Korset arıqlamaq üçün

Korset arıqlamaq, həm də bədən quruluşunu korreksiya etmək məqsədilə istifadə olunur. Arıqlamaq üçün kəmərlər və korset artıq çəkidən qurtulmağın yollarından biridir.
Korset arıqlamaq üçün hansı hallarda istifadə olunmalıdır?
Müasir qasınları maraqlandıran suallardan biri də budur: korset arıqlamaq üçün kifayətdirmi? Yəni bu yolla artıq çəkidən tamamən xilas olmaq mümkündür? Cavab: korsetlə müəyyən qədər çəki ata bilərsiniz. Ancaq arzuolunan nəticə əldə etmək, qarın arıqlatmaq, belinizi incəltmək istəyirsinizsə, idman hərəkətləri və düzgün qidalanma rejimi şərtdir. Belə ki, qarın arıqlatmaq üçün idman hərəkətlərini yerinə yetirərkən və yaxud rəqs edərkən korset taxmağınız məsləhətdir.
Korsetin istifadəsinə göstərişlər
- arıqlamaq istəyi, qarın və yan hissələrdəki yağları əritmək arzusu
- əməliyyatdan sonra reabilitasiya dövründə qarın əzələlərinin möhkəmləndirilməsi üçün
- doğuş sonrası sallanmış qarını toplayan alt paltarı qismində
- qarın divarının yırtığı və tamlığının digər pozulma halları
- qısa müddət ərzində kəskin şəkildə arıqlayan şəxslərdə dəri sallanmasının profilaktikası və aradan qaldırılması məqsədilə
- striyaların (dəri çatlarının) qarşısının alınması
- bədən quruluşunun kiçik qüsurlarının vizual maskalanması
- bel-oma ağrıları
Korsetlə arıqlamaq – müsbət və mənfi tərəfləri
Arıqlamaq üçün korset taxmağın üstün cəhətləri aşağıdakılardır:
- özünə inam və arxayınlığın artması. Korsetin köməyilə bədən daha cazibədar forma alır.
- sallanmış hissələri qısa zamanda aradan qaldırır, bu məsələ yenidoğmuş qadınlar üçün daha aktualdır.
- insan daha az yeyir, nəticədə tez arıqlayır.
Arıqlamaq üçün korset taxmağın çatışmazlıqları
- kompressiya dərəcəsi yüksək olan modellər, yəni daha çox sıxan korsetlər kiçik çanaq səviyyəsində qan dövranına mənfi təsir göstərə bilər.
- qarın boşluğunun kəskin və xroniki xəstəliklərində korset istifadəsi qadağandır.
- həmçinin ürək-damar sistemi, əsasən də ürək əzələsinin yükləndiyi insanlara korset taxmaq olmaz.
Korsetlə yatmaq icazəli deyil. Gündə 3-4 saatdan artıq korset taxmaq tövsiyə olunmur.
Arıqlamaq üçün korset seçimində müxtəliflik
Günümüzdə korset müxtəlif çeşiddə istehsal olunur:
- lateksli korset – enli kəmərin klassik elastik tipidir. Onun istini saxlama effekti vardır.
- mayka korset – orqanizmə kompleks təsir göstərir. Qarın və bel hissələrini korreksiya etməklə yanaşı, qaməti də düzəldir.
- neopren kəmər şəklində korset – bel nahiyəsinin yüklənməsini azaldır, qarını hamarlaşdırır. Neopren – sintetik kauçukun yeni növüdür.
Korset arıqlamaq üçün kişilərə də vacibdir
Korsetin sırf qadınların qarderobuna aid olduğunu düşünmək yalnışdır. Ondan kişilər də istifadə edə bilər. Kişilər üçün korset aşağıdakı xüsusiyyətlərə malikdir:
- “Pivə” qarnını arıqlatmağa kömək edir.
- Ağır idman növü ilə məşğul olduqda onurğanın yüklənməsini azaldır.
- Qarının ön divar əzələlərinə qan axınını sürətləndirir.
- Düzgün qamət formalaşdırır.
Korsetlə arıqlamaq üçün modellər
Ən məşhur modellər bunlardır:
- Waist trainer (sculpting clothes). Onurğanı dəstəkləyir, qarın əzələlərini tonuslandırır. Daxili orqanlara təzyiq göstərmir. Təhlükəsizdir.
- Ann Chery Faja Clasica. Qaməti düzəltməyə, beldə gərginliyi yox etməyə kömək edir. Onu idman zamanı taxmaq faydalıdır.
- Zip and Clip Torso Style (zamoklu). İstini saxlayan materialı idmanın effektini artırır. Qarın və bud hissəsini arıqladır, bədən quruluşunu qum saatına bənzədir.
- Sweet sweat premium. Sauna effekti verir. Bədən temperaturunu artırır, dərialtı piy qatını parçalayır. Korsetin daxili qatı təri özünə hopdurur, ən əsası da dəri üzərində sürüşmür.
- Yianna. Pold spiral karkası onurğanın (kürəyin) düzgün vəziyyətini təmin edir. Yoqa ilə arıqlamaq üçün hərəkətlər zamanı, həmçinin doğuşdan sonrakı dövrə uyğundur. Korseti alarkən ölçüsünü düzgün seçmək çox vacibdir.
- Fajastec Women’s beauty. Əhatə etdiyi bütün hissələrə təsir göstərir. Mütəxəssislər bu korsetin bədəni 2 ölçüyə qədər incəltdiyini bildirirlər.
- Miss Belt. Ən çox taxılan modellərdəndir. O, artıq çəkini geridə qoymaqla, bədəni gözəlləşdirir.
Korset ev şəraitində arıqlamaq istəyənlər üçün əlverişli vasitədir. Tez nəticə əldə etmək istəyirsinizsə, yanaşı olaraq, arıqlamaq üçün pəhrizlər saxlayın.
Bunu hardan ala bilərik???
Salam. İnternet maqazinlərdən ala bilərsiniz.
maraqlı məqalədir.