göstərir.

Qatıqla ev şəraitində arıqlamaq

Kefir xoşlamırsınızsa, az yağlı qatıqdan istifadə edin. Onun təbii olmasına, tərkibinə konservant qatılmamasına diqqət yetirin. Səhər, nahar və axşam vaxtı hər dəfə 2 stəkan için. Qatıqla yanaşı gün ərzində 3 ədəd yaşıl alma yeyin.

ev şəraitində arıqlamaq foto 7

Ev şəraitində kəsmiklə arıqlamaq

Razqruzka günlərini kəsmiklə keçirmək daha məqsədəuyğundur. Onun tərkibindəki zülallar aclıq hissini yox edir. Kəsmiklə pəhriz saxladıqda əzələ kütləsi deyil, yağlar parçalanır. Belə günlərdə tam yağsız kəsmik yeməyin. Çünki o, maddələr mübadiləsini poza bilər. 1,5-1,8%-li kəsmik optimal variant sayılır. Hər 2-3 saatdan bir almanın yarısı ilə 1 paçka kəsmiyin 1/3 hissəsini yeyin. Sadəcə hər dəfə alma-kəsmik qəbulundan 30 dəqiqə əvvəl 2 stəkan su içməyi unutmayın.

Ev şəraitində arıqlamaq üçün toyuqlu razqruzka günü

Ətsiz bir gün belə dözməyənlər üçün də razqruzka mövcuddur. Belə günlər zülal və dəmir ehtiyatını doldurmağa imkan verir. Bu məqsədlə 400 qram toyuğun döş ətini 5 hissəyə bölün. Ətə duz vurmayın. Onu gün ərzində pomidor, xiyar və kələmdən ibarət yüngül salatla yeyin.

ev şəraitində arıqlamaq foto 8

Ev şəraitində arıqlamaq üçün meyvələrlə razqruzka

1,5 kq almanı 5-6 dəfəyə bölüb yeyin. Almalardan başqa həmin meyvənin təzə sıxılmış şirəsini də içə bilərsiniz. Bu üsul həzm sistemində problemi olan şəxslərə qadağandır.

Rus sayağı dieta ilə ev şəraitində arıqlamaq

Sağlam arıqlamaq üçün dietalar kateqoriyasına daxildir. Onu 2 aydan çox saxlamaq lazımdır. Bu müddət ərzində duzlu, hisə verilmiş qidalar, şorabalar, şokolad, konfet, şirniyyat məhsulları, spirtli içkilər rasiondan kənarlaşdırılır. Sutkada 1.5-2 litr su içilir. 1 aya 2 kq çəki itirilir.

ev şəraitində arıqlamaq foto 9

Ev şəraitində arıqlamaq üçün rus sayağı dietanın menyusu

1-ci gün

Səhər yeməyi: 100 qram soyutma balıq, kələm+suda bişirilmiş kök+yaşıl noxuddan ibarət 150 qram salat, 1 fincan şəkərsiz tünd qəhvə

Lanç (səhər yeməyindən 2 saat sonra): suda qaynadılmış 150 qr ət, 100 qr yağsız kəsmik, 2 alma

Nahar: istənilən tərəvəzdən hazırlanmış şorba, 150 qr bişmiş köklə kələm, 1 stəkan alma kompotu

Axşam: 100 qr soyutma balıq, 2 ədəd qaynadılmış kartof, 1 fincan şəkərsiz çay

2-ci gün

Səhər: kələm+yaşıl noxud+turp+bitki yağından 200 qr salat, 1 fincan qəhvə

Lanç: 1 stəkan qatıq və ya kefir

Nahar: 100 qr yağsız ət soyutması, suda bişmiş kök, 1 fincan alma kompotu

Axşam: 100 qr balıq soyutması, 2 ədəd bişmiş kartof, 1 portağal

ev şəraitində arıqlamaq foto 10

3-cü gün

Səhər: 1 yumurta, qara çörəkdən 1 dilim tost, 1 fincan qara qəhvə

Lanç: 100 qr qreçka sıyığı

Nahar: 100 qram toyuq soyutması,1 alma, 1 portağal

Axşam: vineqret, 1 stəkan alma şirəsi (özünüz sıxın)

4-cü gün

Səhər: 1 stəkan kefir, 1 suxari

Lanç: bitki yağı qatılmış çiy tərəvəz salatı

Nahar: 100 qr yağsız mal əti, kələm+turp+yaşıl noxuddan 150 qr salat

Axşam: tərəvəz şorbası, 100 qr doğranmış kök, 1 stəkan qatıq

ev şəraitində arıqlamaq foto 11

5-ci gün  

Səhər: yarım paçka kəsmik, 1 fincan kofe

Lanç: 2 alma, 2 portağal, 1 stəkan portağal şirəsi

Nahar: 1 ədəd dietik sosiska, limon şirəsi qatılmış 150 qr təzə kələm, 1 stəkan portağal şirəsi

Axşam: 150 qr balıq, 150 qr dondurulmuş qırmızı giləmeyvə, 1 stəkan qazsız mineral su

6-cı gün 

Səhər: 100 qr soyutma ət, 100 qr bişmiş kələm

Lanç: 100 qr yağsız kəsmik

Nahar: göbələk bulyonunda tərəvəz şorbası, 1 dilim qara çörək

Axşam: 100 qr soyutma çuğundurla qara gavalı, 1 fincan şəkərsiz çay

ev şəraitində arıqlamaq foto 12

7-ci gün

Səhər: 100 qram bişmiş qreçka, 1 xör.qaş bal, 1 stəkan çay

Lanç: 150 qram meyvə salatı

Nahar: 100 qram soyutma balıq, istənilən çiy tərəvəzdən hazırlanmış bir qədər bitki yağı əlavə edilmiş 100 qram salat

Axşam: 100 qram soyutma ət, 2 ədəd suda bişmiş kartof, 1 stəkan alma şirəsi

ev şəraitində arıqlamaq foto 13

Xülasə

Ev şəraitində arıqlamaq istəyirsinizsə, sadalanan menyulardan istifadə edin. Faydasını mütləq görəcəksiniz.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin:
4.3/5 - (42 votes)
Şərhlər
Bu yazıya bir şərh yazılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir