Arıqlamaq çayları

Artıq çəkidən qurtulmaq, sellülitlə vidalaşmaq istəyənlər üçün arıqlamaq çayları optimal vasitədir. Bu sahənin mütəxəssisləri düzgün seçilmiş çayın arıqlamaq üçün çox effektiv olduğunu təsdiq edir.
Arıqlamaq çayları haqqında
Çaylar arıqlamaq üçün içkilər kateqoriyasına daxildir. Onlar müxtəlif komponentlər əsasında dəmlənilir. Apteklərdə hazır çaylar satılsa da, ev şəraitində təbii məhsullardan düzəldilən içki daha faydalı hesab olunur. Evdə çox vaxt sərf etmədən hazırlanılan arıqlamaq üçün çay reseptlərinə nəzər salaq.
Arıqlamaq çayları – gözəllik içkisi
Bu çay arıqlamaq üçün detokslar kimi təsir göstərərək, orqanizmi toksinlərdən və sərbəst radikallardan təmizləyir. Güclü antioksidant xüsusiyyətə malikdir.
Tərkibi
- Su – 7 stəkan
- Kakao – 1 ç.q.
- Kokosun içi – 1 ç.q.
- Kişmiş – 1 ç.q.
- Üyüdülmüş darçın – 1 ç.q.
- Doğranmış zəncəfil – 1 x.q.
- Bal – 3 x.q.
- Nanə yarpağı – 2 x.q.
- Qurudulmuş qızılgül ləçəyi – 2 x.q.
Hazırlanması
- Bütün məhsulları qazana yığıb, zəif odda qızdırın. Qaynadıqda qazı azaldıb, 3 dəqiqə gözləyin.
- Qarışığı süzdükdən sonra için.
Arıqlamaq çayları – Hindsayağı içki
Bu resept əksər dietoloqlar tərəfindən müsbət qiymətləndirilmişdir. Yağları yandırmaqla yanaşı insana enerji verir, əhval-ruhiyyəni yaxşılaşdırır.
İnqrediyentlər
- Su – 2 fincan
- Alma sirkəsi – 1 x.q.
- Doğranmış zəncəfil – 20 qram
- Sarıkök – 2 ç.q.
- Limon – 1 dilim
- Kayen istiotu – 1 çimdik
- Darçın çubuğu – 1 ədəd
- Bal – 1 ç.q.
Hazırlanması
- Qazana su töküb qaynadın. Ora zəncəfil, sarıkök və istiot əlavə edin. Zəif odda 10-15 dəqiqə qaynadın.
- Fincana sirkə, limon, darçın və balı tökün.
- Qazandakı qarışığı həmin fincana əlavə edib, bütün komponentləri yaxşıca qarışdırın.
- Soyudub için.
Detoks təsirli arıqlamaq çayları
Resept
- Su – 500 ml
- Sidr almasının sirkəsi – 4 xör.qaş.
- Təzə sıxılmış limon şirəsi – 2-3 xör.qaş.
- Üyüdülmüş darçın – 2 çay qaş.
- Sürtkəcdən keçirilmiş 1/2 ədəd alma
Hazırlanma qaydası
- Almadan başqa bütün ərzaqları şüşə qaba yığıb, 20 saniyə çalxalayın.
- Sonra ora alma qatıb, 1-2 dəqiqə gözləyin.
- Soyuq halda için.
Arıqlamaq çayları – zəncirotulu Nao
Zəncirotu güclü detoksikasiya edici xüsusisyyətə malikdir. Bu bitki həm də sidikqovucudur.
Çayın resepti
- Qızılgül ləçəyi – 1 xör.qaş.
- Zəncirotu kökü – 1 xör.qaş.
- Gicitkən – 1 xör.qaş.
- Zəncəfil – 3 nazik dilim
Hazırlanma qaydası
- Çaynikin dəm yerinə (setkalı hissə) qızılgül, zəncirotu və gicitkən yığım. Ora su töküb, 15 dəqiqə qaynadın.
- Hazır çayı fincana boşaldıb, zəncəfil qatın.
Arıqlamaq çayları – moruqlu detoks
Bu içkinin üstünlüyü xoş dadlı olmasıdır. Onu içərkən həm artıq çəkidən azad olacaqsınız, həm də tamından zövq alacaqsınız.
Komponentlər
- Su – 3 litr
- Dondurulmuş moruq – 1 paket
- 1 portağalın şirəsi
- 2 limonun suyu
- Mixək – 5 ədəd
- Darçın çubuğu – 2 ədəd
Hazırlanması
- İri qazan götürün, içərisinə su və moruq tökün. Zəif odda 10 dəqiqə dəmləyin.
- Üzərinə portağal və limon şirəsi, mixək, darçın əlavə edin. Zəif atəşdə 40 dəqiqə saxlayın.
- Süzüb için.
Arıqlamaq çayları – effektiv içki
Resept
- Zəncirotu kökü – 1 x.q.
- At pıtrağı (lopux) kökü – 1 x.q.
- Təzə doğranmış zəncəfil – 1 x.q.
Hazırlanma qaydası
- Otları qarışdırıb suda qaynadın.
- Sonra zəif odda 3 dəqiqə saxlayın.
- Fincana boşaltdıqda istəsəniz 1 dilim limon əlavə edin.
Arıqlamaq çayları – maddələr mübadiləsini aktivləşdirən içki
Komponentlər
- Yaşıl çay – 50 qram
- Cirəgülü (anis), razyana toxumu – hərəsindən 1 x.q.
- Yovşan (polın) – ½ x.q.
- Xırdalanmış mixək – 1 ç.q.
Hazırlanma qaydası
- İnqrediyentlərin hamısını qarışıdırıb, 1 çay qaşığı götürün. Üzərinə 150-200 ml qaynar su töküb, 3-4 dəqiqə dəmləyin.
- Fincana tökdükdə çaya bir qədər bal qata bilərsiniz.
Arıqlamaq çaylarının istifadə qaydası
Arıqlama çaylarının maksimal nəticə verməsi üçün bəzi sadə qaydalara əməl etməlisiniz:
- Arıqlamaq çayları 2 həftə ərzində içilməlidir; sonra iki həftəlik fasilə verin ki, orqanizminiz süni stimulyasiyaya öyrəşməsin.
- Çəki atmaq üçün hansısa dərman qəbul edirsinizsə, onda belə çayları içməyin.
- Arıqlamaq çayları hazırlandıqdan sonra dərhal içilməlidir.
- Arıqlamaq çaylarının istifadəsi üçün ən yaxşı vaxt pəhrizlərarası fasilə dövrüdür. Pəhriz vaxtı arıqlamaq çayları içməyin. Çünki dieta müddətində orqanizm onsuz da faydalı maddələri az qəbul edir, çay isə onları orqanizmdən çıxara bilər.
- Tərkibində aromatizatorlar, stabilizatorlar, rəngləyicilər və başqa kimyəvi maddələr olan hazır çaylar almayın.
Xülasə
Təqdim etdiyimiz reseptlərlə yanaşı yaşıl çay da arıqlamaq üçün istifadə olunur. Yalnız onu gündə 1-2 fincandan artıq içmək olmaz. Çünki təzyiqi aşağı salır, həm də sidikqovucudur.
Çayları düzgün dəmləyib içsəniz, qısa zaman ərzində effektini görəcəksiniz.