Yoqa ilə arıqlamaq

10 Avqust 2019 Kateqoriya: Arıqlamaq üçün idman Müəllif:
Oxuma vaxtı: 5 dəq Oxunma sayı: 2199
Yoqa ilə arıqlamaq şəkil
3.4/5 - (5 votes)

Bədən quruluşunu formalaşdırmaq, artıq çəkidən azad olmaq, həmçinin daxilən sakitləşmək, stressdən uzaq durmaq istəyirsinizsə, yoqa ilə arıqlamaq haqqında düşünün.

Yoqanın müxtəlif istiqamətləri vardır. Arıqlamaq üçün məhz xatxa-yoqa daha uyğundur. Müntəzəm məşğul olduqda xatxa-yoqa tez və mükəmməl nəticələr göstərir. Xatxa-yoqa hərəkətləri terminologiyada “asana” adlanır.

Günümüzdə yoqa ilə arıqlamaq idman hərəkətləri, fitnes, arıqlamaq üçün aparatlar, arıqlamaq çayları, detoks içkilər qədər məşhurdur. Artıq kiloqramlarınızı yoqa ilə atmaq istəyirsinizsə paralel olaraq, 3 tövsiyəyə əməl etməlisiniz:

  • çox yeməyin, masadan tam doymadan qalxın;
  • ədviyyatlı qidalardan, un məmulatlarından imtina edin;
  • tünd çay içməyin.

Yoqa ilə arıqlamaq foto

Ev şəraitində yoqa ilə arıqlamaq

Yeni başlayanlara ev şəraitində arıqlamaq üçün asanaları izah edəcəyik. Yoqa ilə səhər tezdən və ya axşam vaxtı duş qəbulundan sonra məşğul olun. Geyiminiz sərbəst, ayağınız yalın olmalıdır. Otağı öncədən havalandırmaq məsləhətdir. Yoqa ilə yemək arasında minimum 3 saat fasilə saxlanılmalıdır.

Tadasana

Ayaq üstə durun. Əllərinizi yanlara salın. Diz və pəncələrinizi bir yerdə qoyub, önə baxın. Qamətinizi düzəldin. Bir neçə saniyə belə vəziyyətdə qalın. Bu asana bütün yoqa hərəkətlərinin başlanğıcıdır.

Yoqa ilə arıqlamaq foto 5

Yoqa ilə arıqlamaq – Vrikşasana

Tadasana vəziyyətində əllərinizi  sinə səviyyəsində “namaste” formasında birləşdirin. Namaste hind salamlamasıdır, ovucları birləşdirməklə icra edilir. Ardınca əlləri başınızın üstünə qaldırın. Bütün bədəni yuxarıya dartaraq, bu pozada bir neçə saniyə durun.

Sonra əlləri endirin, ayağınızı bükün, pəncəni digər dizinizə qoyun. Başa düşdüyünüz kimi bu asanada tək ayaq üstündə durmaq lazımdır. Bükülmüş ayaq döşəməyə söykənən ayağa tam perpendikulyar (90°-li bucaq) olmalıdır. Bu pozanı bir neçə saniyə saxlayıb, əvvəlki vəziyyətinizə qayıdın.

Yoqa ilə arıqlamaq foto 2

Yoqa ilə arıqlamaq – Trikonasana

Ayaq üstə durun və qamətinizi düzəldin. Hoppanaraq əl və ayaqlarınızı açın. Ayaqlar çiyinlərdən geniş açılmalıdır. Sağ pəncəni sağ tərəfə elə çevirin ki, sol pəncəyə perpendikulyar dayansın.

Ardınca sol pəncəni bir qədər sağa fırladın. Sağ əlinizi sağ pəncəyə toxundurmaq üçün yavaşca önə əyilin. Sol əli yuxarı qaldırın. Elə edin ki, sağ əl ya sağ pəncədə, ya döşəmədə sol əl yuxarıda olmaqla düz xətt əmələ gətirsin.

Başınızı  qaldırıb sol əlin barmaqlarına baxın. Bir neçə saniyə bu pozada durun. Sonra digər tərəflə eyni hərəkəti edin. Hərəkəti yerinə yetirərkən dizləri bükmək olmaz. Bu asana yan hissələrdə və budlarda artıq piy qatını əridir.

Yoqa ilə arıqlamaq foto 1

Yoqa ilə arıqlamaq – Parşvakonasana

Tadasana pozasında dayanın. Ayaq və əllərinizi əvvəlki hərəkətdəki kimi hoppanaraq açın. Sağ ayağı dizdən büküb, sağa əyilin. Diz qoltuq altına toxunmalıdır.

Sol əl əyilmə boyu önə gedirək, qulağa sıxılır. Sağ ovuc döşəmədə olmalıdır. Bütün bədəni əyilmə istiqamətində intensiv şəkildə dartın. Bir neçə saniyə bu vəziyyətdə durun.

Sonra Tadasana pozasına qayıdın, digər tərəfdə eyni hərəkəti edin. Parşvakonasana bədənin yan tərəflərindəki və sağrı nahiyəsindəki piy yığıntılarını əritmək, qarın arıqlatmaq üçündür.

Yoqa ilə arıqlamaq foto 3

Yoqa ilə arıqlamaq – Virabxadrasana

Tadasana vəziyyətində durun. Əllərinizi başın üstünə qaldırın, ovuclarınızı birləşdirin. Hoppanaraq ayaqları çiyin hissənizdən geniş açın. Sağ pəncəni sola perpendikulyar çevirin.

Daha sonra sol pəncəni sağa doğru azca döndərin. Sağ ayağı dizdən büküb bütün bədəni sağ ayağa doğru aparın. Əsla əyilməyin, bükülməyin. Əllər başınızın üstündə olmalıdır.

Başınızı yuxarı qaldırıb, ovuclara baxın. Bu asana “cəngavər pozası” da adlanır. Bir neçə saniyədən sonra ilkin vəziyyətə qayıdıb, pozanı digər tərəfdə təkrarlayın.

Yoqa ilə arıqlamaq foto 4

Xülasə

Yoqa ilə məşğul olduqda nəfəs hərəkətlərinə fikir verin. Düz vəziyyətdə nəfəsinizi alıb, çevrilmə, əyilmə, bükülmə və digər hərəkətlərdə isə nəfəsi verirsiniz. Fiksasiya halında, yəni pozada bir neçə saniyəlik qaldıqda sakit formada tənəffüs edirsiniz. Gördüyünüz kimi yoqa ilə arıqlamaq o qədər də çətin deyil. Sadəcə səbr və məsuliyyət gərəkdir.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin:
3.4/5 - (5 votes)
Şərhlər
Bu yazıya bir şərh yazılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir