1 aya arıqlamaq

09 Avqust 2019 Kateqoriya: Arıqlamaq üçün nə etməli? Müəllif:
Oxuma vaxtı: 5 dəq Oxunma sayı: 4213
1 aya arıqlamaq 1 şəkil
4.5/5 - (2 votes)

Artıq çəkidən əziyyət çəkən qadınları adətən bu suallar maraqlandırır: arıqlamaq üçün nə yeməli? Dieta saxlamadan yalnız qaçmaqla arıqlamaq olarmı? Cərrahi əməliyyata, kosmetoloji xidmətlərə getmədən təbii yolla arıqlamaq mümkündür? Sürətli şəkildə 1 aya arıqlamaq üçün hansı pəhrizi saxlamalıyam? Məhz axırıncı sualı bu məqalədə cavablandırırıq.

1 aya arıqlamaq üçün nə etməli?

Bu pəhrizlə 1 aya 12 kq arıqlamaq mümkündür. Dieta müddətində yeməkdən 20 dəqiqə əvvəl və 1 saat sonra 1 stəkan su içmək lazımdır. “/” işarəsi və ya deməkdir.

I gün   

Səhər: 2 yumurtanın soyutması, xiyar+pomidor+bibər salatı, 1 dilim kəpəkli çörək

Nahar: toyuqlu/hinduşkalı+tərəvəzli şorba, qəhvəli düyü ilə suda bişmiş dil

Günortaya: kəsmik, alma

Axşam: tərəvəz zapekankası, salat

1 aya arıqlamaq şəkil

II gün

Səhər: mal əti və göyərtili buterbrod, 1 ovuc qoz

Nahar: lobya şorbası, sobada tərəvəzlərlə birgə bişirilmiş toyuq/hinduşka, 1 dilim çövdar çörəyi

Günorta: sobada almanı bişirib üzərinə bal tökün

Axşam: qreçka ilə toyuq pətənəyi (qaraciyəri), xiyar-pomidor salatı

III gün

Səhər: ispanaqlı omlet, yarım ədəd pomidor+bolqar bibəri+bir qədər holland pendirindən buterbrod, qaysı qurusu

Nahar: toyuqlu əriştə şorbası, 1 dilim kələmli piroq

Günorta: kəsmik, armud

Axşam: sobada bişirilmiş 1-2 kiçik ölçülü kartof, təzə tərəvəzlər

1 aya arıqlamaq 2 şəkil

IV gün 

Səhər: 2 soyutma yumurta, təzə tərəvəzlər, qara gavalı qurusu

Nahar: borş, bolqar bibərli arpa yarması, azacıq çörək

Günortaya: qatıq, qoz

Axşama: salat

V gün 

Səhər: azca yağ qatılmış qreçka sıyığı, xiyar, buğda çörəyi

Nahar: noxud şorbası, suda bişmiş mal əti, çörək

Günorta: qatıq, meyvə salatı

Axşam: buxarda bişmiş balıq, tərəvəz yeməyi

VI gün 

Səhər: pomidorlu omlet, buğda unundan kətə

Nahar: qırmızı mərcimək şorbası, sobada tərəvəzlər

Günorta: kəsmik, armud

Axşam: üzərinə xama gəzdirilmiş tərəvəz kotleti, salat

VII gün

Səhər: kişmişli+xamalı kəsmik zapekankası, buğda unundan peçenye

Nahar: mal əti ilə borş, vineqret, 1 dilim çovdar çörəyi

Günorta: qreyfrut

Axşam: düyü ilə skumbriya, təzə tərəvəzlərdən salat

1 aya arıqlamaq foto 6

Tərəvəzli pəhrizlə 1 aya arıqlamaq

Bu dieta sayəsində aya 10 kq çəki itirəcəksiniz. Səhər, nahar və axşam yeməkləri alt-alta yazılmışdır.

I sutka   

  • Tərəvəz şorbası
  • Kəsmik zapekankası
  • Sobada toyuq və kartof

II sutka

  • tərəvəzli omlet
  • vermişelli toyuq şorbası, gül kələmindən zapekanka
  • balıq kotleti

III sutka

  • buğda sıyığı
  • qreçkalı balıq zapekankası, kələm dolması
  • kəsmik zapekankası

1 aya arıqlamaq foto 7

IV sutka

  • kəsmikli buğda sıyığı
  • noxudlu, kalmarlı düyü şorbası və balıq filesindən kotlet
  • kəsmikdən zapekanka

V sutka

  • qreçka sıyığı
  • ətli tərəvəzli yemək /toyuq kotletləri
  • qreçka sıyığı və alma zapekankası

VI sutka

  • soyutma yumurta 2 ədəd
  • küftəli+tərəvəzli+göyərtili şorba, portağallı kəsmikli tort
  • tərəvəz yeməyi

VII sutka

  • tərəvəz şorbası
  • kəsmik zapekankası
  • kabaçok (qabaq) püresi

1 aya arıqlamaq foto 8

Dieta tutmadan 1 aya arıqlamaq istəyənlərə tövsiyələr

  • Yemək hazırlayarkən çalışın duzdan istifadə etməyin və ya çox az miqdarda qatın.
  • Qızardılmış yeməklər mədə-bağırsaq traktını qıcıqlandırdığından bu tip qidaları rasiondan çıxarın.
  • Tez parçalanan sadə karbohidratlardan (un məmulatları, çipsi, çörək və s.) imtina edin.
  • Gündə minimum 1.5 litr su içməyi unutmayın.
  • Heyvani deyil, bitki mənşəli yağlara üstünlük verin.
  • Porsiyaları tədricən azaldın.
  • Fast fud yeməyin.
  • 1 aya arıqlamaq üçün yemək arası aclıq hiss etdikdə şirniyyat və ya buterbrod əvəzinə meyvə, çiy tərəvəz, qurumeyvələr, qoz-fındıqla mədənizi aldadın.
  • Arıqlamaq üçün idman hərəkətləri ilə məşğul olun.

Xülasə

Gördüyünüz kimi sadalanan pəhrizlər 1 aya 10 və ya 12 kq arıqlamaq vəd edir. Bu da bədən quruluşunu gözəlləşdirmək, əhvalı yüksəltmək, özünə güvəni artırmaq üçün mükəmməl nəticədir.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin:
4.5/5 - (2 votes)
Şərhlər
Bu yazıya bir şərh yazılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir