Arıqlamaq üçün kəmərlər

14 Avqust 2019 Kateqoriya: Arıqlamaq üçün vasitələr Müəllif:
Oxuma vaxtı: 5 dəq Oxunma sayı: 4673
Arıqlamaq üçün kəmərlər şəkil
4.6/5 - (20 votes)

İdman hərəkətləri və arıqlamaq üçün qidalar gözəl bədən quruluşuna sahib olmağa imkan verir. Güzgüyə baxarkən özünüzə xoş gəlmək, cazibəli görünmək üçün əksər qadınlar arıqlamaq üçün kəmərlər taxır.

Onlar passiv arıqlama üsulu sayılır. Kəmərlər problemli zonalarda qan dövranını və metabolizmi sürətləndirir, bədəni incəldir. Bu məqalədə Sizə arıqlamaq üçün ən yaxşı kəmərləri təqdim edirik.

Arıqlamaq üçün kəmərlər – Bradex SF 0182

Artıq çəkidən xilas edən optimal variantdır. Arıqlamağa, qaməti düzəltməyə, beli incəltməyə kömək edir. Bu model kəmərlər beli 125 sm-ə qədər olan insanlara uyğundur.

İş prinsipi:  

  • Kəməri taxarkən qarın və bel nahiyəsində metabolizm sürətlənir, tər ifrazı aktivləşir. Bu da arzuolunmaz çəkinin itirilməsinə gətirib çıxarır. Dəri sallaq deyil, dartılmış olur.
  • Kəmərin geniş əsası onurğanın bel-oma şöbəsini dəstəkləyir, kürəyə düşən yükün bərabər paylanmasını təmin edir.

Modelin konstruksiyası həm də onurğadakı gərginliyi azaltmağa imkan verir. Hər nə qədər aktiv hərəkət etsəniz də ikiqat kəmərin fiksasiyası möhkəmliyini itirmir. Onun alt qatı perforasiyalı elastandan ibarətdir. Bu qat bədən konturlarını tam bürüyür, üst qat isə poliamid və poliesterdən hazırlanmışdır. Həmin material termoeffekt verir, nəmi özünə hopdurur. Belə kəmərlər arıqlamaq üçün idman hərəkətlərinin təsirini 2 dəfə artırır.

Arıqlamaq üçün kəmərlər foto 6

Arıqlamaq üçün kəmərlər – Bradex KZ 0067

Geniş spektrli təsirlərə malikdir:

  • parçanın unikal xassəsi spazmı aradan qaldırır, termoeffekt yaradır;
  • əzələ gərilməsini, sinir sıxılmasını azaldır;
  • fiziki hərəkətlər zamanı bel-oma şöbəsini dəstəkləyir;
  • ağırlıq qaldırdıqda onurğaya düşən yükü bərabər paylayır;
  • düzgün qamət formalaşdırır.

Arıqlamaq üçün rəqslər və müxtəlif idman növləri ilə məşğul olan kəslərə uyğundur. Ölçü diapazonu genişdir: beli 63-127 sm olan insanlar üçündür. Ağır fiziki iş, həmçinin piylənmə hallarında əvəzedilməzdir.

Arıqlamaq üçün kəmərlər foto 7

Arıqlamaq üçün növbəti kəmərlər – Starfit SU-202

Qarın arıqlatmaq üçün ideal variant olan bu model kəmərlər tər ifrazını artırır, yağ yandırma prosesini aktivləşdirir. Nəticədə maddələr mübadiləsi sürətlənir, toxumalar toksinlərdən təmizlənir, əzələ tonusu yüksəlir, dəri sallanması azalır.

Geniş əsası böyük sahəni əhatə edərək, piy qatlarının əriməsini təmin edir. Eləcə də idman məşqləri zamanı onurğa az yüklənir, xüsusi material sayəsində tərin dəriyə qıcıqlandırıcı təsirinin qarşısı alınır.

Bu kəmərlər beli 100 sm-ə qədər olanlara uyğundur. Çox kompaktdır.

Arıqlamaq üçün kəmərlər 4 şəkil

Arıqlamaq üçün kəmərlər – elektrodlu Bradex SF 0172

Miostimulyatorlu kəmərlər kateqoriyasına daxildir. Qarın, bud, sağrı, qol və ayaqlara təsir göstərir. İstirahət zamanı, hətta divanda oturub film izləyərkən əzələləri fiziki hərəkətlərdəki kimi işlədir. Bu kəmərlə birlikdə dietalar arıqlamaq üçün çox effektivdir.

İş prinsipi əzələlərə elektron impulsların ötürülməsinə əsaslanır. Elektrodlar sinir uclarına impuls göndərir, nəticədə əzələlər yığılıb-açılır. Qan və limfa dövranı aktivləşir, maddələr mübadiləsi sürətlənir, bu da piy qatını əridir.

Arıqlamaq üçün kəmərlər foto 8

Arıqladan kəmərlər – ultranazik Bradex SF 0108

Bu model kəmərlər ultranazik laylardan ibarətdir. Yüksək komfortlu daxili qat termoeffekt sayəsində tər ifrazını 4 dəfə artırır. Xarici qat isə təri özünə hopdurduğundan kəməri quru saxlayır.

Kəmərin effektivliyi maksimaldır:

  • piy qatının həcmini azaldır;
  • bədən quruluşunu formalaşdırır;
  • əzələləri tonuslandırır;
  • dərini elastikləşdirir, toksinləri kənarlaşdırır;
  • onurğanı dəstəkləyir.

Arıqlamaq üçün kəmərlər foto 9

Xülasə

Qeyd olunan kəmərlər arıqlamaq üçün reseptlərlə birlikdə tətbiq edildikdə nəticələr daha mükəmməl olur.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin:
4.6/5 - (20 votes)
Şərhlər
Bu yazıya ərh yazılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir