Sağlam arıqlamaq üçün pəhrizlər

14 Avqust 2019 Kateqoriya: Arıqlamaq üçün pəhrizlər Müəllif:
Oxuma vaxtı: 4 dəq Oxunma sayı: 2347
Sağlam arıqlamaq üçün pəhrizlər şəkil
3.8/5 - (27 votes)

Sağlam qidalanaraq arıqlamaq üçün gündəlik rasiondan rafinə olunmuş məhsulları çıxarmaq, bitki mənşəli ərzaqlara üstünlük vermək lazımdır. Ekstrim dietalardan fərqli olaraq, sağlam arıqlamaq üçün pəhrizlər ağır deyil. Burada çox ac qalmağa gərək yoxdur, sadəcə rasionu balanslaşdırmaq kifayətdir.

Sağlam arıqlamaq üçün pəhrizlər – №1

Səhər oyandıqda: 1 saat ərzində tərəvəzlərlə taxıl məhsulları (düyü, qreçka, yulaf), göyərti yeyin. Bu ərzaqlar insanı tox tutur və enerji verir.

İkinci səhər yeməyi: səhər yeməyindən 3 saat sonra mövsüm meyvələri və giləmeyvələr yeyin.

Nahar: Şorba və yüngül zülallar (yumurta, dietik süd, qatıq, kəsmik, lobya) tövsiyə olunur. Qırmızı ət, balıq, toyuq, kartof istisnadır.

Atışdırma: Saat 16:00-17:00 arası qoz-fındıq, avokado, boranı tumları

Axşam yeməyi: 20:00-a kimi bitirin. Suda bişirilmiş tərəvəzlər və yüngül zülallar.

Sağlam arıqlamaq üçün pəhrizlər foto 4

Sağlam arıqlamaq üçün pəhrizlər – №2

1-ci gün

Səhər: südlü, bananlı yulaf sıyığı, çay və ya şəkərsiz qəhvə

Atışdırma: alma

Nahar: toyuğun döş əti, yaşıl lobya

Atışdırma: 2 ədəd xlebçı, yaşıl çay

Axşam: pomidor+soğan salatı, konservləşdirilmiş tuna balığı, çobanyastığı çayı

2-ci gün

Səhər: 2 yumurta və pomidordan hazırlanmış omlet, kofe və ya şəkərsiz çay

Atışdırma: kişmişli kəsmik

Nahar: brokkoli kələmi ilə sobada bişirilmiş yağsız balıq

Atışdırma: banan, 1 stəkan kefir

Axşam: sobada bişirilmiş toyuq filesi, pomidor+xiyar salatı, çobanyastığı çayı

Sağlam arıqlamaq üçün pəhrizlər foto 11

3-cü gün

Səhər: suda bişirilmiş, qurumeyvələr qatılmış yulaf sıyığı, şəkərsiz çay

Atışdırıma: qreyfrut

Nahar: istədiyiniz tərəvəzlə sobada və ya suda bişirilmiş yağsız mal əti, 1 ədəd soyutma kartof

Atışdırma: 1 stəkan kefir

Axşam: yumurta+xiyar+pomidor salatı, toyuq filesi

Sağlam arıqlamaq üçün pəhrizlər foto 5

4-cü gün

Səhər: tərəvəzlərlə 2-3 ədəd xlebçı, 1 stəkan kefir

Atışdırma: alma, yaşıl çay

Nahar: düyü və skumbriya balığı

Atışdırma: banan, kefir

Axşam: tərəvəzli toyuq bulyonu

5-ci gün

Səhər: kəsmiklə banan

Atışdırma: alma

Nahar: düyü və göbələkli toyuq filesi

Atışdırma: kefir

Axşam: 2 yumurtadan omlet, konservləşdirilmiş lobya, toyuq filesi

Sağlam arıqlamaq üçün pəhrizlər foto 7

Sağlam şəkildə arıqlamaq üçün pəhrizlər – №3

Səhər: 200 qr darçınlı almalı yulaf sıyığı, şəkərsiz çay və ya kofe

Nahara qədər: 15 qr qoz-fındıq, pendirlə 2 xlebçı, alma

Nahar: sobada və ya suda bişirilmiş toyuğun döş əti, 40 qr qarabaşaq, çiy və ya bişirilmiş halda istənilən növ 200 qr tərəvəz

Atışdırma: 200 qr 4%-li kəsmik, 150 qr meyvə və ya tərəvəz

Axşam: 2 yumurtanın omleti, 1 stəkan az yağlı süd, 200 qr çiy tərəvəz

Sağlam arıqlamaq üçün pəhrizlər foto 6

Sağlam şəkildə arıqlamaq üçün pəhrizlər – №4

Səhər: giləmeyvəli və ya meyvəli yulaf sıyığı, portağal, yaşıl çay

Nahar: tərəvəz şorbası, 80 qr toyuq filesi, brokkoli kələmi, 2 dilim buğda çörəyi, evdə hazırlanmış meyvə şirəsi

Axşam: limon suyu sıxılmış 100 qr balıq soyutması, ½ fincan qəhvəyi düyünün sıyığı, 1 stəkan kefir

Sağlam arıqlamaq üçün pəhrizlər foto 8

Sağlam arıqlamaq üçün pəhrizlər və idman

Nəticəni sürətləndirmək üçün sağlam qidalanma ilə yanaşı idman hərəkətləri, arıqlamaq üçün rəqslərlə məşğul ola bilərsiniz. Həmçinin bəzi dietoloqlar paralel olaraq, yoqa ilə arıqlamağı məsləhət görürlər.

Sağlam arıqlamaq üçün pəhrizlər foto 9

Xülasə

Sağlam arıqlamaq üçün pəhrizlər digər dietalarda qoyulan sərt məhdudiyyətlərdən ibarət deyil. Sadalanan dietaları 6-7 həftədən çox saxlamaq olmaz. Dieta bitdikdən sonra 3-4 həftə fasilə verib, təkrarən pəhriz rejiminə keçə bilərsiniz. Pəhriz saxlayarkən gün ərzində 2 litrə yaxın su içməyi də unutmayın.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin:
3.8/5 - (27 votes)
Şərhlər
Bu yazıya ərh yazılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir