“Salafanla” necə arıqlamaq olar?

Gözəl bədən quruluşuna sahib olmağın müxtəlif yolları vardır: arıqlamaq idmanları, aparatlar, dietalar və s. Bəzi insanlar pəhriz saxlaya bilmir, idmanı sevmir. Onlar salafanla çəki atmağa, sellülitdən qurtulmağa çalışırlar. Bəs “salafanla” necə arıqlamaq olar? Bu suala ətraflı cavab verək.
Salafanla arıqlamağın mahiyyəti
Metodun iş prinsipi sauna effektinə əsaslanmışdır. Problemli zonalar – qol, qarın, sağrı və bud nahiyəsi bir neçə qat salafanla kip sarılır. Tər vəziləri bədənin istilik mübadiləsini tənzim etmək üçün aktiv şəkildə fəaliyyət göstərməyə başlayır. Nəticədə şlaklar, toksinlər orqanizmdən kənarlaşır.
“Salafanla” necə arıqlamaq olar – prosedurun müsbət tərəfləri
- Qida üçün salafan artıq mayeni bədəndən çıxarır. Ödem (şişkinlik) hallarında çox effektivdir.
- İsidici vasitələrlə bürünmələr dəri sallanması, sellülitlə mübarizədə müsbət nəticə verir, dərialtı yağlar parçalandığından bədən incəlir.
- Soyuducu qarışıqlı salafanla bürünmə dəri örtüyünün elastiklik və tonusunun bərpasında faydalıdır.
- Maksimal təsir görmək istəyirsinizsə, isidici və soyuducu prosedurları növbələyin.
“Salafanla” necə arıqlamaq olar – mənfi tərəfləri
- Metod orqanizmin istilik mübadiləsinə əsaslanır. İntensiv şəkildə arıqlamaq üçün idman hərəkətlərini yerinə yetirdikdə ürəkbulanma, istilik gəlmə halları müşahidə oluna bilər.
- Pəhriz saxlamadan, idmanla məşğul olmadan sadəcə salafanla bürünmə etdikdə sürətli maye itkisi sellülit problemini daha da artırır.
- Damar problemləri və allergiyalı şəxslərə mənfi təsir göstərir.
- Metod əslində müvəqqəti xarakter daşıyır. Fiziki aktivlik və düzgün qidalanma tərzinə əməl etmədikdə verdiyiniz kiloqramlar zamanla geri qayıdır.
“Salafanla” arıqlamaq hansı hallarda qadağandır?
- Hamiləlik və südvermə dövrü;
- Hipertoniya və ya hipotoniya (yüksək və yaxud aşağı təzyiq);
- Ürək-damar patologiyaları;
- Dəri xəstəlikləri.
Ev şəraitində “salafanla” necə arıqlamaq olar – vacib qaydalar
- Duş geli ilə dərinizi təmizləyin;
- Bir az masaj edin;
- Seçdiyiniz qarışığı problemli zonalara bərabər şəkildə çəkin;
- Salafanı kip sarıyın, lakin dəri örtüyünü sıxmayın;
- Salafanı sararkən aşağıdan başlayıb, yuxarıya doğru gedin;
- Ardınca üstünüzə yorğan örtün və ya isti xalat geyinib 30 dəqiqə uzanın. Klassik variant, yəni heç bir qarışıq çəkmədən sadəcə salafanla bürünərkən idman forması geyinib məşq etməlisiniz;
- Sonda duş qəbul edib, dərinizə nəmləndirici krem çəkin;
- Proseduru həftədə 2 dəfə təkrarlayın;
- Acqarına və ya yeməkdən dərhal sonra salafanla bürünməyin. Yeməkdən 2 saat vaxt keçməsini gözləyin;
- Qarışığı tam şəkildə dəriyə sürtməzdən əvvəl bədənin bir hissəsinə azacıq yaxın. 15-20 dəqiqə ərzində allergik reaksiya olmadıqda qalanını istifadə edin;
- Əgər yanma, qaşınma hissi yaranarsa, proseduru sonlandırın;
- Gün ərzində 1.5-2 litr su için;
- Proseduru gecə saatlarında yerinə yetirməyin.
Gil və “salafanla” necə arıqlamaq olar?
Bu tərkib qan dövranını yaxşılaşdırır, toksinləri kənarlaşdırır, liftinq effekti verir.
İnqrediyentlər
- ağ və ya mavi kosmetik gil -100 qr
- çobanyastığı – 20 qr
- pantoten turşusu – 2 ampul
- azacıq yaşıl çay
Quru çobanyastığı çiçəklərini üyüdüb toz halına gətirin. Üzərinə gil, pantoten turşusu, bir qədər isti yaşıl çay əlavə edib qarışdırın. Dəriyə çəkdikdən sonra salafanla sarıyıb, üstünüzü yorğanlı örtün. 30 dəqiqə başa çatdıqda isti su ilə yuyunun.
Sirkə və “salafanla” necə arıqlamaq olar?
Bu prosedur qarın arıqlatmaq, sellülit azaltmaq üçün effektivdir.
İnqrediyentlər
- alma sirkəsi – 75 ml
- kəklikotu dəmləməsi – 150 ml
Dəmləməni isti halda sirkə ilə qarışdırıb, bint və ya pambıq parçaya hopdurun. Problemli sahələrə qoyub, üstünü salafanla sarıyın. Yarım saatdan sonra yuyub, dərinizə qidalandırıcı və ya nəmləndirici krem sürtün.
Yosun və salafan ilə necə arıqlamaq olar?
Bu növ ən məşhur bürünmələrdən sayılır. Hamiləlikdən sonra arıqlamaq və yaşlı dəriyə qulluq üçün də uyğundur.
Komponentlər
- laminariya – 200 qr
- qara və ya çəhrayı gil – 50 qr
- naringinin (mandarin) efir yağı – 15 damcı
Quru laminariyanı toz şəklində üyüdün. Üzərinə qaynar yaşıl çay əlavə edib, 30 dəqiqə saxlayın. Ayrı qabda gili su və efir yağı ilə qarışdırın. Bütün inqrediyentləri birləşdirib dəriyə sürtdükdən sonra salafana bürünün. Yorğanın altında yarım saat gözləyin. İsti su ilə yuyunduqdan sonra nəmləndirici krem çəkin.
Şokolad və salafanla necə arıqlamaq olar?
Dərinin elastikliyini, mikrosirkulyasiyanı effektiv şəkildə bərpa edir.
Komponentlər
- kakao – 200 qr
- darçın – 5 qr
- zəncəfil – 5 qr
- şi yağı – 20 qr
Şi yağını su hamamında qızdırın. Ayrıca qabda kakaonu suda həll edin. Bütün komponentləri yaxşıca qarışdırın. Bərabər şəkildə dəriyə çəkib salafanla sarıyın. İsti xalat və ya paltar geyinin. 30 dəqiqədən sonra yuyunun.
Xülasə
Məqalədə “salafan ilə necə arıqlamaq olar?” sualına ətraflı cavab verməyə çalışdıq. Bu üsul ev şəraitində arıqlamağın bir növüdür. Qaydalara düzgün əməl etsəniz, faydasını görəcəksiniz.
Çox sağ olun inşallah arıqlamaq istəyən hər kəs arzusuna çatar amin inşallah♂️
Bunu yoxlayan olub mede hamilelikden sora qarinimi eride bilmirem
Cox sagolun
Salam çox sağolun
Men yalniz qarnimi eritmek isdeyirem sifetim ve diger yerlerim yo bu yolla ancaq qarnim eriyecek?
Salam. Bu yolu da sınaya bilərsiniz. Amma qarın üçün idman hərəkətləri daha effektivdir, çünki orada əzələlər işləyir.
salam
Bunu hanile qalmaq isteyenlerde ede biler?
Salam. Hamiləlik planlaşdırma, eləcə də hamiləlik dövründə bu üsuldan istifadə etmək tövsiyə olunmur.
Növbəti yazıları gözləyirik.
Əla yazıdır