Yaşıl çay arıqlamaq üçün

Ən məşhur təbii arıqlamaq çayları arasında yaşıl çay öndə dayanır. Yaşıl çay arıqlamaq üçün keçmiş zamanlardan bəri istifadə olunur. Son 15-20 ildə bu çayla əlaqəli ciddi araşdırmalar aparılır.
Yaşıl çayın faydaları
- Xolesterol səviyyəsini aşağı salır;
- Maddələr mübadiləsini sürətləndirir;
- Güclü antioksidantdır (sərbəst radikalları neytrallaşdırır);
- İmmuniteti artırır, orqanizmi möhkəmləndirir;
- Arterial təziyiqi aşağı salır;
- Xərçəng xəstəliyi riskini azaldır;
- Ürək-damar sisteminin sağlamlığını qoruyur.
Yaşıl çay arıqlamaq üçün necə dəmlənməlidir?
Arıqlamaq üçün dəmlədikdə bir fincana 1 ç.q. qurudulmuş çay yarpağı tökün. 1 stəkan suyu qaynadıqdan sonra 4-5 dəqiqə soyumasını gözləyin. Fincana suyu süzgəclə asta-asta tökün. 2-3 dəqiqə ərzində dəmləyin. Qətiyyən qaynar sudan istifadə etməyin. 80-85 dərəcəli suda çay öz keyfiyyətini saxlayaraq, düzgün dəmlənir.
Yaşıl çay arıqlamaq üçün necə təsir edir?
Yaşıl çayı içdikdə aclıq hissi azalır, metabolizm sürətlənir. Güclü antioksidant təsiri yağların parçalanmasını təmin edərək, onların depolanmasına mane olur. Bel nahiyəsində piy qatının yığılmasının qarşısını alır. Bir faktı da vurğulamaq lazımdır ki, arıqlamaq məqsədilə təkcə çay içmək kifayət deyil. Sağlam arıqlamaq üçün dietalar, arıqlamaq üçün yeməklərlə yaşıl çayın birgə istifadəsi nəticəni mükəmməl edir.
Arıqlamaq üçün yaşıl çayın əsas istifadə qaydaları
Ümumiyyətlə, çayı şəkərsiz içmək lazımdır. Ona dad vermək üçün 1 fincan yaşıl çaya 1 dilim limon, ballı nanə və ya nanə və ya bir qədər giləmeyvə qurusu əlavə etmək olar.
Daha dadlı olması üçün çox az miqdarda darçın və zəncəfil qurusu səpmək də olar. Bu, rasionun kaloriliyini aşağı salmağa kömək edəcək.
Əgər çayı soyuq şəkildə içsəniz, orqanizminiz onu isitmək üçün əlavə enerji sərf edəcəkdir. Bir fincanın hərarətini artırmaq məqsədilə orqanizm orta hesabla təxminən 50 kalori sərf edir.
Gün ərzində qəbul etdiyiniz çoxsaylı içkilərin əvəzinə yaşıl çay için. O insanı kofedən yaxşı canlandırır, yanğı hissini aradan qaldırır. Kalorisizdir, bir qayda olaraq, allergiya yaratmır. Həmçinin alkoqoldan uzaq durun və 1 litrdən az su qəbul etməyin.
Gün ərzində 4 fincandan az içməyin. Çayı əsasən gündüz saatlarına saxlyın. Gecə çay içməyin, çünki səhər gözünüzün altı tuluqlu oyana bilərsiniz. Əgər axşam yanğı hissiniz çox olarsa, onu xiyar və ya alma ilə söndürün.
Ucuz çay almayın. Onun keyfiyyəti pis ola bilər və arıqlamaq əvəzinə yalnız orqanizminizə zərər yetirər. Arıqlama günlərində isə 5-6 fincandan az olmayaraq, yaşıl çay içmək lazımdır.
Arıqlamaq üçün yaşıl çay reseptləri
Yasəmənlə
Yasəmən sürətli və effektli arıqlamağa kömək etməyəcək, amma içkini daha dadlı edəcək. Əksər hallarda yasəmən əlavə kimi istifadə olunmur, belə ki, satışda hazır qarışıqlar var. Əgər yasəmənli yaşıl çay xoşlayırsınızsa, onu mütləq pəhriz zamanı içməlisiniz deyə heç bir qayda yoxdur. Onu adi qaydada dəmləyin, amma unutmayın: şəkərsiz olmalıdır!
Darçınla
Darçınlı çay arıqlamaq üçün pəhrizlərdə geniş istifadə olunan faydalı içkidir. Onu hazırlamaq üçün qaynar suya bir çay qaşığı darçın tozunu tökün və 2/3 fincan yaşıl çay əlavə edin. Alınmış qarışığı süzün və gündə 2-3 fincandan çox olmadan için.
Südlə
Südlü çayı bir həftə boyunca şam yeməyi ilə əvəz etmək olar. Bununla da, 1 həftəyə 2-3 kq çəki itirəcəksiniz.
Xülasə
Bu faydalı içki ilə razqruzka günləri də təşkil etmək olar. Belə günlərdə yalnız südlü yaşıl çay (1 litr) və su içə bilərsiniz. 2 gündən çox razqruzka etmək olmaz. Bir günə 1-1,5 kq çəki itirəcəksiniz. Amma itirilən kiloqramların böyük hissəsi piy toxumasının yanması hesabına deyil, orqanizmdən xaric olan mayedir.
Sonda onu da qeyd edək ki, antibiotik, yüksək təzyiq əleyhinə dərman, ürək ritmini tənzimlyən preparatlar qəbul edirsinizsə bu çayı içməyin.
Ela
Arıqladınız????