Zəncəfil arıqlamaq üçün

14 Avqust 2019 Kateqoriya: Arıqlamaq üçün vasitələr Müəllif:
Oxuma vaxtı: 5 dəq Oxunma sayı: 2124
Zəncəfil arıqlamaq üçün şəkil
5/5 - (16 votes)

Zəncəfil – xalq təbabətində geniş istifadə olunan bitkilərdəndir. Ev şəraitində hazırlanılan içki və kokteyllərin tərkibinə daxil olan zəncəfil arıqlamaq üçün çox effektivdir. Arıqlamaq üçün içkiləri yeməkdən əvvəl qəbul etmək lazımdır.

Zəncəfillə arıqlamaq üçün çay

  • zəncəfilin kökü – 2 sm
  • su – 2 stəkan
  • yaşıl çay – 1-2 çimdik
  • limon suyu
  • bal – 1 çay qaşığı

Hazırlanması:

Zəncəfilin kökünü doğrayıb, üzərinə 2 stəkan su tökün. 12-15 dəqiqə qaynadın. Sonra həmin qaba limon suyu və yaşıl çay əlavə edin. Axırda 1 çay qaşığı bal qatıb için.

Zəncəfil arıqlamaq üçün foto 6

Sarımsaq və zəncəfil arıqlamaq üçün

  • sarımsaq – 1 diş
  • zəncəfil – 1 xörək qaşığı
  • su – 2 stəkan

Hazırlanması:

Sarımsağı əzib, zəncəfillə qarışdırın. Üzərinə 2 stəkan qaynar su tökün. 20 dəqiqə dəmləyin. Gün ərzində kiçik qurtumlarla için. Sarımsağın qoxusundan qurtulmaq üçün cəfəri yeyin.

Turp və zəncəfil arıqlamaq üçün

  • darçın – ¼ çay qaşığı
  • doğranmış zəncəfil – ½ çay qaşığı
  • qara turp – 1 xörək qaşığı
  • su
  • bal

Hazırlanması:

Darçın, zəncəfili və qara turpu dəmliyə tökün. Üzərinə qaynar su əlavə edib dəmləyin. Hazır olduqda bal qatıb için.

Zəncəfil arıqlamaq üçün foto 7

Arıqlamaq üçün zəncəfil kokteyli

Zəncəfilin qatıldığı arıqlamaq üçün kokteylləri axşam yeməyi əvəzinə içmək tövsiyə olunur. Kokteyllərdən birinin reseptini nəzərinizə çatdırırıq.

Zəncəfilli mərcangilə (brusnika) kokteyli

Bu içki ödem (şişkinlik) və qəbizliklə mübarizədə effektivdir. Artıq mayeni orqanizmdən kənarlaşdırır və bağırsağın fəaliyyətini normaya salır.

  • zəncəfil – 40 qram
  • mərcangilə – 1 stəkan
  • su

Hazırlanması:

Zəncəfili sürtkəcdən keçirib, mərcangilə ilə qarışdırın. Üzərinə qaynar su töküb, termosa boşaldın. Gün ərzində için.

Zəncəfilli dietik şirniyyat

  • alma – 1 kq
  • zəncəfilin kökü – 200-300 qr

Hazırlanması:

Zəncəfili təmizləyib nazik doğrayın. Almaları kiçik dilimlərə bölün. Üzərinə azacıq darçın səpib, sobaya qoyun. Almalar yumşalana qədər 200° temperaturda bişirin. Zövqə görə şəkərəvəzləyicidən (dadlandırıcı) istifadə etmək olar.

Zəncəfil arıqlamaq üçün foto 8

Zəncəfilli dietik dondurma

Bu resepti hazırlamaq üçün xüsusi formalar (kiçik qablar) lazımdır.

  • yağsız süd – 1 stəkan
  • jelatin – 1 paket
  • yumurta – 10 ədəd
  • zəncəfil
  • dadlandırıcı

Hazırlanması:

Südə zəncəfili, jelatin və dadlandırıcı əlavə edin. Yumurta ağlarını köpüklənənə qədər çırpın. Bütün inqrediyentləri blenderdə qarışdırdıqdan sonra formalara töküb, buz dolabına qoyun.

Zəncəfilli salat

  • çuğundur – 2 ədəd
  • zəncəfilin kökü – 1 sm
  • kərəviz – 1 sap
  • portağal
  • zeytun yağı

Hazırlanması:

Çuğundurları suda qaynadın. Zəncəfilin kökünü, kərəvizi və azacıq portağal lətini nazik şəkildə doğrayın. Hamısını qarışdırıb üzərinə zeytun yağı gəzdirin.

Zəncəfil arıqlamaq üçün foto 9

Kələm və zəncəfil arıqlamaq üçün

  • kələm – 1 ədəd
  • zəncəfil kökü – 2 sm
  • zeytun yağı – 1 xörək qaşığı

Hazırlanması:

Kələmlə zəncəfili doğrayın. Tavada zeytun yağını isidib, ora zəncəfil qatın. Azacıq qovrulduqdan sonra kələm əlavə edin. Sonra su töküb, hazır olana qədər bişirin.

Zəncəfil arıqlamaq üçün foto 10

Zəncəfil arıqlamaq üçün içildikdə hansı mənfi hallar baş verə bilər?

  • mədə və qarın ağrısı;
  • baş nahiyəsində sıxılma;
  • istilik hissi və ya əksinə, üşümə;
  • ürək döyüntülərinin artması;
  • qalxanvari vəz nahiyəsində diskomfort, boğulma hissi;
  • sağ qabırğaaltında narahatlıq;
  • ağızda acılıq.

Zəncəfil arıqlamaq üçün nə zaman əks-göstəriş sayılır?

  • antikoaqulyantların (qan durulaşdıran dərmanlar) qəbulu;
  • qanın laxtalanma problemləri;
  • yüksək arterial təzyiq, aritmiya;
  • öd kisəsi və öd yollarının patologiyaları.

Xülasə

Arıqlamaq üçün reseptləri hazırlamazdan əvvəl mütləq dietoloqla məsləhətləşin. Qəbul müddətində yuxarıda qeyd olunan narahatlıqlar baş verdikdə həkimlə əlaqə saxlayın.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin:
5/5 - (16 votes)
Şərhlər
Bu yazıya ərh yazılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir