Soda ilə arıqlamaq

06 Avqust 2019 Kateqoriya: Arıqlamaq üçün vasitələr Müəllif:
Oxuma vaxtı: 5 dəq Oxunma sayı: 19874
Soda ilə arıqlamaq şəkil
3.8/5 - (34 votes)

Soda ilə arıqlamaq üsulu çoxdan istifadə olunur. Təhlükəsizlik və dozalanma qaydalarına əməl etdikdə yaxşı nəticələr göstərir.

Sodanın köməyilə arıqlamağın faydaları

Soda məhlulunu müntəzəm qəbul etdikdə yağlar parçalanır, piy qatı əriyir. Lakin yadda saxlamaq lazımdır ki, sodanın həddindən artıq qəbulu insan üçün ölümcül ola bilər. Yüksək dozalar mədə qanaxması və digər təhlükəli fəsadlarla nəticələnir. Məhz bu səbəbdən mütəxəssislər soda ilə arıqlamaq metodunun uzunmüddətli tətbiqini dəstəkləmir.

Dietoloqlar soda məhlulunun təhlükəsiz dozalanmasını müəyyənləşdiriblər. Bu miqdar 1 stəkan isti suya ½ çay qaşığı hesab olunur.

Sodanın köməyilə arıqlamağın mənfi təsirləri

  • Ürəkbulanma
  • Qusma
  • Başgicəllənmə və baş ağrıları

Daha ciddi təzahürlərə qarında ağrı, qanlı qusuntu kütlələri, nəcisdə qan aiddir. Bu əlamətlərlə qarşılaşdıqda dərhal xəstəxanaya getmək lazımdır.

Soda ilə arıqlamaq 3 şəkil

Soda ilə arıqlamaq üçün məhlulun hazırlanması

Yuxarıda qeyd edildiyi kimi maksimal olaraq ½ ç.q sodanı 1 stəkan isti suya tökməklə məhlul hazırlanır. Səhər və nahar yeməyindən 30 dəqiqə əvvəl içilir. Onun vasitəsilə 1 həftəyə 7 kq arıqlamaq mümkündür. Sodanı axşam saatlarında içmək qadağandır. Çünki mədə-bağırsaq traktı xəstəlikləri inkişaf edə bilər.

Digər vacib məqam odur ki, mədə-bağırsaq xəstəlikləri zamanı sodalı məhlulu qəbul etmək qəti qadağandır.

Düzgün qaydada soda ilə arıqlamaq

Sodanın orqanizmə zərər vurma ehtimalını nəzərə alaraq, onu aşağıdakı qaydada qəbul etməyiniz məsləhət görülür:

  • Başlanğıcda bıçağın ucu boyda sodanı suya töküb, nahardan yarım saat əvvəl için.
  • Digər günlərdə dozanı tədricən artıraraq, ½ çay qaşığına qədər çatdırın.
  • Sonra gündə 2 dəfə için.

Bu qaydalar mədə-bağırsaq orqanları ilə problem yaşamamağa kömək edir. Dozanı 1.5-2  həftəyə artırmaq olar. Unutmayın ki, maksimal dozanı 3 gün içə bilərsiniz.

Soda və limonla arıqlamaq 4 şəkil

Soda ilə arıqlamaq üçün effektiv üsullar

Sürətli arıqlamaq üçün bu metod əlverişli deyil. Daha çox kiloqram itirmək üçün sodanı digər arıqlamaq yolları ilə birlikdə tətbiq edin.

Soda ilə tez arıqlamaq üçün aşağıdakı üsullardan istifadə edə bilərsiniz:

  • 3 gün ərzində səhər və nahar yeməyindən əvvəl ½ çay qaşığı sodanı suda qarışdırıb için.
  • 1 çay qaşığı sodanı suda həll edib, 3 dəfəyə için. Bu üsulla 1,5-2 həftəyə 7-8 kq arıqlamaq olur.
  • 3-cü variant 3 günə 3-4 kq çəki atmağa kömək edir. Bunun üçün 1 litr suya 1 xörək qaşığı soda, yarım ədəd limonun suyu və ½ çay qaşığı şəkər qatın. Soda və limon arıqlamaq məqsədilə gündə 2-3 dəfə olmaqla yeməkdən 30 dəqiqə əvvəl qəbul edilir. Bu içki qaraciyəri zədələyə bilər. Ona görə də soda limonlu qarışığı 2-3 gündə 1 dəfə içmək lazımdır.

Soda və limonla arıqlamaq 1 şəkil

Soda ilə arıqlamaq üçün vanna

Soda ilə arıqlamağın daha təhlükəsiz yolu bürünmə və vannalardır. Bir prosedura 2 kq-a qədər çəki atmaq mümkündür. 200 qr dəniz duzu ilə sodanı qarışdırıb, isti suda tam həll olana qədər qarışdırın. Onunla 15-20 dəqiqə vanna qəbul edin. Bu metod sellülitdən qurtulmağa, metabolizmi sürətləndirməyə, çəkini azalmağa kömək edir.

Tövsiyə: dəridə qıcıqlanma və quruluğun qarşısını almaq üçün vanna qəbul etdikdən sonra dəsmalla qurulanmayın. Dəriniz öz-özünə quruduqdan bir neçə saat sonra bədəninizə nəmləndirici krem çəkin.

Soda ilə arıqlamaq 5 şəkil

Soda ilə arıqlamaq üçün bürünmə

1 xörək qaşığı sodanı isti suda həll edin. Alınan qarışığı problemli nahiyələrə sürtüb, sellofan ilə sarıyın. Üstünüzü yorğanla örtüb, 30 dəqiqə uzanın. Ardınca isti su ilə yuyunub, dəsmal istifadə etmədən qurunun. Bürünməni gündə 3 dəfə tətbiq etsəniz 2 kq arıqlaya bilərsiniz. Sadəcə dəri örtüyündə yara, dermatit və dermatoloji problemlər varsa, bu üsul icazəli deyil.

Xülasə

Soda ilə 7-8 kiloya qədər çəki itirmək mümkün olsa da, ondan istifadə edərkən çox diqqətli, həm də ehtiyatlı olun.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin:
3.8/5 - (34 votes)
Şərhlər
Bu yazıya ərh yazılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir