Arıqlamaq üçün qreçka pəhrizi
Qreçka ilə arıqlamaq üsulu 1 ayda 12 kiloqrama qədər çəki atmağa kömək edir. Onu da xatırladaq ki, “qarabaşaq” el arasında qreçka adlandırılır.
Arıqlamaq istəyənlər üçün qreçka pəhrizi
Arıqlamaq üçün qarabaşaq yeməyi aşağıdakı qaydada hazırlanmalıdır:
1 stəkan qreçkaya 2,5 stəkan qaynar su töküb 1 gecə saxlayın. Ertəsi gün yeyin. Hazırladığınız qreçkaya yağ, duz və ya digər ədəvalar qatmayın.
1 həftəyə arıqlamaq üçün qreçka pəhrizi
Bu dietada gündə 1 litr kefir içib, qarabaşaq sıyığı yeyəcəksiniz. Axşam yeməyini ən gec yatmazdan 4 saat əvvəl bitirmək lazımdır. Onunla 1 həftə ərzində 5-6 kq çəki atacaqsınız.
Arıqlamaq üçün qreçka pəhrizi – 7 günlük dieta
7 gün ərzində istədiyiniz qədər qarabaşaq yeməyə icazə verilir. Sadəcə mədəni çox doldurmamağa çalışın. Yeməklə birlikdə 200 ml qazsız su için. Bu dieta həftəyə 5-10 kq arıqlamaq vəd edir.
Qreçkanın düzgün hazırlanma qaydası: 200 qram qarabaşağın üzərinə 400 ml qaynar su tökün. Qabın ağzını boşqab və ya qapaqla bağlayıb, 12 saat saxlayın. Hazır sıyığı 4-5 dəfəyə yeyin.
Yatmazdan 2-3 saat əvvəl qida qəbulu qadağandır. Aclıq hissi dözülməzdirsə, 200 ml kefir və ya su için.
Qreçka pəhrizi barədə vacib məqamlar
- Yeməyi dadlandırmaq üçün süd məhsulları, duz, yağ istifadəsi yolverilməzdir.
- Suda bişirilmiş qreçka sıyığını yemək olar, sadəcə onun effekti zəifdir.
- Gündə 1.5 litr maye (su, bitki çayları, yaşıl çay) içməlisiniz.
- Əzginlik, başgicəllənmə baş verdikdə qreçkaya 1-2 çimdik duz qatın.
- Mütəxəssislər aybaşı vaxtı bu pəhrizi saxlamağı tövsiyə etmirlər.
Arıqlamaq üçün qreçka pəhrizi – 7 günlük menyu
Bu menyu sürətli arıqlamaq üçün pəhrizlər kateqoriyasına daxil olduğundan, bir qədər sərt dieta sayılır.
I gün
Səhər: kefirli qarabaşaq sıyığı
Nahar: buxarda qarabaşaq kotleti, kefir
Axşam: qarabaşaq zapekankası, 250 ml kefir
II gün
Səhər: yaşıl çay, 1-2 ədəd xlebçı
Nahar: buxarda bişirilmiş qarabaşaq oladisi, 150 ml kefir
Axşam: kefir, 1 portağal
III gün
Öncədən hazırlanmış qreçkanı 5 bərabər hissəyə bölün.
Səhər: 250 ml mineral su, 1 hissə qreçka
Nahar: kefirlə 2 hissə qarabaşaq
Axşam: qreçkanın 2 hissəsi, mineral su
IV gün
Səhər: buxarda qreçka oladisi, su
Nahar: qarabaşaq sıyığı, 250 ml kefir
Axşam: qreçka sıyığı, yaşıl salat
V gün
Səhər: qreçka sıyığı, suda bişmiş yumurta, kefir
Nahar: qarabaşaq, təzə kələm, bitki çayı
Axşam: qarabaşaq sıyığı, tərəvəz salatı
VI gün
Səhər: qarabaşaq sıyığı, kefir
Nahar: suda qaynadılmış alma, qreçka
Axşam: qarabaşaq kotleti, 2 ədəd banan
VII günün menyusu III günlə eynidir.
Qreçka pəhrizi hansı hallarda qadağandır?
- hamiləlik və laktasiya (südvermə) dövrü;
- I, II tip şəkərli diabet
- yüksək təzyiq
- mədə-bağırsaq xəstəlikləri
- yüksək fiziki aktivlik
Həmçinin bu pəhrizi 14 gündən artıq saxlamaq məsləhət görülmür.
Arıqlamaq üçün qarabaşaq pəhrizi sona çatdıqda nə etməli?
- çoxlu miqdarda maye qəbul edin;
- qreçkanı düyü, yulaf, qarğıdalı sıyıqları ilə əvəz edin;
- arıqlamaq üçün pəhriz yeməkləri, xüsusilə dietik şorbalar hazırlayın;
- dietadan çıxdıqdan sonra rasionunuza meyvə-tərəvəzlər daxil edin. Pəhrizin bitdikdən 3 gün sonra gündəlik menyuya maksimum 300 qr ət və ya balıq əlavə etmək olar.
Xülasə
Qreçka pəhrizinə düzgün riayət etsəniz effektini mütləq görəcəksiniz. Pəhriz müddətində hər hansı bir narahatlığınız olsa, dietanı dayandırıb, həkimə müraciət edin.
Aysel xanim ancg 4 ay qrecka yediz?? Sirniuat yeyirdz ?etrafli yazardz .nece etdiynizi
Men qrecka pehrizi ile 25 kilo ariglamisam 4 aya normal duru yagla pisirmisem abedde yiyirdim seher naharimda qara corek pehriz soru yeyirdim qrecka cox gozel nemetdi yoxlamaga deyer
Bu deqiq effekt gorsedib yeni heqiqeten meslehetlidir
Men bu dieta ile 4 gune 2 kq ceki atmiwdim.Heqiqeten effeklidir.Sabahdan yene bawlayacam
Salam. Zehmet olmasa dietanizi tam deqiq yaza bilersiniz men de etmek istiyirem.
Salam Aysel xanim nece bisirirdiz zehmet olmasa deye bilersiz
Salam xanm 7gunluk dietani yazblar yuxarda sizde onu elednz?qreckani 7gun bayunca axsamdan suya qoymaq lazmdi hergun ucun ayri?