Arıqlamaq üçün yeməklər

14 Avqust 2019 Kateqoriya: Arıqlamaq üçün pəhrizlər Müəllif:
Oxuma vaxtı: 5 dəq Oxunma sayı: 1775
Arıqlamaq üçün yeməklər şəkil
3/5 - (3 votes)

Artıq çəkidən azad olmaq istəyənlərin əksəriyyəti təkcə soyutma tərəvəz və suda bişmiş ətlə qidalanırlar. Bu isə insanı çox bezdirir. Əslində arıqlamaq üçün yeməklər az kalorili, fərqli və eyni zamanda dadlı olmalıdır. Məqalədə Sizi belə reseptlərlə tanış edəcəyik.

Arıqlamaq üçün yeməklər – Brokkoli şorbası

Tərkibi

  • Brokkoli – 500 qr
  • Toyuq bulyonu – 750 ml
  • Xama – 100 qr
  • Baş soğan – 2 ədəd
  • Göy soğan – 1 dəstə
  • Muskat qozu tozu – 2 ç.q.
  • Zövqə görə istiot – az miqdarda

Sousun inqrediyentləri

  • Kərə yağı – 30 qr
  • Süd – 150 ml
  • Un – ½ stəkan

Əvvəlcə sousu hazırlayın. Bunun üçün tavada yağı əridib, üzərinə un əlavə edin. Həmcins kütlə alınana qədər qarışdırın. Ardınca həmin tavaya süd və duz tökün. Qatı xama konsistensiyasına gətirin.

Sonrakı mərhələdə şorba hazırlanır. Brokkolini yuyub doğrayın. Bulyonda 15 dəqiqə qaynadın. Sonra ora xırdalanmış soğanı, sousu, muskat qozunu və istiotu əlavə edin. 5 dəqiqə keçdikdə tavanın altını söndürün. Qarışığı blenderdən keçirin. Yeməzdən əvvəl üzərinə göyərti səpə bilərsiniz.

Arıqlamaq üçün yeməklər foto 4

Arıqlamaq üçün yeməklər – Şaurma

Bu resept alışdığı tərzdə yeyərək arıqlamaq istəyənlər üçündür.

İnqrediyentlər

  • Lavaş (özünüz də hazırlaya bilərsiniz)
  • Yağsız xama
  • Göyərti (şüyüd, cəfəri, göy soğan, reyhan)
  • Soya sousunda bişirilmiş toyuq
  • Avokado
  • Təzə xiyar
  • Kahı
  • Nar dənələri

Lavaşa xama sürtüb, sadalanan ərzaqları səliqə ilə ora düzün. Axırda soya sousu töküb, lavaşı rulet şəklində bükün.

Arıqlamaq üçün yeməklər foto 5

Arıqlamaq üçün yeməklər – Buxarda hazırlanmış balıq ruleti

Komponentlər

  • Balıq filesi – 1 kq
  • Yaşıl noxud – 100 qr
  • Kök – 2 ədəd
  • Baş soğan – 2 ədəd
  • Sarımsaq – 3 diş
  • Yumurta – 1 ədəd
  • Qarğıdalı lopası – 50 qr
  • Kərə yağı – 10 qr

Kökü doğrayıb yağda 3-5 dəqiqə qızardın. Soğanla balığı blenderdə xırdalayın. Qarışığa yaşıl noxud, kök, qarğıdalı lopası, duz əlavə edib bişirin.

Arıqlamaq üçün yeməklər foto 6

Arıqlamaq üçün yeməklər – Qaraciyər paşteti

Resept

  • Toyuq qaraciyəri – 300 qram
  • Kök – 1 dənə
  • Baş soğan – 1 dənə
  • Soyutma yumurta – 1 dənə

Qaraciyəri yuyun, soğanla kökü halqa-halqa doğrayın. Ərzaqları qazana yığın. Üzərinə 1/2 stəkan su töküb, 30 dəqiqə bişirin.
Bişmiş qaraciyər və tərəvəzləri sudan çıxarıb, ədviyyat səpib, blenderdən keçirin. Ədviyyat səpib,blenderdə qarışdırın.
Qalan mayeni paşteti lazımi konsentrasiyaya salmaq (duru və ya qatılaşdırmaq) üçün istifadə etmək olar. Sadəcə fikir verin ki, çox sulu olmasın.

Arıqlamaq üçün yeməklər foto 7

Arıqlamaq üçün yeməklər – Ağ souslu balıq

Sousu öncədən hazırlamaq lazımdır. 2-3 xörək qaşığı az yağlı xamanı 1 çimdik muskat qozu və qara istiotla qarışdırın. Həmin qaba blenderdən keçirilmiş xiyar turşusu və 1 ç.q. xardal əlavə edin.

Balığın hazırlanması: bunun üçün istənilən ağ dəniz balığını seçə bilərsiniz. Onun dərisini və sümüklərini (tıxlarını) təmizləyib, üzərinə bir qədər limon suyu səpin. Sobaya qoyun. Bişdikdən sonra süfrəyə gətirdikdə yanına sous tökün.

Arıqlamaq üçün yeməklər foto 8

Arıqlamaq üçün yeməklər – Pendirli cənnət şorbası

Komponentlər

  • Holland pendiri
  • Kök – 1 ədəd
  • Kartof – 3-4 ədəd
  • Göyərti
  • Baş soğan – 1 ədəd
  • Ədviyyatlar
  • Zeytun yağı
  • Su – 50 qr

Kök və soğanı doğrayıb qızardın. Sonra tavaya kartof, ədviyyat və su əlavə edin. Ardınca doğranmış pendir və göyərtini qatın. İnqrediyentləri həmcins konsistensiya alınana qədər yaxşıca qarışdırın. Bir qədər soyuduqdan sonra yeyin.

Arıqlamaq üçün yeməklər foto 9

Arıqlamaq üçün yeməklər – Yağyandıran tomat şorbası

Tərkibi

  • Pomidor – 6 dənə
  • Kök – 1/2 dənə
  • Göyərti
  • Kərəviz kökü – 1 ədəd
  • Baş soğan – 1 ədəd
  • Bitki yağı
  • Ədviyyatlar

Bütün tərəvəzləri xırda doğrayıb yağda qızardın. Sonra onları blenderə yığıb, bir qədər də su əlavə edib qarışdırın. Yenə oda qoyub bişirin. Sonda ədviyyat və göyərini qatıb, tavanın altını söndürün.

Arıqlamaq üçün yeməklər foto 10

Xülasə

Bu məqalədə Sizə arıqlamaq üçün reseptlərdən bir neçəsini təqdim etdik. Arıqlamaq üçün pəhriz yeməkləri ilə sürətlə olmasa da, ən əsası verdiyiniz çəkini geri almadan incələcəksiniz. Unutmayın ki, yeməklər çörəksiz arıqlamaq üçün nəzərdə tutulmuşdur. Qəti şəkildə çörəkdən istifadə etməyin.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin:
3/5 - (3 votes)
Şərhlər
Bu yazıya ərh yazılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir