Yumurta ilə arıqlamaq

14 Avqust 2019 Kateqoriya: Arıqlamaq üçün pəhrizlər Müəllif:
Oxuma vaxtı: 6 dəq Oxunma sayı: 10180
Yumurta ilə arıqlamaq şəkil
3.9/5 - (28 votes)

Artıq çəkidən qurtulmaq istəyirsiniz, ancaq arıqlamaq üçün nə yeməli olduğunuzu bilmirsiniz? 4 həftəlik menyuya əməl etməklə, 10-12 kiloqramdan azad ola bilərsiniz.

Yumurta ilə arıqlamaq – üstünlükləri

  • Arıqlamaq idmanları ilə birgə tətbiq etdikdə nəticə mükəmməl olur.
  • Aşağı karbohidrat, yüksək protein tərkibi sayəsində əzələ kütləsinin itməsinə imkan vermir.
  • Yumurtanın tərkibindəki mikroelementlər və vitaminlər dəri, saç, dırnaqlar üçün faydalıdır.
  • Bu ərzağı yedikdə insan tez doyur.

Yumurta ilə arıqlamaq foto 6

Yumurta ilə arıqlamaq – mənfi tərəfləri və əks-göstərişləri

  • Yüksək miqdarda zülal qaraciyərə və böyrəklərə ziyandır.
  • Yeri gəlmişkən bu orqanların xəstəliklərində yumurtalı pəhriz əks-göstərişdir.
  • Qida lifləri, karbohidrat, selluloza defisiti həzm problemlərinə, qəbizliyə gətirib çıxarır.
  • Hamilə qadınlara, südverən analara, ürək xəstəliyindən əziyyət çəkən şəxslərə belə pəhriz qadağandır.

Yumurta ilə arıqlamaq 1 şəkil

Yumurta ilə arıqlamaq – 4 həftəlik menyu

Pəhriz zamanı çox miqdarda su içmək lazımdır. Yağlı, acı xörəklər, qazlı içkilər, alkoqol, qəhvə, un məmulatları, şəkər, şirin meyvələr rasiondan çıxarılmalıdır. Menyudakı ərzaqlar soyutma halında, buxar, sobada bişirilmiş vəziyyətdə və ya çiy yeyilməlidir. Yumurtanı qayğanaq formasında yemək olmaz.

Yumurta ilə arıqlamaq – I həftə SƏHƏR YEMƏYİ

I həftənin bütün günləri səhər saatlarında 2 yumurta yeyin. 1, 3, 5, 7-ci günlərdə menyuya yumurta ilə yanaşı portağal qatılır. 2, 4, 6-cı günlərdə isə portağalı qreyfrutla əvəz edirsiniz.

Yumurta ilə arıqlamaq foto 7

Arıqlamaq üçün I həftənin NAHAR YEMƏYİ

Tərəvəz qismində pomidor, xiyar, soğan, bolqar bibəri, kələmdən istifadə olunur.

1-ci gün: banandan savayı istənilən növ meyvə

2-ci gün: tərəvəz, 1 yumurta, 100 qr yağsız kəsmik

3-cü gün: bişmiş tərəvəz (1 növ), 2 yumurta

4-cü gün: 200 qram suda bişirilmiş toyuğun döş əti

5-ci gün: soyutma tərəvəzlər, 50 qr yağsız kəsmik, 1 yumurta

6-cı gün: suda bişirilmiş toyuğun döş əti 200 qr, 1 dilim buğda çörəyi

7-ci gün: 1 növ istənilən tərəvəz (kartof xaric), 2 ədəd qaynadılmış yumurta

Yumurta ilə arıqlamaq 2 şəkil

Yumurta ilə arıqlamaq – ilk həftənin AXŞAM YEMƏYİ

Meyvə salatına alma, armud, portağal, kivi qatılır.

I gün – 200 qr soyutma mal əti

II – qreyfrut, tərəvəz salatı

III – 200 qr sobada ağ balıq, 3 kahı yarpağı, qreyfrut

IV – 2 ədəd yumurta, kahı, kərəviz, qreyfrut

V – tərəvəz salatı, qreyfrut

VI – meyvə salatı

VII – 1 dilim buğda çörəyi, tərəvəz salatı

Arıqlamaq üçün II həftənin menyusu – SƏHƏR YEMƏYİ

II həftənin səhər yeməyi hər gün 2 yumurtadan başlanmalıdır. 1, 3, 5, 7-ci günlər yumurta ilə qreyfrut yeyin. 2, 4, 6-cı günlər isə qreyfrut əvəzinə portağalla qidalanın.

