Təbii yolla arıqlamaq

09 Avqust 2019 Kateqoriya: Arıqlamaq üçün nə etməli? Müəllif:
Oxuma vaxtı: 4 dəq Oxunma sayı: 5016
Təbii yolla arıqlamaq foto 7
4.7/5 - (12 votes)

Arıqlamaq üçün dərmanlar, aparatlar və digər müasir üsullarla yanaşı xalq təbabətində illərin sınağından keçmiş vasitələr mövcuddur. Təbii yolla arıqlamaq istəyənlərə bu reseptləri təqdim edirik.

Təbii yolla arıqlamaq – resept №1

İnqredientlər

  • Səna – 20 qr
  • Cəfəri – 20 qr
  • Dərman zəncirotu – 20 qr
  • Gicitkan – 20 qr
  • Nanə – 10 qr
  • Razyana -10 qr

Bütün otları yaxşıca qarışdırın. Onlardan 1 çay qaşığı götürüb, 1 stəkan qaynar suya əlavə edin. Bir neçə dəqiqə dəmləyib süzün. Qida qəbulundan sonra kiçik qurtumlarla için. Əvvəlcə gündə 1 stəkandan başlayın. Tədricən 3 stəkana qədər artırın. Sonra dozanı yavaş-yavaş 1 stəkana qədər azaldın. Qaydaya düzgün əməl etsəniz, atdığınız çəkini geri almayacaqsınız.

Təbii yolla arıqlamaq foto 6

Təbii yolla arıqlamaq – resept №2

Bu resept orqanizmi şlaklardan təmizləyir.

  • Çobanyastığı – 100 qr
  • Dazı – 100 qr
  • Solmazçiçəyi (bessmertnik) – 100 qr
  • Tozağacı tumurcuğu – 100 qr

Bütün komponentləri xırdalayıb, yaxşıca qarışdırın. Bankaya yığıb qapağını bağlayın. Axşam vaxtlarında qarışıqdan 1 xörək qaşığı götürüb, 0.5 litr qaynar suya əlavə edin. 20 dəqiqə dəmləyin. Bir neçə qat tənzifdən süzün.  1 stəkan dəmləmədə 1 xör.qaş. balı həll edib gecə için. Ardınca heç nə yemək və içmək olmaz.

Səhər dəmləmənin qalanını su hamamında qızdırın. Yenə bal əlavə edib, səhər yeməyindən 15-20 dəqiqə əvvəl için. Hazırlanmış qarışıq qurtarana qədər təsvir olunan qaydada qəbul edin.

Təbii yolla arıqlamaq foto 8

Təbii yolla çəki atmaq – zəncirotu

Xırdalanmış təzə və ya quru zəncirotu yarpaqlarına 1 stəkan qaynar su tökün. Dəmliyi dəsmalla bürüyün. Dəmlədikdən sonra süzüb, kiçik qurtumlarla gün ərzində bir neçə dəfə qəbul edin.

Təbii yollarla arıqlamaq – yovşan

1 çay qaşığı xırdalanmış acı yovşanı 1 stəkan qaynar suya qatın. Qabı dəsmala bürüyün, 30 dəqiqə dəmləyin. Ardınca süzün. Gündə 3 dəfə yeməkdən 15 dəqiqə əvvəl 1 xörək qaşığı için.

Təbii yolla arıqlamaq foto 9

Təbii yollarla arıqlamaq – atpıtrağı, zəncəfil

Komponentlər

  • Atpıtrağı kökü – 3 hissə
  • Kasnı (çikoriy) kökü – 1hissə
  • Zəncəfil kökü – 1 hissə

İnqrediyentlərin hamısını doğrayıb qarışdırın. Onlardan 1 xörək qaşığı götürüb, üzərinə 1 stəkan qaynar su tökün. Ağzını örtüb 1 saat saxlayın. Sonra süzün. 1 ay boyunca gündə 3 dəfə yeməkdən 30 dəqiqə əvvəl  ½ stəkan için.

Təbii yolla arıqlamaq – bağayarpağı

Zəncirotu kökü, bağayarpağı yarpaqları, cökə çiçəkləri, tozağacı yarpaqları, çəhrayı exinaseya otundan ibarət qarışığı xırdalayın. Onun 2 xörək qaşığına 1 stəkan qaynar su tökün. Ağzı qapalı qabda 1 saat saxlayıb süzün. 1-2 ay ərzində səhər-axşam yeməyindən 30 dəqiqə əvvəl 1 stəkan için.

Təbii yolla arıqlamaq foto 10

Təbii yolla arıqlamaq – mürdəşər

Qızılağacabənzər mürdəşər kökünü yarım saat qaynatdıqdan sonra, 30 dəqiqə dəmləyin. 1 ay ərzində yatmazdan əvvəl qəbul edin.

Təbii yolla arıqlamaq – kətan

Kətan toxumu arıqlamaq üçün effektiv vasitələrdən sayılır. Kətan toxumu və suyu 1:5 nisbətdə qarışdırıb, yarım saat qaynadın. Süzüb gündə 3 dəfə için.

Qeyd

Yazılan reseptlərə özbaşına əlavələr etməyin. Çünki təbii bitkilərin xeyirdən savayı zərəri də ola bilər. Bundan başqa orqanizmin hər hansı ota fərdi həssaslığını da nəzərə almaq lazımdır. Belə vəziyyətlərdən digər arıqlamaq yollarına üz tutun.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin:
4.7/5 - (12 votes)
Şərhlər
Bu yazıya ərh yazılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir