Zəncəfillə necə arıqlamaq olar?

09 Avqust 2019 Kateqoriya: Arıqlamaq üçün vasitələr Müəllif:
Oxuma vaxtı: 5 dəq Oxunma sayı: 4242
Zəncəfillə necə arıqlamaq olar şəkil
4/5 - (1 vote)

Artıq çəki problemi yaşayan insanlar klassik üsullarla (pəhriz, idman hərəkətləri) yanaşı, arıqladıcı xüsusiyyətlərə malik bitkilərdən də istifadə edirlər. Bu məqalədə zəncəfillə necə arıqlamaq olar mövzusunu izah edəcəyik.

Zəncəfil arıqlamaq üçün müxtəlif formalarda tətbiq olunur. Zəncəfilin arıqlamaq üçün faydalarına və gərəkli reseptlərə nəzər yetirək.

Zəncəfillin faydaları

  • köpü azaldır;
  • ət və digər ağır qidaların həzmini asanlaşdırır;
  • mədə şirəsini artırır;
  • maddələr mübadiləsini sürətləndirir.

Kofe və zəncəfillə necə arıqlamaq olar?

Hərəsindən 20 qram götürməklə, kofe və zəncəfili termosda dəmləyib için. Dəmləmək üçün çox qaynar sudan istifadə etməyin.

Zəncəfillə necə arıqlamaq olar foto 6

Portağal və zəncəfillə necə arıqlamaq olar?

Qabığı soyulmuş, ancaq ağ lifləri qalmış 1 kq portağalı əzin. Üzərinə 1 xör.qaş. şəkərəvəzləyici, xırdalanmış 1 xör.qaş. zəncəfil, 1 paket aqar və su tökün. Qarışdırıb bankalara yığın. Soyuducuda saxlayın. Gündə 2 dəfə az miqdarda yeyin.

Zəncəfillə antisellülit skrab necə hazırlanır?

Bunun üçün 1 çimdik darçın, zəncəfil, qırmızı acı bibər, 1 stəkan zeytun yağı və üyüdülmüş türk qəhvəsini yaxşıca qarışdırın. Bud, sağrı və qarın nahiyənizə sürtüb masaj edin. Salfetlə sildikdən sonra su ilə dərinizi təmizləyin.

Zəncəfillə necə arıqlamaq olar foto 7

Zəncəfillə necə arıqlamaq olar – Sassi suyu

Bağırsağın fəaliyyətini yaxşılaşdıran, çəkini azaldan məşhur vasitədir.

Resept

  • zəncəfil kökü – 1 ədəd
  • qabıqlı limon – 1 ədəd
  • qabığı soyulmuş xiyar – 1 ədəd
  • təmiz su – 2 litr
  • təzə nanə yarpağı – bir neçə ədəd

Zəncəfili sürtkəcdən keçirin. Limonla xiyarı halqa şəklində doğrayın. Məhsulları şüşə qaba yığın. Nanə yarpaqlarını ora əlavə etdikdən sonra su qatın. Qarışığı sərin yerdə yarım gün və ya 1 gecə saxlayın.

Hazır içkini sutka ərzində tam içməlisiniz. Kurs müddəti fərdidir. Sassi suyu tonuslandırıcı, sidik qovucu, tərlədici təsir göstərir.

Zəncəfillə necə arıqlamaq olar foto 8

Zəncəfillə necə arıqlamaq olar – çay

Zəncəfil çayı da Sassi suyu kimi çox istifadə olunur. Onu hazırlmaq isə bir qədər çətindir. Zəncəfil çayı isidici təsir göstərdiyindən payız və qış aylarına daha uyğundur. Çayın müxtəlif reseptləri vardır. Onlardan ən dadlısı nanəli tərkibdə olandır. Qatışıqsız, adi zəncəfil çayını içmək o qədər də xoşagəlimli deyil. Çünki dadı acıdır.

Nanəli çayın resepti

  • zəncəfil kökü – ½
  • su – 1 litr
  • zövqə görə yaşıl çay
  • quru və ya təzə nanə yarpaqları

Zəncəfil kökünü doğrayıb, termosa tökün. Ora yaşıl çay, nanə, qaynar suyu əlavə edib, ağzını kip bağlayın. 1 saat dəmləyin. Komponentlərin hər biri yağ mübadiləsinə təsir göstərir, metabolizmi sürətləndirir. Nanə həm də təravətləndirici xüsusiyyətə malikdir. Əgər ciddi xəstəliyiniz yoxdursa, bu çayı tez-tez içə bilərsiniz.

Zəncəfillə necə arıqlamaq olar foto 9

Zəncəfillə necə çəki atmaq olar – kefirli miks

Komponentlər

  • yağsız kefir – 250 ml
  • sürtkəcdən keçirilmiş zəncəfil – ½ çay qaşığı
  • darçın – ½ çay qaşığı

Reseptin bəzi variantlarında üyüdülmüş istiot qeyd olunmuşdur. Ancaq bu variant qastrit və digər mədə-bağırsaq xəstəliklərindən əziyyət çəkən şəxslərə qadağandır.

Zəncəfillə necə arıqlamaq olar foto 10

Zəncəfillə necə arıqlamaq olar – salat

İnqrediyentlər        

  • zəncəfil kökü – 1 ədəd
  • kök – 2 ədəd
  • bişmiş çuğundur – 1 ədəd
  • kərəviz
  • limon
  • zeytun yağı

Bütün ərzaqları sürtkəcdən keçirib, qaba yığın. Azacıq limon suyu, zeytun yağı əlavə edin. Duz vurmayın. Belə salat insanı tez doydurur, bağırsağın fəaliyyətini normaya salır, ən əsası qaraciyəri yükləmir.

Xülasə

Zəncəfillə hazırlanan içkilər arterial təzyiqi yüksəltdiyindən hipertoniyalı insanlara məsləhət görülmür. Həmçinin mədə turşuluğu normadan çox olduqda belə reseptlərdən imtina edib, təbii yolla arıqlamağın digər üsullarına yönəlmək tövsiyə edilir.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin:
4/5 - (1 vote)
Şərhlər
Bu yazıya ərh yazılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir