Arıqlamaq üçün içkilər

Ev şəraitində arıqlamaq istəyirsinizsə fərqli detokslar, kokteyllər hazırlayın. Onların köməyilə maddələr mübadiləsi sürətlənir, həzm prosesi yaxşılaşır. Ən əsası insan artıq çəkidən azad olur. Arıqlamaq üçün içkilər bunlardır:
Yaşıl smuzi
İnqrediyentlər
- Təmizlənmiş portağal – 1 ədəd
- Çiyələk (dondurulmuş da olar) – ½ fincan
- Doğranmış ispanaq – 1 stəkan
- Badam südü – 1 stəkan
Portağal, çiyələk və ispanağı blenderdə xırdalayın. Məhsulları südlə qarışdırıb için.
Kivili detoks
Kivi ilə arıqlamaq dietoloqlar tərəfindən müsbət qiymətləndirilir. Sitrus meyvələrinə qarşı allergiyası olmayanlar bu içkidən istifadə edə bilərlər.
Tərkibi
- Kivi – 1 ədəd
- Təzə ananas – 2 dilim
- Kərəviz – 2 çubuq
- Doğranmış ispanaq – 2 stəkan
- Su – 1 stəkan
İnqrediyentləri blenderden keçirib, qaba yığın. Su əlavə edib için.
Alma detoksu
Komponentlər
- Təzə (olmasa dondurulmuş) çiyələk və moruq – 1 stəkan
- Böyük alma – 1 ədəd
- Xırdalanmış ispanaq – 1 stəkan
- Su – 1 stəkan
Məhsulları blenderdə xırdalayıb, su ilə qarışdırın.
Arıqlamaq üçün içkilər – Qreyfrut limonadı
Qreyfrut ilə arıqlamağın bir çox üsulu vardır. Bu meyvə bir çox dieta və kokteyllərin tərkibinə daxildir.
İnqrediyentlər
- Limon – 1 ədəd
- Laym – 2 ədəd
- Ananas – ¼ ədəd
- Qreyfrut – 4 ədəd
- Zəncəfil – 1 sm uzunluqda
- Su – 1 və ya 2 stəkan
Hazırlanması
- Qreyfrutun qabığını elə soyun ki, üzərindəki ağ liflər saxlanılsın.
- Eyni qaydada limon və laymı təmizləyin. Ananasın qabığını soyun.
- Qreyfrutun, limon və laymın şirəsini sıxın. Şirələri ananas və zəncəfillə qarışdırıb, blenderdən keçirin.
- Alınan qarışığı su ilə durulaşdırın.
Arıqlamaq üçün içkilər – Sassi suyu
Zəncəfillə necə arıqlamaq olar sualına cavab olaraq bəzi dietoloqlar Sassi suyunu məsləhət görürlər.
İnqrediyentlər
- Filtrdən keçirilmiş su – 6 stəkan
- Dilimlənmiş xiyar – 1 ədəd
- Doğranmış zəncəfil – 1 xör.qaş.
- Rəndələnmiş limon – 1 ədəd
- Təzə nanə – ½ stəkan
Hazırlanma qaydası
- Suyu şüşə qrafinə tökün.
- Həmin qaba sadalanan məhsulları yığıb, qapağını bağlayın. Bütün gecəni soyuducuda saxlayın.
Ertəsi gün kiçik porsiyalarla için.
Kakaolu içkilər
Komponentlər
- Qabığı soyulmuş, çəyirdəksiz manqo – 1 ədəd
- Dondurulmuş qaragilə (çernika) – 1 stəkan
- Xırdalanmış ispanaq – 3 fincan
- Çiya toxumu -1 xör.qaş.
- Kakao tozu – 2 xör.qaş.
- Badam südü – 240 ml
- Bal – 1 çay qaş.
Hazırlanma qaydası
- Çiya toxumlarını 3-5 dəqiqə suda isladın.
- Yumşaq meyvələri, süd və balı blenderin içinə yığın.
- Ən son göyərtini əlavə edin.
- 30 saniyə ərzində blenderdə qarışdırın.
Arıqlamaq üçün səhər yeməyini bu içki ilə əvəz edin.
Energetik içkilər
Resept
- Ananas suyu (şirəsi) – 0.5 litr
- Qarpız suyu – 0.5 litr
- Kokos suyu – 1 litr
- İspanaq – 1 dəstə
- Qaragilə – 1 və ya 2 fincan
- Yaşıl alma – 2 ədəd
Bütün inqrediyentləri blenderdə qarışdırın. Artıq qaldıqda soyuducunun dondurucusunda saxlaya bilərsiniz.
Arıqlamaq üçün içkilər – tünd qəhvə
Kofe ilə arıqlamaq üçün onu şəkərsiz, südsüz, əlavə qatqısız dəmləmək lazımdır. Arıqlamaq üçün idman hərəkətlərinə başlamazdan əvvəl 2 ədəd darçın çubuğunu və ya 2 çimdik darçın tozunu kofeyə qatıb için.
Arıqlamaq üçün içkilər – Yaşıl manqo
Komponentlər
- Dondurulmuş banan – 1 ədəd
- Dondurulmuş manqo tikələri – 1 fincan
- Xırdalanmış ispanaq – 1 fincan
- Orta böyüklükdə avokado – ½ ədəd
- Badam südü – 1 fincan
- Vanil ekstraktı
Bütün komponentləri blenderdə yaxşıca qarışdırın. İçkinin həm rəngindən, həm də dadından zövq alın.
Arıqlamaq üçün içkilər – Portağallı smuzi
Tərkibi
- Qreyfrut, portağal və ya ananas şirəsi – 1 stəkan
- Alma sirkəsi – 2 ç.q.
- Bal – 1 ç.q.
Məhsulları qarışdırıb, hər dəfə yeməkdən əvvəl için.
Arıqlamaq üçün içkilər – Avokado və ispanaqlı smuzi
Resept
- Çəyirdəksiz avokado – 1 ədəd
- Xırdalanmış ispanaq – 1 fincan
- İri ölçülü banan – 1 ədəd
- Yer fındığı (araxis) yağı – 1 x.q.
- Süd – 1 stəkan
- Buz kubikləri – 5 və ya 6 ədəd
Ərzaqları blenderdə qarışdırıb, smuzi hazırlayın.
Arıqlamaq üçün içkilər – Nutella smuzisi
Komponentlər
- Badam südü – 1 fincan
- Çiya toxumu – 1/6 fincan
- Rəndələnmiş kokos – 1/8 fincan
- Nutella – 1 xör.qaş.
- Vanil – ¼ xör.qaş.
- Moruq – 1 ovuc
- Banan – 1 ədəd
- Buz
Hazırlanması
- Nutellanı otaq temperaturunda bir müddət saxlayın. Yumşaldıqdan sonra onu badam südü, çiya toxumları , kokos və vanillə qarışdırıb, bankada yaxşıca çalxalayın.
- 4 saat soyuducuda saxlayın.
- Sonra soyuducudan çıxarıb, üzərinə banan, buz və moruq əlavə edin.
- Blenderdə qarışdırın.
Xülasə
Təqdim etdiyimiz arıqlamaq üçün reseptlərin, daha doğrusu içkilərin tərkibindəki hər hansı inqrediyentə qarşı allergiyanız varsa, ondan imtina edin.