Arıqlamaq üçün çayların adları

Yaşından və cinsindən asılı olmayaraq hər kəs gözəl görünmək istəyir. Artıq çəki isə sağlamlığa ziyan vurmaqla yanaşı, həm də xarici görünüşü korlayır. Pəhrizlər, idman hərəkətləri ilə bərabər arıqlamaq çayları da bədən quruluşunu incəltməyə kömək edir.
Arıqlamaq üçün çayların adları və seçilmə qaydası
Arıqlamaq üçün dərmanların və çayların müxtəlif çeşiddə olması insanı çaşdırır. Onlar seçim etməkdə çətinlik çəkirlər. Arıqlamaq üçün ən yaxşı çay adlarına keçməzdən əvvəl vacib məqamlarla Sizi tanış edək.
Artıq çəkiyə qarşı çayların keyfiyyətini necə müəyyən etmək olar?
- Buraxılış forması müştərinin tələbinə uyğun gəlməlidir. Sizə paket formasında, qranulşəkilli, yarpaqlı (yəni ot) məhsul təklif edilirsə və paketdəki qarışığın iyi digərlərinə nisbətən daha kəskindirsə, həmin çayı seçin.
- Tərkibdə süni aromatizatorlar – ətirləndirici, boya, qatqılar olmamalıdır.
- Çay alarkən istifadəçilərin və əczaçının rəyini soruşun.
- Müştərilər arasında yaşıl rəngli bitki çayları daha çox məşhurdur. Onları istifadə etsəniz, peşman olmazsınız.
- “Orqanizmi təmizləmək üçün” yazılan çayların alınması məsləhətdir.
Arıqlamaq üçün fito qarışıqlar
Fitoçay – artıq çəkini sürətlə geridə qoyan vasitələrdəndir. Onu içdikdə şlaklar bədəndən təmizlənir. Çay diş minasını zədələmir. Tərkibində süni boyalar yoxdur. Ən əsası qiyməti münasibdir.
Arıqlamaq üçün effektiv çayların adları – Leovit
Rusiya istehsalı olan bu yağyandırıcı kompleks xoşagəlimli dada malikdir. Onun istifadəsi təhlükəsizdir. Tərkibindəki C vitamini, L-karnitin, zəncəfil, darçın, sarıkök metabolizmi sürətləndirir. Çay sürətlə deyil, tədricən arıqladır. Onun mənfi cəhəti daimi aclıq hissinin mövcud olmasından ibarətdir.
Arıqladan çayların adları – Monastır çayı
Bu çay Belarusiya ərazisində istehsal olunur. Çobanyastığı, cökə çiçəkləri, nanə əsasında hazırlanır. İri yarpaqları dəmlədikdən sonra rahat şəkildə içilir. Çay orqanizmə kompleks şəkildə təsir göstərir. Bağırsağı toksinlərdən təmizləyir, immuniteti möhkəmləndirir. Qanda şəkər və xolesterini azaldır.
Artıq çəkiyə qarşı çayların adları – Çanq Şu
Tərkibindəki çay ağacının çiçəkləri Tibet dağlarından toplanmışdır. Xoş ətiri və göy rəngi vardır. İnsanı tox saxlayır. Maddələr mübadiləsini aktivləşdirir, nəticədə yağların parçalanma prosesi sürətlənir. Dəri və saçlara müsbət təsir göstərir. Sellülitə qarşı effektivdir. İçildikdən bir neçə gün sonra təsiri gözə çarpır. Ən vacib məqam çayın qəbulunu dayandırdıqda verdiyiniz çəki geri qayıtmır.
Arıqlamaq üçün çayların adları – Sibirskaya lastoçka
Yaşıl çay, Məkkə gülü (karkade), gülümbahar, razyana və digər faydalı bitkilərdən hazırlanır. Piy yığıntılarını yandırır, qəbul olunan qidaların parçalanmasını sürətləndirir. Orqanizmi toksinlərdən, şlaklardan təmizləyir. Həmçinin işlədici təsirlidir.
Arıqlamaq üçün çayların adları – Turboslim
Albalı saplağı, yaşıl çay, qarğıdalı saçaqları, Kamboca qarsiniyası, Səna və nanə yarpaqlarından hazırlanılır. İştahı azaldır, aclıq hissini zəiflədir. Maddələr mübadiləsini sürətləndirir, yağları parçalayır. Yüngül işlədici təsirə malikdir. Bu seriyadan olan kofe ilə içildikdə (səhər kofe, axşam çay) effekti daha güclü olur.
Arıqlamaq üçün çayların adları – Poxudey
Məkkə gülü, Səna tərkiblidir. Həzm sisteminin fəaliyyətini tənzimləyir, maddələr mübadiləsini yaxşılaşdırır. Şişkinliyi aradan qaldırır, çəkini azaldır. Əhval-ruhiyyəni yüksəldir.
Arıqlamaq üçün çayların adları – Letyaşaya lastoçka
Çay yarpaqları, Səna toxumları, mərcangilə yarpaqları, biyan kökü, Hind lotosu əsasında istehsal olunur. Metabolizmi və həzm prosesini sürətləndirir. Şlakları qovur, bədən ölçülərini kiçildir. Paralel şəkildə arıqlamaq idmanlarını yerinə yetirdikdə nəticə daha mükəmməl olur.
Artiq çəkiyə qarşi yaşil çay
Yaşıl çay arıqlamaq üçün effektiv vasitələrdən sayılır. Qanda yağların səviyyəsini aşağı salır, maddələr mübadiləsini sürətləndirir. Antioksidant xüsusiyyəti sayəsində orqanizmi sərbəst radikallardan təmizləyir.
Xülasə
Bu məqalədə Sizi arıqlamaq üçün çayların adları ilə tanış etdik. Bundan əlavə ev şəraitində özünüz bitki çayı dəmləyə bilərsiniz. Bu halda arıqlamaq üçün çay reseptindəki dozalanma qaydasına riayət etməlisiniz.
Super gözelim
Super gözel ariqladir tşk canim üreyim