Arıqlamaq üçün kokteyllər

Çəkini azaldan vasitələrə idman, rəqslər, pəhrizlər, arıqlamaq çayları, aparatlarla yanaşı kokteyllər də aiddir. Arıqlamaq üçün kokteyllər pəhrizin effektini xeyli artırır.
Arıqlamaq üçün kərəvizli kokteyllər
Kərəviz mənfi kaloriyə malik azsaylı qidalardan biridir. Mənfi kalori o deməkdir ki, orqanizm kərəvizin həzmi üçün onun verdiyi kaloridən qat-qat artıq enerji sərf edir. Bu xüsusiyyətə görə kərəvizli kokteyl insanı arıqladır.
Tərkibi
- Kərəviz – gözə yarı
- Yağsız yoqurt və ya qatıq – 50 qram
- Laym – 1 ədəd
Tərəvəzlərin qabığını soyub, bütün inqrediyentləri blenderdə qarışdırın. Yeməkdən 1 saat əvvəl qəbul edin.
Arıqlamaq üçün kokteyllər – darçınlı ballı içki
Darçın arıqlamaq üçün ucuz və təsirli vasitələrdəndir. Bu ədviyyat maddələr mübadiləsini sürətləndirir, insulin ifrazını tənzimləyir.
İnqrediyentlər
- İsti su – 1 stəkan
- Üyüdülmüş darçın – 0.5 ç.q.
- Təbii bal – 1 ç.q.
Bal və darçını gecədən isti suya töküb, səhər acqarına için. 2 həftəlik müddətində ara vermədən hər gün təkrarlayın.
Arıqlamaq üçün kokteyllər – qreyfrut, çaytikanı və zəncəfil
Qreyfrut ilə arıqlamaq artıq çəkidən azad olmağa kömək edir. Həmçinin çaytikanı da maddələr mübadiləsini sürətləndirir. Zəncəfil arıqlamaq üçün ilk ağla gələn vasitələrdəndir. Əksər detoks kokteyllərin reseptində məhz zəncəfilə rast gəlinir.
Komponentlər
- İsti su – 1 stəkan
- Qreyfrut – ½ ədəd
- Zəncəfil – kiçik tikə
- Çaytikanı siropu – 100 ml
Zəncəfili sürtkəcdən keçirib, üzərinə isti su tökün. Qreyfrutu hissələrə bölüb, çaytikanı siropu ilə birlikdə zəncəfilli suya əlavə edin. 1 saat gözləyib, gün ərzində kiçik porsiyalarla için. Kokteylin hamısını birdən içməyin.
Zəncəfilli limonlu kokteyllər
Bu limonad yağları yandırır, iştahı kəsir, insanı gümrahlaşdırır. Dadı da həmçinin xoşagəlimlidir. Ev şəraitində arıqlamaq istəyənlər üçün faydalı reseptdir.
Tərkibi
- Su – 2 litr
- Təzə zəncəfil kökü
- Limon – 1 ədəd
- Darçın – 1 x.q.
- Bal – 200 qram
- Təzə nanə – bir neçə sap
Qabıqlı zəncəfili sürtəcdə xırdalayın. Nanəni doğrayın, limonu kiçik hissələrə bölün. Məhsulları qaba yığıb, üzərinə soyuq su əlavə edin. 1-2 saat gözləyin. Gün ərzində 2 litr için.
Arıqlamaq üçün kokteyllər – südlü göyərtili
Bu içki bağırsaqları toksin və şlaklardan təmizləyir. Əhval-ruhiyyəni yüksəldir.
İnqrediyentlər
- Yağsız kəsmik – 100 qr
- Göyərti – 1 dəstə (cəfəri, şüyüd, ispanaq, reyhan – bunlardan birini seçə bilərsiniz)
- Yağsız süd – 100 ml
Kəsmik, süd və göyərtini blenderdə qarışdırın. Kokteyli hər gün hazırlayıb için.
Yulaf və kefirli kokteyl
Tərkibi
- Yağsız kefir – 200 ml
- Yulaf kəpəyi – 2 x.q.
- Üyüdülmüş darçın – ½ ç.q.
Bütün komponentləri blenderdə həmcins kütlə alınana qədər qarışdırın. Hər gün yenisini hazırlayın.
Günəş kokteyli
Tərkibindəki tərəvəzlər narıncı rəngdə olduğundan kokteyl “günəş” adlandırılır.
İnqrediyentlər
- Bolqar bibəri, kök, xurma və ya boranı – 1 ədəd
- Yağsız kefir – 50 ml
- Qoz – 2 ədəd
Bütün komponentləri blenderdə qarışdırın. Hər gün için.
Arıqlamaq üçün kokteyllər – avokado və moruq
İçindəkilər
- Yulaf kəpəyi – 3 x.q.
- Moruq – 300 qram
- Avokado – 300 qram
- Yaşıl çay – 200 ml
Məhsulları blenderdə qarışdırın. Hər gün qəbul edin.
Arıqlamaq üçün kokteyllər – kivi və qarpız
Tərkibi
- Kivi – 1 ədəd
- Limon – 1 dilim
- Qarpız ləti – 1 dilim
Bütün ərzaqları blenderə töküb qarışdırın. İsti havalarda stəkana bir az buz əlavə edə bilərsiniz.
Arıqlamaq üçün kokteyllər – banan və çiyələk
Tərkib hissələri
- Yulaf kəpəyi – 3 x.q.
- Banan – 1 ədəd
- Çiyələk – 200 qram
İnqrediyentləri yaxşıca qarışdırın. Zövqə görə 1-2 ç.q. bal da qata bilərsiniz.
Xülasə
Kokteyllər dadlı olmaqla yanaşı, həm də asan hazırlanılır. Onları saxladığınız dieta ilə birgə istifadə edə bilərsiniz.