Xurma ilə arıqlamaq

11 Avqust 2019 Kateqoriya: Arıqlamaq üçün vasitələr Müəllif:
Oxuma vaxtı: 4 dəq Oxunma sayı: 6197
Xurma ilə arıqlamaq şəkil
3/5 - (1 vote)

Əksər dietalar arıqlamaq üçün şirniyyatı qadağan edir. Bu halda əksər insanlar narahatlıq keçirir, hətta əhval-ruhiyyə əhəmiyyətli dərəcədə azalır. Belə vəziyyətlərdə xurma ilə arıqlamaq üsulunu seçmək məsləhət görülür.

Xurma əsaslı dietalar təktipli (monotip) rasion kateqoriyasındandır. Yəni pəhriz boyunca bitki çayları, şəkərsiz çay, qəhvə, digər içkilər və xurmadan savayı heç nə yemirsiniz.

İlk baxışda hər şey sadə görünür: xurma ye və arıqla. Ancaq əslində bu heç də asan deyil. Çünki xurmanın tərkibində karbohidratlar çox, zülal və yağlar isə az miqdardadır. Mikroelement və vitaminlərin azlığı rasionu xeyli məhdudlaşdırır.

Xurma ilə arıqlamaq 1 şəkil

Xurma ilə arıqlamaq – klassik variant

Xurmalı pəhrizin original variantı 10 günlük olub, 8-9 kq arıqlamaq vəd edir. Sadəcə bu dietanın dəri tonusunun pozulması və sallanması kimi nəticələrinə də hazır olmalısınız. İlk 4 gün ərzində yalnız xurma yeyəcəksiniz. Hər dəfəyə 6-7 xurma, şəkərsiz çay və su ilə durulaşdırılmış meyvə şirəsi içəcəksiniz. Əlbəttə ki, şirniyyat, un məmulatları, yağlı və qızardılmış xörəklərdən imtina etməlisiniz.

5-ci gündən etibarən menyuya bir qədər alma və ya portağal daxil edin. Mütəxəssislər menyunu dəyişdirməməyi məsləhət görürlər, əks halda çəki atmayacaqsınız. Dietanı 10 gündən artıq saxlamaq olmaz.

Pəhriz əsnasında zəiflik, depressiya, ürəkbulanma, baş ağrıları, halsızlıq müşahidə oluna bilər.

Xurma ilə arıqlamaq foto 7

Xurma ilə arıqlamaq – yeni variant

İlk 2 gün yalnız xurma və su ilə qidalanılır. 3-cü gündən etibarən menyuya tərəvəzli, meyvəli arıqlamaq üçün pəhriz yeməkləri əlavə olunur. Nahar vaxtı isə buxarda və ya suda bişirilmiş balıq, toyuq, yaxud ət yeyilir. Əti  yumurta, kəsmik, yağsız pendirlə əvəzləmək olar. Menyu 10 günlükdür. 5-6 kq çəki itkisi vəd edir.

Pəhrizdən çıxdıqdan sonra şirniyyat əvəzinə quru meyvələr yeyin.

Xurma ilə arıqlamaq foto 6

Alma və xurma ilə arıqlamaq

İlk 3-4 gün müddətində yalnız xurmadan istifadə edin. Gündə 3-4 dəfəyə bölməklə 500 qr xurmanı yeyin. Digər günlərdə sutkada 3 alma, 350 qr xurma (5 porsiyaya ayırmaqla) ilə qidalanın. Hər gün 2 litr su için.

Kefir və xurma ilə arıqlamaq

Gündəlik menyu 500 qrama qədər xurmadan və 1 litr kefirdən ibarətdir. Onları 5-6 yerə ayırıb yeyin. Pəhriz 10 günlükdür. Onun sayəsində bağırsaq şlaklardan, toksinlərdən təmizlənir, çəki itirilir.

Xurma ilə arıqlamaq foto 8

Xurma dietik məhsul kimi

Xurmanın şəkərlə zəngin olması qanda qlükoza səviyyəsini yüksəldir. Aclıq hissi baş ağrıları və yuxululuq törədir. Bundan əlavə xurmanın tərkibində sellüloza və maye azdır. Bu səbəbdən qarında ağrı, qəbizlik yaradır. Sadalanan əlamətlərlə qarşılaşdıqda pəhrizi dayandırın.

Həmçinin vitamin defisiti üz dərisinin təravətini pozur, solğunlaşdırır. Həmçinin immuniteti zəiflədir. Sürətlə arıqladıqdan sonra əvvəlki qidalanma rejiminizə keçsəniz, itirdiyiniz kiloqramları geri alacaqsınız.

Xurma ilə arıqlamaq – razqruzka

Əgər xurmanı xoşlayırsınızsa, həftədə 3 gün razqruzka günləri keçirin. Bu halda həftəyə 1-1.5 kq arıqlayacaqsınız. Ən əsası əhvalınız və dərinizin keyfiyyəti pozulmayacaq.

Xurma ilə arıqlamaq foto 9

Xurma ilə arıqlamaq nə zaman qadağandır?

Dietanın original variantını saxlamaq istəyirsinizsə, öncədən həkimlə məsləhətləşin. Çünki orqanizminizin belə bir stressə dözümlülüyünü yoxlamaq lazımdır. Dieta aşağıdakı hallarda əks-göstərişdir:

  • Şəkərli diabet;
  • Mədəaltı vəzin patologiyaları;
  • Hamiləlik və südvermə dövrü;
  • Mədə-bağırsaq xəstələkləri;
  • Xroniki qəbizlik;
  • Fiziki gərginlik və ağır iş rejimi.

Xurma ilə çəki atmağa çətinlik çəkirsinizsə, digər arıqlamaq yollarını sınayın.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin:
3/5 - (1 vote)
Şərhlər
Bu yazıya ərh yazılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir