Kofe ilə arıqlamaq

Artıq çəkidən azad olmağın müxtəlif yolları vardır. Kofe ilə arıqlamaq da bu üsullardan biridir. Qəhvə xoşlayanlar bu dieta sayəsində sevdikləri içkinin dadından zövq alaraq arıqlayacaqlar.
Kofe ilə arıqlamaq – müsbət cəhətləri
- Kofe bədəndəki artıq yağları yandırır;
- Maddələr mübadiləsini sürətləndirir;
- Qanda qlikogenin səviyyəsini azaltmaqla, iştahı kəsir;
- Sidikqovucu təsiri hesabına orqanizmdən artıq mayeni kənarlaşdırır;
- İnsulini aktivləşdirməklə qlükoza səviyyəsini azaldır.
Kofe ilə arıqlamaq kimlərə qadağandır?
Yeniyetmələr, hamilələr, hipertoniklər (yüksək təzyiqi olanlar), yuxusuzluqdan, sinir sisteminin pozğunluğundan, qastritdən əziyyət çəkən şəxslərə kofe əsaslı pəhrizlər məsləhət görülmür. Həmçinin burada yaş məhdudiyyəti də mövcuddur. Yalnız 18-35 yaşarası insanlar kofe dietası saxlaya bilər. Təzyiq problemi yaşamamaq üçün 40 yaşdan sonra bu pəhriz icazəli deyil.
Kofe ilə arıqlamaq – bəzi qaydalar
- Qəhvə təbii və keyfiyyətli olmalıdır.
- Qəhvəni mis qabda dəmləyib, keramik fincanda için. Plastik stəkanda içmək olmaz.
- Kofeyə 1 çimdik qara istiot, vanil, darçın əlavə edə bilərsiniz. Şəkər, süd və ya şəkərəvəzləyicilər qatmayın.
- Gündəlik rasiondan yağlı xörəkləri, şirniyyatı, ağ çörəyi, “fast fud” kimi ziyanlı məhsulları çıxarın.
- Dietanın effektivliyini artırmaq üçün arıqlamaq idmanları edin, kosmetik prosedurlara yazılın.
- İdealda kofeni gün ərzində 12.00-17.00 arası içmək məqsədəuyğundur. İstənilən menyuda 1 dəfəyə yalnız 1 fincan kofe içmək olar.
Kofe ilə arıqlamaq üçün menyu
Səhər yeməyi – buxarda və ya sobada bişirilmiş omlet, tərəvəz salatı, 150 qr toyuq soyutması, limonlu yaşıl çay
İkinci səhər yeməyi – 10 qr pendir, qəhvə
Nahar – qabaq (kabaçok) və boranıdan sup püre, dərisi soyulmuş döş əti, tərəvəz şirəsi
Arada – 10%-li xamanın qəhvə ilə qarışığı
Axşam – kefir və ya qatıq, 1 ədəd quru peçenye
Kofe ilə arıqlamaq – 3 günlük dieta
Bu menyu sürətli arıqlamaq üçün pəhrizlər sırasına daxildir. Ağır pəhriz olduğundan səbr və iradə tələb edir. 3 günə 3-4 kilo çəki itirilir.
Səhər, nahar, axşam vaxtı yalnız 40 qr şokoladla 1 fincan qəhvə içirsiniz. Naharla axşam yeməyi arasında acsanız, eyni qaydada şokolad və qəhvə qəbul edirsiniz.
Kofe ilə 7 günə 7 kq arıqlamaq
2-ci gün istisna olmaqla digər günlərdə səhər yeməyi yalnız 1 fincan qəhvədən ibarət olmalıdır.
1-ci gün
Nahar: 2 ədəd soyutma yumurta, pomidor və kələm salatı, qəhvə
Axşam: az miqdarda kələm salatı, sobada hazırlanmış 150-200 qr balıq, qəhvə
2-ci gün
Səhər: qəhvə, bir neçə ədəd dietik suxari və ya 1 dilim çovdar çörəyi
Nahar: 200 qr balıq soyutma, qəhvə
Axşam: 150-200 qr yağsız ət soyutması, 1 stəkan kefir və ya qatıq
3-cü gün
Nahar: az miqdarda zeytun və ya digər bitki yağı qatılmış bir neçə soyutma tərəvəzdən salat, suda qaynadılmış 1 ədəd yumurta, qəhvə
Axşam: 2 ədəd iri ölçülü alma
4-cü gün
Nahar: kartof qatmadan digər tərəvəzlərdən salat, kofe, alma
Axşam: 200 qr yağsız mal əti, kələm salatı, 1-2 ədəd soyutma yumurta, qəhvə
5-ci gün
Nahar: zeytun yağı əlavə edilmiş, limon sıxılmış kök salatı, kofe
Axşam: sobada yağsız bişirilmiş 150-200 qr ət, azacıq kələm salatı, qəhvə
6-cı gün
Nahar: kök, kələm və 200 qr döş ətindən hazırlanmış salat, qəhvə
Axşam: 2 yumurta, 1-2 dilim pendirlə suda bişmiş bir neçə kök, qəhvə
7-ci gün
Nahar: 200 qr soyutma ət, 2 ədəd kiçik ölçülü alma, kofe
Axşam: digər 6 günün axşam yeməyindən biri
Kofe ilə arıqlamaq – 2 həftəyə 10 kq
Səhər oyandıqda: bir qədər azyağlı süd əlavə olunmuş kofe
Naharda: 250 qr ət soyutması, bir neçə ədəd xlebçı, qəhvə
Axşam vaxtı: 100-150 qr toyuq soyutması, 2-3 xlebçı, kofe
Xülasə
Sonda çox vacib bir məqamı nəzərinizə çatdıraq ki, arıqlamaq üçün qəhvəni özünüz üyütməli və dəmləməlisiniz. Kiçik paketlərdə toz şəklində satılan kofeni içməklə arzu etdiyiniz nəticəni ala bilməzsiniz.