Ac qalmadan arıqlamaq

13 Avqust 2019 Kateqoriya: Arıqlamaq üçün nə etməli? Müəllif:
Oxuma vaxtı: 6 dəq Oxunma sayı: 4488
3.8/5 - (94 votes)

Artıq çəkini atmaqdan söz açdıqda insanlar ac qalacağını düşünərək narahatlıq keçirir, hətta bəziləri bu ideyadan vaz keçir. Bu məqalədə Sizə ac qalmadan arıqlamaq barədə məsləhətlər verəcəyik.

Ac qalmadan arıqlamaq üçün 10 günlük dieta

Bu pəhriz sayəsində ac qalmadan, yəni yeyərək arıqlamaq mümkündür. Dietanın əsas şərti gündə ən azı 2 litr su içməkdən ibarətdir. Pəhriz 10 günə 6-8 kq arıqlamaq vəd edir.

Qeyd: “/” işarəsi “və ya” mənasındadır.

Ac qalmadan 10 günə arıqlamaq üçün menyu

Səhər: 100 qr yağsız kəsmik, 125 qr yağsız qatıq, şəkərsiz çay və ya qəhvə

Qəlyanaltı: zeytun yağı qatılmış tərəvəz salatı, portağal və ya alma

Nahar: 200 ml toyuq şorbası, sobada hazırlanmış 200 qram balıq, çay/qəhvə

Axşam yeməyinə qədər: 200 qr ət soyutması, 150 qr bişmiş tərəvəz

Axşam: 200 qr tərəvəzli balıq qrili, 200 ml yoqurt

Tərəvəzləri özünüz seçərək, 10 günlük menyunu zövqünüzə uyğun tərtib edə bilərsiniz. Sadəcə duz istifadəsi qadağandır.

Ac qalmadan arıqlamaq 4 şəkil

Ac qalmadan arıqlamaq üçün 10 günlük dieta nə zaman qadağandır?

  • Ürək-damar sistemi xəstəlikləri
  • Mədə-bağırsaq problemləri
  • Böyrək patologiyaları
  • İstənilən xroniki xəstəlik

Ac qalmadan arıqlamaq  üçün 3 günlük dieta

Bu pəhriz 3-4 kq arıqlamaq vəd edən pəhrizdir.

1-ci gün 

Səhər: buxarda hazırlanmış toyuq kotleti/soyutma yumurta

Nahara qədər: təzə xiyar+kələm salatı (üzərinə zeytun yağı gəzdirib, limon sıxa bilərsiniz)

Nahar: balıq filesinin qrili, kələm+pomidor+xiyar salatı

Arada: mal ətinin soyutması, yumurtalı gül kələmi (resept aşağıda qeyd olunmuşdur)

Axşam: 1 kasa ət bulyonu, kartofdan başqa istədiyiniz tərəvəzlərdən salat/göbələk qovurması

Ac qalmadan arıqlamaq foto 9

2-ci gün 

Səhər: sobada bişirilmiş ispanaqlı döş əti

Nahara qədər: boranı şorbası

Nahar: suda bişmiş göbələk+ət, xiyar+turp salatı (zeytun yağlı)

Atışdırma: brokkoli+xiyar+kök salatı

Axşam: sobada/buxarda bişmiş balıq , limon sıxılmış kahı +göyərti salatı

3-cü gün  

Səhər: toyuq soyutması, bitki yağı qatılmış kələm-xiyar salatı

Nahara qədər: sobada bişirilmiş cəfəri və şüyüdlü ət

Nahar: ispanaq şorbası (resepti aşağıda qeyd olunmuşdur), buxarda bişirilmiş balıq kotleti

Arada: tavada yağsız qızardılmış toyuq filesi

Axşam: folqada sobada hazırlanmış mal əti, buxarda bişmiş tərəvəzlər

Ac qalmadan arıqlamaq foto 8

Ac qalmadan arıqlamaq üçün 3 günlük dieta kimlərə qadağandır?