Yumurta ilə arıqlamaq 3 şəkil

Yumurta ilə arıqlamaq – II həftənin NAHAR YEMƏYİ

I gün – tərəvəz salatı, 1 yumurta, 50 qr yağsız kəsmik

II – 2 yumurtanın soyutması, 1 növ bişmiş tərəvəz (kartof xaric)

III – 200 qr suda bişmiş dərisiz toyuq əti

IV – kartofu çıxmaqla istənilən növ bişmiş tərəvəz

V – 200 qr suda bişmiş dərisiz toyuq əti

VI – 2 yumurtanın soyutması, 1 növ soyutma tərəvəz (kartof xaric)

VII – tərəvəz salatı, 1 yumurta, 50 qr yağsız kəsmik

Yumurta ilə arıqlamaq 8 şəkil

Yumurta ilə arıqlamaq – II həftənin AXŞAM YEMƏYİ

Bazar ertəsi – 2 ədəd yumurta, kahı və ya kərəviz, qreyfrut

Çərşənbə axşamı – tərəvəz salatı

Çərşənbə – 1 dilim buğda çörəyi, 2 ədəd yumurta, kahı və ya kərəviz, qreyfrut

Cümə axşamı – tərəvəz salatı

Cümə – meyvə salatı

Şənbə – tərəvəz salatı

Bazar günü – üzərinə limon sıxılmış meyvə salatı

Yumurta ilə arıqlamaq foto 9

Arıqlamaq üçün III həftənin cədvəli

Ərzaqlar gün boyu yeyilir. Onlardan başqa heç nə yemək olmaz. Miqdar fərdi qaydada götürülür. Lakin həddi aşmaq olmaz.

1-ci gün: cəmi 1 növ turş meyvə

2-ci gün: buxarda bişirilmiş tərəvəzlər (kartof xaric)

3-cü gün: çiy və ya suda bişmiş tərəvəzlər, meyvələr

4-cü gün: buxarda bişirilmiş balıq və kələm

5-ci gün: yağsız toyuq və ya mal əti, tərəvəzlər

6-cı gün: 1 növ turş meyvə

7-ci gün: 1 növ meyvə, nişastasız tərəvəzlər (kələm, xiyar və s.)

Yumurta ilə arıqlamaq 5 şəkil

Yumurta ilə arıqlamaq üçün IV həftənin cədvəli

I gün – 200 qr mal əti, 3 pomidor, 3 xiyar, 1 ədəd meyvə, 1 dilim buğda çörəyi (tost)

II – 300 qr dərisiz toyuq əti, 1 xiyar, 3 pomidor, 1 dilim çörək, 1 qreyfrut

III – 200 qr toyuq və ya mal əti, 4 xiyar, 4 pomidor, 1 portağal, 1 dilim çörək

IV – 300 qr döş əti, 2 xiyar, 150qr yağsız kəsmik, 1 stəkan yağsız kefir, 1 qreyfrut

V – 300 qr tərəvəz, 100 qr yağsız kəsmik, 1 dilim çörək tostu

VI – 50 qr yağsız pendir və ya kəsmik, 200 qr soyutma tərəvəz, 2 pomidor, 2 xiyar, 1 tost, 1 portağal

VII – 2 yumurtanın soyutması, 3 pomidor, 1 qreyfrut, 5 kahı yarpağı, 1 dilim buğda çörəyi

Yumurta ilə arıqlamaq foto 8

Yumurta ilə arıqlamaq barədə tövsiyələr

Son həftələrdə menyudakı qidalar gün ərzində porsiyalara bölünüb yeyilir. Pəhriz sərt və ekstremal olduğundan onu bitirdikdən sonra rasiona qidaları tədricən daxil edin. Orqanizmi birdən-birə yükləməyin. Bu dietanı ildə 1 dəfədən artıq saxlamaq olmaz.

Xülasə

Yumurtalı dieta sayəsində 1 aya arıqlamaq mümkündür. Onun köməyilə 10-12 kq, hətta orqanizmin xüsusiyyətlərindən asılı olaraq, 15 kq-a qədər çəki ata bilərsiniz.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin:
3.9/5 - (28 votes)
Şərhlər
Bu yazıya ərh yazılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir