Sarıkök ilə arıqlamaq

08 Avqust 2019 Kateqoriya: Arıqlamaq üçün vasitələr Müəllif:
Oxuma vaxtı: 5 dəq Oxunma sayı: 13519
Sarıkök ilə arıqlamaq foto 3
3.8/5 - (39 votes)

Arıqlamaq üçün vasitələrdən biri də sarıkökdür. Ondan müxtəlif formalarda istifadə edilir. Məsələn, içkilərin tərkibinə qatılır, arıqlamaq çayları kimi içilir, salafanla bürünmələr edilir.

Sarıköklə arıqlamağın müsbət tərəfləri

  • Maddələr mübadiləsi sürətlənir;
  • Bağırsaqlar zərərli toksin və şlaklardan təmizlənir;
  • Orqanizmdə ziyanlı xolesterolun (LDL) miqdarı azalır;
  • Qan şəkərin səviyyəsi tənzimlənir;
  • Şirniyyata meyllik və iştah xeyli zəifləyir;
  • Piy toxuması parçalanır;
  • Bədəndəki artıq maye kənarlaşır;
  • Yeni piy hüceyrələrinin yaranma prosesi ləngiyir.

Sarıkök ilə arıqlamaq foto 11

Sarıkök ilə arıqlamaq nə zaman əks-göstərişdir?

  • Hipotoniya (arterial təzyiqin aşağı olması);
  • Hepatit və ya pankreatit;
  • Hətta yüngül qanaxma varsa. Çünki sarıkök qanı durulaşdırır;
  • Öd-daşı xəstəliyi. Belə ki, sarıkökün ödqovucu təsiri vardır;
  • Mədəni selikli qişasını qıcıqlandırır;
  • Şəkərli diabet;
  • Estrogenlərin sintezini stimulə etdiyindən hormonal pozğunluqlarda tövsiyə olunmur.

Sarıkök ilə arıqlamaq – çay

İnqrediyentlər:

  • Yaşıl çay – 1 çay qaşığı
  • Sarıkök – 1 çay qaşığı
  • Qaynar su – 300 ml

Yaşıl çay və sarıkökün üzərinə su əlavə edib, 15 dəqiqə dəmləyin. Acqarnına və ya yeməkdən sonra için.

Sarıkök ilə arıqlamaq foto

Sarıkök ilə arıqlamaq – kefirli kokteyl

Kefir əvəzinə qatıqdan da istifadə edə bilərsiniz.

Tərkibi

  • Kefir və ya qatıq – 200 ml
  • Sarıkök – 1 ç.q.
  • Darçın – 1 ç.q.

Bütün komponentləri qarışdırın, yatmazdan 3-4 saat əvvəl için. Axşam yeməyi də yüngül olmalıdır.

Sarıkök ilə arıqlamaq foto 2

Sarıkök ilə arıqlamaq – südlü içki

Bu içki iştahı kəsir, şirniyyata meylliyi azaldır.

Komponentlər

  • Sarıkök – 1 çay qaşığı
  • Süd – 250 ml

Məhsulları qarışdırıb için.

Sarıkök ilə arıqlamaq foto 1

Sarıkök ilə arıqlamaq – zəncəfilli dəmləmə

Resept

  • Qaynar su – 300 ml
  • Limon suyu – 2 xör.qaş.
  • Sarıkök -1 çay qaş.
  • Rəndələnmiş zəncəfil – 1 çay qaş.
  • Bal – 1 çay qaş.

Ərzaqları qarışdırıb, 15 dəqiqə gözləyin. Soyuduqdan sonra bal əlavə edin. Qida qəbulundan 30 dəqiqə qabaq için.

Sarıkök ilə arıqlamaq foto 5

Sarıköklü kefirli çay ilə arıqlamaq

İnqrediyentlər

  • Qara çay – 15 qr
  • Qaynar su – 400 ml
  • Kiçik zəncəfil tikəsi – 3 ədəd
  • Sarıkök – 1 xör.qaş.
  • Bal – 1 xör.qaş.
  • Yağsız kefir – 500 ml

Qaynar suda qara çay dəmləyin. Həmin qaba zəncəfil və balı əlavə edin. Qarışığı soyudub, üzərinə yağsız kefir tökün. Yaxşıca qarışdırın. Gündə 2 dəfə səhər və axşam yeməyindən əvvəl için.

Sarıkök ilə arıqlamaq foto 6

Sarıkök ilə arıqlamaq – smuzi

Arıqlamaq üçün kokteyllər sırasına daxildir.

Tərkibi

  • Portağal – 1 ədəd
  • Banan – 1 ədəd
  • Yağsız qatıq – 200 ml
  • Sarıkök – 1 ç.q.
  • Duru bal – 1 ç.q.

Portağal və bananın qabığını soyub, blenderdə xırdalayın. Üzərinə bal və sarıkökü əlavə edib, yenidən blenderdə qarışdırın. Sonda məhsulların üzərinə qatıq töküb için.

Sarıkök ilə arıqlamaq foto 4

Sarıköklə arıqlamaq üçün bürünmə

Sarıköklə edilən bürünmələr əzələ toxumasında qan axınını sürətləndirir. Bunun nəticəsində dərialtı piy qatı parçalanır.

  • Durulaşdırılmış kosmetik mavi gil – 100 qr
  • Sarıkök – 1 xör.qaş.
  • Darçın – 1/2 xör.qaş.
  • Portağal və qreyfrutun efir yağı – 8 damcı

Bütün komponentləri qarışdırıb, masaj hərəkətlərlə problemli nahiyyələrə çəkin. Sonra qida plyonkası (sellofan) ilə sarıyın. Yorğanın altında 40-50 dəqiqə uzanın. Vaxt başa çatdıqda isti su ilə yuyunun. Proseduru həftədə 3 dəfə təkrarlayın. Onun sayəsində sellülitli dəri hamarlaşır, dərialtı piy qatı parçalanır.

Xülasə  

Sizi sarıkökün faydaları və arıqlamaq üçün reseptlərlə tanış etdik. Əgər allergiyanız varsa, nəinki sarıkökdən digər ədviyyatlardan da istifadə etməzdən öncə həkimlə məsləhətləşməyiniz gərəkdir.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin:
3.8/5 - (39 votes)
Şərhlər
Bu yazıya ərh yazılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir