Petruşka ilə arıqlamaq

Petruşka orqanizmdən artıq mayenin kənarlaşmasına, bədənin şlaklardan, toksinlərdən təmizlənməsinə, eyni zamanda bir neçə kiloqram çəki atmağa kömək edir. Cəfəri, yəni petruşka ilə arıqlamaq üçün Sizə bir neçə üsulu təqdim edirik.
Petruşka ilə arıqlamaq üçün menyu
Səhər: 1 çay qaşığı şəkər qatılmış südsüz qəhvə
Günorta: 1 xörək qaşığı doğranmış cəfəri kökü, 1 ədəd soyutma yumurta
Nahar: 100 qr ət soyutması, 1 x.q. xırdalanmış cəfəri kökü
Arada: 100 qr pendir və ya 200 qr kəsmik, kofe və ya çay
Axşam: 1 fincan kefir
Pəhriz həftəyə 4-5 kq arıqlamaq üçündür.
Petruşka ilə arıqlamaq məqsədilə çay
Petruşka dəmləməsi ilə arıqlamaq çox sadədir: 100 qr təzə cəfəri yarpaqlarını xırda-xırda doğrayın. Üzərinə 2 litr su töküb, zəif odda 10-15 dəqiqə qaynadın. Soyuduqdan sonra süzün. 1 limon suyunu əlavə edib için.
10-14 gün ərzində acqarnına gündə 1-2 dəfə içsəniz, effektini görəcəksiniz.
Petruşka ilə arıqlamaq faydalıdır
Petruşkanın tərkibində A, C, B vitaminləri, dəmir, kalsium, maqnezium və digər xeyirli maddələr vardır. Bundan əlavə petruşka qalxanvari vəzin, böyrəklərin, sidik-ifrazat sisteminin fəaliyyətini yaxşılaşdırır, iltihabı aradan götürür, insana enerji verir.
O cümlədən beynin oksigenlə zənginləşməsinə, ürək əzələsinin möhkəmlənməsinə, qadınlarda aybaşı tsiklinin normallaşmasına şərait yaradır.
Petruşka ilə arıqlamaq üçün nə etməli?
Cəfərini arıqlamaq üçün salatlara, qarnir, şorba və qəlyanaltılara qata bilərsiniz. Bu bitki ağır qidanı tez həzm etməyə kömək edir. Həmçinin cəfəri ilə arıqlamaq çayları, dəmləmələr də çəki atmağa səbəb olur.
Petruşka ilə arıqlamaq üçün balanslaşdırılmış menyu
Səhər yeməyində: giləmeyvə qatılmış yulaf sıyığı, bir neçə sap petruşka, suda bişirilmiş yumurta, çay
Atışdırma: meyvələr
Naharda: cəfərili tərəvəz şorbası, ət qovurması, 2 dilim buğda çörəyi, cəfərili-tərəvəzli salat, qurumeyvələrdən kompot
Günortaya: kəsmik və ya qatıq
Axşama: sobada balıq , salat, kefir
Bununla yanaşı gündə 1 dəfə petruşka dəmləməsi için: cəfərinin saplarını xırdalayın. 1 xörək qaşığı cəfərinin üzərinə 1
stəkan su tökün. 20 dəqiqə qaynadın. Səhərlər bir neçə qaşıq acqarnına için.
Petruşka ilə sürətli arıqlamaq
Bu menyu sürətli arıqlamaq üçün pəhrizlər kateqoriyasına daxildir. Onu 4 gündən çox tutmaq icazəli deyil.
Gündəlik menyu
Səhər: südlü çay
Atışdırma: 1 ədəd soyutma yumurta, doğranmış cəfəri kökü
Naharda: suda qaynadılmış ət, 1 dəstə cəfəri və ya 1 xörək qaşığı cəfəri kökü
Günortaya: petruşka ilə kəsmik və ya pendir, çay
Axşam yeməyində: 1 stəkan kefir
Bu dieta çox sərt olduğundan onu saxlamaq çətindir. Ancaq dözə bilsəniz, 3-4 günə 3 kq çəki atacaqsınız.
Petruşka ilə arıqlamaq üçün yeməklər
Tərəvəz salatı
2 pomidor, şirin bibər və 2 ədəd xiyarı kubik, qırmızı soğanı isə yarımhalqa şəklində doğrayıb qarışdırın. Bir qədər zeytun, cəfəri və zeytun yağı əlavə edib yeyin.
Krevetkalı-petruşkalı salat
500 qr krevetkanı suda qaynadın. 3 pomidoru kubik formasında, kiçik soğanı isə xırda-xırda doğrayın. Ərzaqları qarışdırın. Həmin qaba xırdalanmış cəfəri və 1 diş sarımsaq əlavə edin. Sonda zeytun yağı, bir az duz, şəkər, limon suyu qatın.
Petruşka ilə arıqlamaq üçün şorba
3 litr kefiri 2 stəkan suda durulaşdırın. Qaz plitəsinə qoyub hərəsindən 1 xörək qaşığı olmaqla düyü və un, eləcə də 1 ədəd yumurta əlavə edin. Zəif oda qoyub daim qarışdırın, lakin qaynatmayın. 10 dəqiqədən sonra qazana doğranmış göyərti (petruşka, nanə, şüyüd, ispanaq) və azacıq duz tökün. Bir neçə dəqiqə odun üzərində saxladıqdan sonra götürün.
Petruşka ilə arıqlamaq üçün smuzi
Arıqlamaq üçün içkilərdən sayılan bu kokteyl həm dadlı, həm də faydalıdır. Smuzini hazırlamaq üçün yaşıl bibər, alma, 3 ədəd nanə yarpağı və 5 sap cəfərini doğrayın. 30 ml limon suyu, 150 ml təzə sıxılmış alma şirəsi, azacıq duzla birlikdə bütün inqrediyentləri blenderdə qarışdırın.
Petruşkalı kambala
4 file kambala balığını duzlayıb, istiotlayıb azacıq qızardın. Sonra tavaya bir qədər su, 1 x.q. kərə yağı əlavə edib, hazır olana qədər bişirin. Ardınca xörəyə limon suyu, 4-5 x.q. doğranmış petruşka qatın. 5 dəqiqə də qaz plitəsində saxlayıb götürün.
Cəfərili sırniklər
200 qr yağsız kəsmiyi 2 yumurta, 1 x.q. əzilmiş sarımsaq, 4 x.q. petruşka və duzla qarışdırın. Qaba 5 x.q. un əlavə edib sırnik düzəldin və qızardın.
Xülasə
Reseptləri düzgün qaydada hazırlasanız faydasını görəcəksiniz.