Arıqlamaq üçün reseptlər

07 Avqust 2019 Kateqoriya: Arıqlamaq üçün pəhrizlər Müəllif:
Oxuma vaxtı: 5 dəq Oxunma sayı: 7395
Arıqlamaq üçün reseptlər şəkil
3.9/5 - (11 votes)

İnsanların əksəriyyətini artıq çəki problemi birləşdirir. Əlavə kiloqramlar həm sağlamlığa ziyan verir, həm də xarici görünüşü korlayır. Aşağıdakı reseptlər çörəksiz arıqlamaq istəyənlər üçün əlverişli variantdır. Burada doyumlu pəhriz yeməkləri qeyd olunmuşdur. Onları normal miqdarda yesəniz, əlavə üsullara baş vurmadan 3-4 aya 10 kq çəki atacaqsınız.

Arıqlamaq üçün effektiv reseptlər

Arıqlamaq üçün salatlar doyumlu və faydalı olmalıdır. Onlardan birini təqdim edirik.

Qırmızı kələm salatı

İnqrediyentlər

  • Qırmızı kələm – 500 qr
  • Soyutma kartof – 3 ədəd
  • Soğan – 1 ədəd
  • Duzlu turşu xiyar – 1 ədəd
  • Bitki yağı – 1 xör.qaş.

Kələmi nazik və xırda doğrayıb, üzərinə qaynar su tökün. Bir az saxladıqdan sonra suyu süzün. Kartofun qabığını soyub, kubik şəklində kəsin. Soğanla xiyarı xırdalayın. Komponentləri qarışdırıb üzərinə bitki yağı əlavə edin.

Arıqlamaq üçün reseptlər foto 5

Arıqlamaq üçün reseptlər – Qara gavalı qurusu ilə borş

Tərkibi

  • Kələm – 300 qr
  • Orta ölçüdə çuğundur – 1 dənə
  • Soğan – 1 dənə
  • Qara gavalı qurusu – 7-10 dənə
  • Kərə yağı – 70 qr
  • İstəyə görə xama və duz

Kələm, çuğundur və soğanı uzunsov, nazik doğrayın. Tərəvəzləri qazana yığıb, kərə yağı və su əlavə edin. Ərzaqlar yumşalana qədər bişirin. Ardınca qazana istədiyiniz miqdarda su tökün. Gavalı qurusunu yaxşıca yuyub, suda qaynadın. Borşun içinə gavalıları suyu ilə birlikdə tökün. Bir az da bişirib, qazın altını söndürün. Süfrəyə verdikdə üzərinə xama qoya bilərsiniz.

Arıqlamaq üçün reseptlər foto 6

Arıqlamaq üçün reseptlər – Göyərtili noxud şorbası

İnqredientlər

  • Noxud – 1 stəkan
  • Ağ kələm – 300 qr
  • Kök – 1 dənə
  • Soğan – 1 dənə
  • Turp – 1 dənə
  • Kartof – 2 dənə
  • Qurudulmuş şüyüd və nanə – 2 xör.qaş
  • Kərə yağı – 30 qr
  • Qara istiot – 1 çimdik
  • İstəyə görə duz – 1 çimdik

Yuyulmuş noxudu soyuq suda isladıb, 12 saat saxlayın. Sonra suyu süzüb noxudu doğranmış kök, kartof, kələmlə birlikdə qazana tökün. Xırdalanmış turp və soğanı da ora qatın. Bütün tərəvəzlər hazır olduqda bu qarışığı blenderdən keçirin. Ardınca yenə qazana yığın. 1 xörək qaşığı kərə yağı əlavə edib, duzlayın. Bir qədər qaynadıqdan sonra oddan götürün. Boşqaba çəkib, üzərinə quru göyərti və istiot səpin.

Arıqlamaq üçün reseptlər foto 7

Arıqlamaq üçün reseptlər – Ədəvalı, tərəvəzli toyuq

Komponentlər

  • Toyuq – 1 dənə
  • Soğan – 3 dənə
  • Sarımsaq – 1 dənə
  • Qaynar su – 2 stəkan
  • Dəfnə yarpağı (lavrovi list) – 1-2 dənə
  • Qara istiot – 10 dənə
  • Kərə yağı – 20 qr
  • Cəfəri – 1 dəstə
  • Zövqə görə duz

Toyuğu bölüb, soğanı halqa-halqa doğrayın. Sarımsağı dişlərə ayırın, cəfərini xırdalayın. Ərzaqları qazana yığın, isti su, kərə yağı, dəfnə yarpağı, istioutu əlavə edin. Qapağını örtüb, zəif odda su tamamən buxarlanana qədər bişirin.

Arıqlamaq üçün reseptlər foto 8

Arıqlamaq üçün reseptlər – Tez-bazar ət

İnqrediyentlər

  • Mal əti – 500 qr
  • Kök – 1 ədəd
  • Soğan – 1 ədəd
  • Yaşıl lobya – 200 qr
  • Cəfəri kökü – 1 dəstə
  • Pulbibər – 1 çimdik
  • İstəyə görə duz

Kök, soğan, lobya, cəfəri kökündə tərəvəz bulyonu hazırlayın. Duz vurmayın. Əti nazik lövhələr şəklində kəsib döyəcləyin, qaynayan bulyona əlavə edin. Qazana istiot və az miqdarda duz səpin. 10-15 dəqiqəyə ət hazır olur. Xörək süfrəyə göyərti və tərəvəz salatı ilə verilir.

Arıqlamaq üçün reseptlər foto 9

Arıqlamaq üçün reseptlər – Sobada tərəvəzli balıq

İnqrediyentlər

  • Balıq – 500 qr
  • Pomidor – 4 dənə
  • Sarımsaq – 3 diş
  • İstiot, duz zövqə görə

Balığı duzlayıb, istiot vurun. Xırdalanmış sarımsağı balığa sürtün. Nazik doğranmış pomidorları balığın üstünə düzün. Xörəyi sobada bişirin.

Arıqlamaq üçün reseptlər foto 10

Arıqlamaq üçün reseptlər – Qədim reseptlə hazırlanmış souslu tərəvəz

Resepti

  • Kartof – 3 ədəd
  • Kök – 2 ədəd
  • Lobya – 1/2 stəkan
  • Yaşıl noxud – 1/2 stəkan
  • Kərəviz – 150 qr

Sous üçün

  • Bərk pendir – 150 qr
  • Yağsız xama və ya kənd qatığı – 1/2 stəkan
  • Tərəvəz bulyonu – 3 stəkan
  • Un – 1 xör.qaş.

Kartof, kök, lobya və noxudu suda qaynadın. Tərəvəzləri kubik şəklində doğrayıb üzərinə sous tökün. Pendirin, kərəvizin qalanını da ora səpin. Bitki yağı əlavə edib, sobaya qoyun.

Arıqlamaq üçün reseptlər foto 11

Xülasə

Arıqlamaq üçün pəhriz yeməklərinin reseptlərində kərə yağı, xama gördükdə təəccüblənməyin. Məhdud miqdarda bu ərzaqlardan istifadə etmək faydalıdır. Təqdim olunan reseptlər üzrə düzgün qidalanın və artıq çəkidən qurtulun.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin:
3.9/5 - (11 votes)
Şərhlər
Bu yazıya ərh yazılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir