Arıqlamaq üçün aparatlar

14 Avqust 2019 Kateqoriya: Arıqlamaq üçün vasitələr Müəllif:
Oxuma vaxtı: 5 dəq Oxunma sayı: 550
Arıqlamaq üçün aparatlar şəkil

Arıqlamaq üçün nə etmək lazımdır? Bu sualın cavabı bədən quruluşundan narazı olan və xarici görünüşünü yaxşılaşdırmaq üçün kosmetoloqa üz tutan bir çox qadını maraqlandırır. Əlbəttə ki, bir dəfə aparılan prosedurlarla artıq kiloqramlardan qurtulmaq mümkün deyil.

Arıqlamaq üçün aparatlar əsasən lokal piy qatlarına qarşı effektivdir. Əgər artıq çəkidən ümumilikdə azad olmaq istəyirsinizsə, arıqlamaq üçün salatlar, pəhriz yeməkləri, arıqlamaq üçün kokteyllər, idman hərəkətləri, çaylar və digər vasitələrdən də yararlana bilərsiniz.

Nəzərinizə çatdıraq ki, yalnız bir aparatla tam arıqlaya bilməzsiniz. İstədiyiniz nəticəni əldə etmək üçün kompleks şəkilli prosedurlardan keçməlisiniz.

Arıqlamaq üçün aparatlar foto 7

Arıqlamaq üçün aparatlar – SplitFat system

SplitFat system – cərrahi əməliyyatsız, lazerlə liposaksiyaya metodudur. 2 həftəyə piy qatı nazilir, bədən  6-9 sm incəlir. Bu da təxminən 10 kq-a bərabərdir.

İnfraqırmızı lazer şüaları piy hüceyrələrinin membranındakı məsamələri genişləndirərək, daxili möhtəviyyatın hüceyrəarası boşluğa tökülməsini təmin edir. Beləliklə, yağ damcıları hüceyrədən çıxır. Nəticədə hüceyrə kiçilir.

Boşluqdakı maye fraksiyası isə limfa dövranı ilə qaraciyərə gətirilir. Sonra isə bu orqan vasitəsilə bədəndən kənarlaşdırılır. Hər seansı 2 gündən bir təkrarlamaq lazımdır. Minimal kurs 6 seansdan ibarətdir. Split fat system vasitəsilə geyim ölçüsünü 3 vahid kiçiltmək mümkündür.

Arıqlamaq üçün aparatlar foto 2

Arıqlamaq üçün aparatlar – Kriolipoliz

Kriolipoliz – aparatla arıqlamağın innovasion metodudur. Bu üsul soyuğun təsirinə əsaslanmışdır. Kriolipoliz qarın, sağrı və bel hissəsində piy qatları olan şəxslər üçün nəzərdə tutulmuşdur.

Aparatın vakuumlu başlığı dəriyə qoyulduqda, piy qatını içinə çəkir, sonra soyudur. Ancaq soyutma proseduru xüsusi ötürücülərlə idarə olunduğundan yalnız dərialtı yağ təbəqəsi aşağı temperatura məruz qalır. Soyuğun təsirindən piy hüceyrəsi apoptoza uğrayır. Apoptoz – hüceyrənin məhvinə səbəb olan təbii fizioloji prosesdir.

Buna görə də kriolipoliz arıqlamaq üçün aparatlar, daha doğrusu aparat prosedurları arasında ən yaxşısı hesab olunur. Çünki bu üsul piy toxumasının təbii yolla yox olmasını stimulə edir. Nəticədə piy qatı 3 dəfə azalır.

Tövsiyə: prosedurdan əvvəl qaraciyərin USM və qanın biokimyəvi analizinin aparılması məqsədəuyğundur.

Arıqlamaq üçün aparatlar foto 1

Arıqlamaq üçün aparatlar – Ultra shape contour

Ultra Shape Contour – bədən quruluşunu korreksiya edən aparatlar sırasına daxildir. Onun mahiyyəti fokuslanmış ultrasəs dalğaları ilə piy hüceyrələrinin membranının (divarı) dağıdılmasından ibarətdir.

1 seansa 500 qrama qədər piy toxumasından azad olmaq mümkündür. Bu isə 2-4 sm həcmə uyğundur. Yekun nəticə son seansdan 1-2 ay sonra bilinir. Maksimal effekt üçün 3 həftə intervalla 3 prosedur həyata keçirilməlidir.

Arıqlamaq üçün aparatlar foto 4

Arıqlamaq üçün aparatlar – LPG

Fransız professoru Lafontenin kəşfinə əsaslanaraq icad edilmişdir. Alim piy hüceyrəsinin metabolizmini öyrənməklə aşkar etmişdir ki, çoxsaylı mexaniki stimulyasiya lipolizi (yağ yandırmanı) aktivləşdirir.

LPG systems şirkətlər qrupunun mütəxəssisləri bu elmi sübutdan qaynaqlanaraq, endermoloji lipomassaj – Cellu m6 Keymodula aparatını istehsal etmişlər.

LPG-nin iş prinsipi vakuum və vibromasajın orqanizmə təsirinə əsaslanır. Aparatın bir-birilə əlaqəsi olmayan başcıqlarının köməyilə pasiyentin piy toxumasına mexaniki təsir göstərilir. Bununla əlaqədar piy hüceyrələrində lipoliz mexanizmini işə salan reseptorlar aktivləşir. Nəticədə piy qatı əriyir.

Arıqlamaq üçün aparatlar foto 9

Başlıqların sonunda motorlu roller olur. Prosedurlar da məhz həmin rollerin köməyilə aparılır. Başlığın biri saniyədə 4-16 dəfə olmaqla dəridə büküşlər əmələ gətirir, o biri isə həmin hissəni işləyir.

Prosedur qadın corablarını xatırladan ağ kostyumda aparılır və masaj xətləri də kostyumun üstündən işarələnir. Adətən, 5 seans kifayət edir. Onları 2 həftə ərzində bitirmək daha yaxşıdır. Bu, bir neçə ölçü arıqlamağa bəs edir.

Tövsiyə: mahiyyət etibarilə bu aparat tozsoranla massajorun qarışığıdır. Dərini masaj edir, bəzən səs dalğası və elektrik cərəyanı göndərir. Əgər sistematik şəkildə əllə masaja getmirsinizsə, bu prosedur elə məhz Sizin üçündür. Artıq çəkiniz yoxdursa, sadəcə bədən quruluşunun korreksiyası (yığılması) üçün LPG aparatını tətbiq edə bilərsiniz.

Arıqlamaq üçün aparatlar foto

 Xülasə

Sadalanan bütün aparatlar qaraciyərlə bağlı heç bir problem olmadıqda effektiv sayılır. Biokimyəvi analizdə qaraciyərin funksional testləri orqanın fəaliyyət pozğunluğundan xəbər verirsə, bu arıqlamaq üçün aparatlar Sizə kömək etməyəcək. Çünki yağ mübadiləsində filtrlənmə qaraciyərdə gedir. Zəncirin bu hissədə qırılması orqanizm üçün faydalı olmayacaq, gözlədiyiniz effekti ala bilməyəcəksiniz.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin:
Şərhlər
Bu yazıya ərh yazılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.