  • Hamilələr, süd verən qadınlar, uşaqlar və yeniyetmələr
  • Şəkərli diabet, qaraciyər, böyrək, mədə-bağırsaq və digər ciddi xəstəlikləri olan şəxslər

Ac qalmadan arıqlamaq üçün xörək reseptləri

Arıqlamaq üçün pəhriz yeməkləri hazırlamaqla ac qalmadan çəki ata biləcəksiniz.

Vəzəri-bozalaq (kress-salat) şorbası ilə ac qalmadan arıqlamaq

İnqrediyentlər

  • Vəzəri-bozalaq – 100 qr
  • İspanaq – 200 qr
  • Kərəviz sapı – 2 ədəd
  • İstənilən ət bulyonu – 1litr
  • Zeytun yağı – 1 x.q
  • Dəfnə yarpağı
  • Kəklikotu
  • Üyüdülmüş qara istiot
  • Duz

Hazırlanması:

  1. Göyərtini yuyub doğrayın;
  2. Kərəvizi zeytun yağında qızardın;
  3. Həmin tavaya ispanaq və vəzərini əlavə edib, 1-2 dəqiqə qovurun;
  4. Üzərinə bulyon və ədviyyatları tökün;
  5. Qaynadıqdan sonra odu azaldıb, 5 dəqiqə qaz plitəsində saxlayın;
  6. Bulyondan kəklikotunu və dəfnə yarpağını çıxarın;
  7. Şorbanı blenderdən keçirin.

Xörəyi isti və soyuq formada üzərinə xama gəzdirməklə süfrəyə vermək olar.

Ac qalmadan arıqlamaq foto 7

Yumurtalı gül kələmi bişirməklə ac qalmadan arıqlamaq

Resept:

  • Gül kələm – 1 kq
  • Yumurta – 2 ədəd
  • Çiy yumurtanın ağı – 8
  • Baş soğan – 1 ədəd
  • Üyüdülmüş qara istiot
  • Zeytun yağı
  • İstəyə görə duz

Hazırlanması:  

  1. Kələmi kiçik hissələrə ayırın;
  2. Kələmləri qaynayan duzlu suya atıb, 10-15 dəqiqə bişirin;
  3. Aşsüzənə töküb, suyunu tam süzün;
  4. Yumurta və yumurta ağlarını çırpın;
  5. İstəyə görə duz və istiot əlavə edin;
  6. Soğanı xırdalayıb yağda qızardın;
  7. Həmin tavaya gül kələmi və yumurtaları əlavə edin;
  8. Yumurta tam bişənə qədər qızardın.

Xörəyi sarımsaqlı qatıq və göyərti ilə süfrəyə verin.

Ac qalmadan arıqlamaq foto 10

Şampinyonlu-ispanaqlı şorba ilə ac qalmadan arıqlamaq

Komponentlər:

  • Şampinyon – 500 qr
  • İspanaq – 300 qr
  • Soğan – 2 ədəd
  • Toyuq bulyonu – ½ litr
  • Yağsız qatıq – 1 fincan
  • Zövqə görə göyərti
  • Üyüdülmüş qara istiot
  • Zeytun yağı
  • Duz

Hazırlanma qaydası:

  1. Şampinyonları kubik formasında doğrayın;
  2. Soğanı həlqəvarı kəsib, zeytun yağında qızardın;
  3. Üzərinə göbələkləri əlavə edib qızardın;
  4. İspanağı doğrayıb qazana əlavə edin;
  5. Toyuq bulyonunu töküb, duzlayın;
  6. Bulyon qaynadıqdan sonra qaz plitəsinin odunu bir qədər azaldıb, əlavə 10-15 dəqiqə bişirin;
  7. Şorbanı blenderə boşaldıb, qatıq əlavə edin və qarışdırın.

Sonda şorbaya göyərti qatıb, soyuq halda yeyə bilərsiniz.

Ac qalmadan arıqlamaq foto 11

Xülasə

Bu reseptlərlə ac qalmadan arıqlamaq ilə yanaşı, həm də mətbəxinizə fərqli dad qatacaqsınız.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin:
3.8/5 - (94 votes)
Şərhlər
Bu yazıya ərh yazılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir