Kətan toxumu arıqlamaq üçün

07 Avqust 2019 Kateqoriya: Arıqlamaq üçün vasitələr Müəllif:
Oxuma vaxtı: 5 dəq Oxunma sayı: 27927
Kətan toxumu arıqlamaq üçün şəkil 6
4.1/5 - (18 votes)

Kətan toxumu arıqlamaq üçün istifadə edildikdə orqanizmi toksinlərdən, şlaklardan təmizləyir, daxili orqanların işini normaya salır. Kətan toxumunun tərkibində çoxlu miqdarda sellüloza, aktiv turşular vardır. Bunun sayəsində yağların yanması sürətlənir.

Kətanın faydaları

Xalq təbabəti reseptlərində tez-tez rast gəlinən kətan təbii yolla arıqlamaq üçün mükəmməl vasitədir. Onun aşağıdakı xüsusiyyətləri vardır:

  • Orqanizmdə maddələr mübadiləsini aktivləşdirir;
  • İmmuniteti möhkəmləndirir;
  • Onkoloji xəstəliklərin yaranma riskini azaldır;
  • Bədəndən zərərli maddələri kənarlaşdırır;
  • Mədədə şişərək toxluq hissi yaradır, nəticədə insan çox yemir;
  • Qaraciyər və bağırsağın fəaliyyətini yaxşılaşdırır;
  • Qanda şəkərin səviyyəsi normallaşdırır.

Kətan toxumu arıqlamaq üçün şəkil 8

Kətan toxumu arıqlamaq üçün necə qəbul olunmalıdır?

Kətan toxumu müxtəlif şəkildə istifadə edilir. Onu hazır yeməyə qatsanız, çoxlu miqdarda su içməlisiniz. Kətanın sutkalıq norması 1 xörək qaşığı sayılır. Çay və ya dəmləmə şəklində tətbiq olunduqda isə gün ərzində 2 xörək qaşığı toxum dəmləməlisiniz. Toxumları xörəyə səpə və ya çay formasında içə bilərsiniz. Gündəlik norma 50 qramı keçməməlidir.

Arıqlamaq üçün kətanın qəbul qaydaları

  • Arzu etdiyiniz nəticəni yalnız müntəzəm istifadədən sonra ala bilərsiniz. 10 günlük qəbulun ardınca 10 gün fasilə verib, kursu təkrarlamaq olar.
  • İstifadədən öncə toxumları üyütmək lazımdır.
  • Qəbizlikdən əziyyət çəkməmək üçün çoxlu su için.
  • Toxumları günəş şüasından uzaq sərin yerdə saxlayın.
  • Qəbuldan əvvəl dietoloqla məsləhətləşin.

Hamilə qadınlara, böyrək və öd daşından əziyyət çəkənlərə, pankreatit (mədəaltı vəzin iltihabı), xolesistit (öd kisəsinin iltihabı) diaqnozlu xəstələrə kətan toxumu qadağandır.

Kətan toxumu arıqlamaq üçün şəkil 5

Kətan toxumu ilə arıqlamaq üçün dəmləmə

2 xörək qaşığı üyüdülmüş toxumu termosa tökün. Üzərinə 2 stəkan qaynar su əlavə edin. 1 gecə ağzı bağlı halda saxlayın. Hazır məhlulu gündə 3 dəfə yeməkdən 30 dəqiqə əvvəl ½ stəkan için.

Kətan toxumu ilə arıqlamaq üçün çay

Kətan toxumlu arıqlamaq çayları gündə 2 dəfə içilir. Hazır çayı 4 saatdan artıq saxlamaq olmaz. Qaynar suyu dəmliyə töküb, üzərinə 1 çay qaşığı üyüdülmüş toxum əlavə edin. Zəif odda arabir qarışdıraraq, 30 dəqiqə qazın üstündə saxlayın. Gündə 4 dəfə yeməkdən yarım saat əvvəl ½ stəkan için.

Kətan toxumu arıqlamaq üçün foto 9

Arıqlamaq üçün kətandan kisel

Meyvə və giləmeyvələrdən adi kompot bişirin. Un şəklində üyütdüyünüz toxumu kompota qatın. 1 stəkan qaynar kompota 1 xörək qaşığı kətan toxumu əlavə edin. Soyuduqdan sonra kisel qatılığında olacaq. Onu yeməkdən 30 dəqiqə əvvəl için.

Kətan toxumu arıqlamaq üçün kefirlə

Üyüdülmüş 1 çay qaşığı toxumu 1 stəkan yağsız kefirə qatın. Hazırladıqdan 10 dəqiqə sonra için. Kefir kətanın tərkibindəki qida maddələrinin sorulmasını asanlaşdırır.

Kətan toxumu ilə arıqlamaq üçün vitaminli kokteyl

Təzə çəkilmiş 1 stəkan kök şirəsi ilə üyüdülmüş 1 çay qaşığı kətan toxumunu yaxşıca qarışdırın. Hazırladıqdan 5 dəqiqə sonra için. Kokteyli öncədən hazırlayıb saxlamaq olmaz. Onu acqarnına səhər yeməyindən 30 dəqiqə əvvəl 1 stəkan içmək lazımdır.

Kətan toxumu arıqlamaq üçün foto 10

Kətan toxumu ilə arıqlamaq məqsədilə sıyıq

Hərəsindən 1 stəkan olmaqla qarabaşaq (qreçka) və kətanı üyüdün. Onları qarışdırıb, həmin qaba qaynar su tökün. Qabı yorğanla bürüyün. 1 saatdan sonra sıyığınız hazır olacaq. Onu bir çimdik duz, azacıq kərə yağı və kişmişlə dadlandıra bilərsiniz. Bu sıyıq arıqlamaq üçün pəhriz yeməkləri kateqoriyasına daxildir. Onu 2-3 gündə 1 dəfə yeyin.

Xülasə

Arıqlamaq üçün reseptlərə başlamazdan əvvəl dietoloqla məsləhətləşin. Onu da yadda saxlayın ki, kətan toxumu xroniki qəbizlikdən əziyyət çəkənlərə tövsiyə olunmur.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin:
4.1/5 - (18 votes)
Şərhlər
Bu yazıya bir şərh yazılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir