Qreyfrut ilə arıqlamaq
Artıq çəkidən qurtulmağın hər kəsə məlum standart yolları ilə yanaşı, qeyri-adi üsulları da vardır. Məsələn, sarıkök, darçın, kətan toxumu, soda, cəfəri və ya xurma ilə arıqlamaq.
Bədən quruluşunun formaya salınmasında ədviyyatlardan başqa meyvələrin, xüsusən sitrus bitkilərinin də rolu böyükdür. Limon, kivi, qreyfrut ilə arıqlamaq dietoloqlar tərəfindən müsbət qiymətləndirilir.
Qreyfrut ilə arıqlamaq necə baş verir?
Bu meyvənin kalorisi çox azdır. 100 qramı cəmi 38 kaloridir. Qreyfrutun aşağıdakı təsirləri vardır:
- Maddələr mübadiləsini sürətləndirir;
- Orqanizmi şlaklardan təmizləyir;
- Sellülitlə mübarizə aparır;
- Həzm proseslərini normaya salır;
- İştahı azaldır;
- Sidik-qovucu təsiri sayəsində artıq mayeni orqanizmdən kənarlaşdırır;
- İmmuniteti yüksəldir;
- Antioksidant təsir göstərir.
Qreyfrut ilə аrıqlamaq üçün şirə
1 ədəd qreyfrutun qabığını soyub, şirəsini sıxın. Yeməkdən 20-30 dəqiqə əvvəl 100 ml qəbul edin. Əgər mədə turşuluğunuz yüksəkdirsə, şirəni yeməkdən 15 dəqiqə sonra için. Arıqlamaq üçün hər dəfə özünüz şirə hazırlayın. Mağazalarda satılan şirələrdən istifadə etsəniz, nəticəsini görməyəcəksiniz.
Qreyfrut ilə arıqlamaq – Maggi dietası
Pəhrizin əsas məhsulları yumurta və qreyfrutdur. Müddəti 1 həftədir. Çəki itkisi 5-7 kq-dır.
Səhər vaxtı
1 qreyfrut, 2 soyutma yumurta, 1 stəkan şəkərsiz yaşıl və ya qara çay.
Nahar yeməyi
1-ci variant: 1 qreyfrutla 2 qaynadılmış yumurta,
2-ci variant: 1 qreyfrutla, soyutma və ya təzə tərəvəzlər, meyvə salatı
Salatda 2-3 növdən çox meyvə, həmçinin banan və üzüm olmamalıdır. Porsiya 1 nəfər üçün nəzərdə tutulmalıdır.
3-cü variant: 1 qreyfrutla toyuğun döş əti (suda qaynadılmış)
Axşam saatlarında
1-ci variant: yağsız mal əti, tərəvəz salatı
2-ci variant: 2 soyutma yumurta, yağsız kəsmik
3-cü variant: suda bişirilmiş tərəvəzlər və yağsız balıq, 1 dilim buğda çörəyi (tost)
4-cü variant: 1 qreyfrutla, toyuğun döş əti, 1 növ bişmiş tərəvəz
Bu variantlardan birini seçib, bütün dieta boyu eyni menyudan istifadə etmək lazımdır.
Qreyfrut ilə arıqlamaq – monodieta
Pəhrizi 3-14 gün saxlamaq olar.
Səhər yeməyi: 1 qreyfrut
Nahar: soyutma mal əti və ya balıq, 2-3 növ tərəvəzdən salat
Axşam yeməyi: tərəvəz salatı
Yatmazdan öncə: qreyfrutun 1 stəkan təzə sıxılmış şirəsi
Pəhriz boyu arıqlamaq üçün idman hərəkətlərini yerinə yetirin. Çoxlu miqdarda su və şəkərsiz çay için.
Qreyfrut ilə arıqlamaq – 1 həftəlik dieta
1-ci gün
Səhər: 2 soyutma yumurta, 1 qreyfrut, çay və ya qəhvə (şəkərsiz)
Nahar: 2 ədəd yumurtanın yağsız qayğanağı, 1 qreyfrut
Axşam : 2 dənə qaynadılmış yumurta
2-ci gün
Səhər yeməyi: 1 qreyfrut, sobada bişirilmiş göyərtilı 2 yumurta omleti
Günorta: 1 qreyfrut, 2 soyutma yumurta
Şam: 2 ədəd yumurtanın yağsız qayğanağı
Çox acsanız yağsız kefir içə bilərsiniz.
3-cü gün
Səhər: yağsız qayğanaq, 1 dilim çovdar çörəyi, qreyfrutun təzə sıxılmış şirəsi
Nahar: 1 qreyfrut, 2 ədəd sobada bişirilmiş kartof,.
Axşam: yağsız pendirli omlet
4-cü gün
Səhər: 2 soyutma yumurta, 1 qreyfrut
Günorta: kartof-tərəvəz şorbası, 1 qreyfrut
Axşam: sobada bişirilmiş döş ətinin yarısı
5, 6, 7-ci günlər yalnız 1-ci günün menyusuna riayət edin.
Qreyfrut ilə arıqlamaq – bəzi nüanslar
- Antibiotiklər, öskürək əleyhinə dərmanlar, kardioloji preparatlardan istifadə edənlərdə qreyfrutun qəbulu qaraciyər və böyrəklərə mənfi təsir edə bilər. Dərmanlar orqanizmdə toplanıb, intoksikasiya, yəni zəhərlənmə törədə bilər. Əgər hər hansı dərman müalicəsi alırsınızsa, qreyfrutu müalicədən ən azı 1 həftə sonra yemək məsləhətdir.
- Hətta şəkərli diabet xəstələrinə qreyfrutla qidalanmağa icazə verilir.
Xülasə
Mədə və bağırsaq xorası, həmçinin qastritdən əziyyət çəkən şəxslər arıqlamaq üçün pəhriz yeməklərinə başlamazdan öncə mütləq dietoloqla məsləhətləşməlidir.