Arıqlamaq üçün

İnsanlar artıq çəkidən azad olmaq məqsədilə müxtəlif üsullara əl atırlar. Məsələn, arıqlamaq üçün çay reseptindən istifadə edirlər, pəhriz saxlayırlar, idmanla məşğul olurlar, arıqlamaq üçün kəmərlər taxırlar. Hətta limon ilə arıqlamağa üstünlük verənlər, hətta dərman içənlər də vardır. Bu məqalədə Sizə ən məşhur və effektiv dietalardan birini təqdim edirik.
Arıqlamaq üçün alma dietası
Sürətli arıqlamaq üçün pəhrizlər kateqoriyasına daxildir. Mono, yəni təktipli qidalanmaya əsaslanan sadə dietadır. Onun sayəsində 1 həftəyə 5 kq arıqlayacaqsınız.
Arıqlamaq üçün alma dietasının müsbət cəhətləri
- Büdcəyə uyğun pəhriz hesab olunur;
- Hətta vegeterianlara da uyğundur;
- Vitaminlərlə zəngindir;
- İlin istənilən fəslində bazarda müxtəlif növ alma tapmaq mümkündür;
- Almanın tərkibindəki pektin bağırsağın işini tənzimləyir.
Arıqlamaq üçün alma dietasının çatışmazlıqları
- İradəsi zəif insanlar bəzən kontroldan çıxıb, kalorili məhsullara yönəlirlər.
- Almanın təsirindən aclıq hissi stimulə olunduğundan, insan özünü saxlamaqda bir qədər çətinlik çəkir.
- Dieta bitdikdə əvvəlki kimi qidalanmaq olmaz, bu halda verdiyiniz çəkini geri alacaqsınız.
- Pəhriz əsnasında arıqlamaq üçün idman hərəkətləri ilə məşğul olmaq qadağandır. Əks təqdirdə əzələ kütləsi itirəcəksiniz, yağlar isə yanmayacaq, əzgin və yorğun olacaqsınız.
- Hamilələrə, süd verən analara, mədə-bağırsaq xəstəliklərindən əziyyət çəkənlərə qadağandır.
- Almanın tərkibindəki sellüloza artıq miqdarda qəbul edildikdə qarında ağrı və köpə səbəb olur.
Arıqlamaq üçün almalı dietanın 1 həftəlik menyusu
Bezməyəsiniz deyə almanın müxtəlif sortlarından püre, salat, zapekanka və s. hazırlamağınız məsləhətdir.
1-ci gün
Səhərə: 2 alma, bir neçə ədəd çovdar suxarisi
Naharda: 1 stəkan kefir, alma püresi
Axşama: 2 alma
2-ci gün
Səhər: 1 stəkan kefir, alma püresi
Naharda: suda qaynadılmış döş əti, alma
Axşama: sobada bişirilmiş almadan 2 ədəd
3-cü gün
Səhərə: sürtkəcədən keçirdiyiniz 2 almaya darçın qatıb yeyin
Naharda: almadan 2 ədəd, çovdar suxarisi
Axşama: sobada bişmiş almadan 2 ədəd
4-cü gün
Səhərə: sobada hazırlanmış almadan 2 ədəd
Naharda: sobada 2 alma, 1 xör.qaş. bal
Axşama: doğranmış almadan və bir qədər darçından salat
5-ci gün
Səhər: kefir, alma püresi
Nahara: soyutma döş əti, alma
Axşam: sobada bişmiş almadan 2 ədəd
6-ci gün
Səhər: almanı sürtkəcdən keçirib, darçın qatın.
Naharda: 2 alma ilə bir neçə çovdar suxarisi
Axşama: almadan püre, kefir
7-ci gün
Səhər: alma və yaşıl çay
Nahar: döş əti, alma
Axşama: sobada bişirilmiş almadan 2 ədəd
Həftəyə 10 kq arıqlamaq üçün tərəvəz dietası
- Sutkalıq tərəvəz qəbulu 1.5 kq olmalıdır;
- Arıqlaya bilməyənlərə yaxşı kömək edir;
- Maddələr mübadiləsini işə salır;
- Tərəvəzlər çiy və ya az bişirilmiş halda yeyilir.
Arıqlamaq üçün tərəvəz dietasının müsbət cəhətləri
- Orqanizmi vitamin və minerallarla təmin edir.
- Onların tərkibindəki sellüloza və pektin həzm traktının işin, bağırsaq mikroflorasını normaya salır.
Arıqlamaq üçün tərəvəz dietasına aid qaydalar
- Mədə-bağırsaq xəstəliyindən əziyyət çəkənlərə qadağandır
- Sutkaya ən azı 2-3 litr su işmək lazımdır
Arıqlamaq üçün həftəlik tərəvəz dietası
I gün
Səhər: kəsmik, göyərti, pomidor, şəkərsiz südlü kofe
Naharda: kərəviz+kələm+kök+bolqar bibərindən şorba
Atışdırma: çoban salatı
Axşam: brokkoli+gül kələmi+soğan+pomidordan zapekanka
II sutka
Səhər: bolqar bibəri qatılmış çoban salatı
Nahara: 2 soyutma kartof+bir neçə çiy tərəvəz+ bitki yağından salat
Atışdırma: meyvələr
Axşam: azyağlı kəsmik, tərəvəz salatı, 1 dilim çovdar çörəyi
III sutka
Səhər: 1 fincan yağsız qatıq
Nahar: doğramac, yaşıl çay
Atışdırma: sobada bişirilmiş 2 alma
Axşam: kələm şorbası, yaşıl çay
IV sutka
Səhər: giləmeyvələrlə qatıq
Nahar: yunan salatı (bolqar bibəri+feta pendiri+pomidor+zeytun+xiyar), kisel
Atışdırma: sürtkəcdən keçirilmiş kök
Axşam: bitki yağında qızardılmış qabaq (kabaçok) və badımcan, giləmeyvə kompotu
V sutka
Səhər: kərəviz şorbası, yaşıl çay
Nahar: vineqret salatı, meyvə kompotu
Atışdırma: soyutma çuğundur, qara gavalı qurusu və qozdan salat
Axşama: tərəvəz zapekankası, çay
VI sutka
Səhər: vineqret, kefir
Nahar: noxud şorbası, tərəvəzlərdən salat
Atışdırma: sobada hazırlanmış badımcan
Axşama: suda bişmiş gül kələmi, çay
VII sutka
Səhər: soyutma yumurta, limon şirəsi qatılmış tərəvəz salatı
Nahar: doğramac, meyvə kiseli
Atışdırma: sobada bişirilmiş kabaçok
Axşam: tərəvəzdən xörək
Qeyd
Menyulardakı içkilər (çay, kofe) 1 stəkan, yaşıl çay isə 1 fincan nəzərdə tutulmuşdur. İstənilən pəhrizi saxlamazdan öncə mütləq dietoloqla məsləhətləşin.