Soda limonla arıqlamaq

14 Avqust 2019 Kateqoriya: Arıqlamaq üçün vasitələr Müəllif:
Oxuma vaxtı: 3 dəq Oxunma sayı: 3926
Soda və limonla arıqlamaq şəkil
3.8/5 - (24 votes)

Şişkinliyi azaltmaq, 3-4 kiloqramdan qurtulmaq istəyənlərə amerikansayağı məşhur arıqlamaq yollarından birini – sodanı və limonu məsləhət görürlər. Soda ilə arıqlamaq bəzi qadınlar tərəfindən alqışlansa da, əslində bir qədər təhlükəli metoddur. Çünki soda qələvi maddədir, limonun tərkibində isə turşu var. Ona görə də reseptlərdə göstərilən miqdardan kənara çıxmaq olmaz.

Arıqlamaq üçün sodalı-limonlu qarışıq

Soda limon arıqlamaq üçün istənilən reseptdə 2 xüsusiyyət daşıyır. Ya bu komponentlər birdəfəyə qəbul olunur, ya da əsas maddə kimi limon istifadə edilir. Soda isə bir müddət sonra onu neytrallaşdırır. Variantlar 3-4 günlükdür. İstifadəçilərin rəylərinə əsasən bu yolla 2-4 kq arıqlamaq mümkündür.

Soda limonla arıqlamaq foto 5

Soda limonla arıqlamaq – I variant

Yarım ədəd limonun suyunu sıxın. Sodadan ½ çay qaşığı götürüb, 1 stəkan ilıq su ilə birlikdə həmin qaba əlavə edin. Qarışığı 3 gün səhər saatlarında acqarına için.

Bu reseptin aşağıdakı təsirləri vardır:

  • Yağları parçalayır;
  • Şlakları, toksinləri kənarlaşdırır;
  • Metabolizmi sürətləndirir;
  • Xolesterin səviyyəsini tənzimləyir;
  • Bağırsaqda qazları azaldır.

Qarışığı içməzdən əvvəl qastroenteroloq (mədə-bağırsaq həkimi) ilə məsləhətləşin.

Soda və limonla arıqlamaq 4 şəkil

Soda limonla arıqlamaq – II variant

Yarım ədəd limonun suyunu sıxıb acqarnına için. Limon turşusunun dişləri zədələməməsi üçün ½ çay qaşığı sodanı 1 stəkan suda həll edib, ağzınızı yaxalayın.

Təsirləri:

  • Yağları yandırır;
  • Limonun yüngül sidikqovucu təsirindən ödem (şişkinlik) azalır;
  • Qaraciyərin fəaliyyəti aktivləşir, toksinlər effektiv şəkildə filtrlənir.

Həmçinin rasiondan duzlu, yağlı qidaları, şirniyyatı çıxarmaq məsləhət görülür.

Soda limonla arıqlamaq – III variant

½ limonu sıxın. Üzərinə 25 ml isti su, 10 qram sodanı əlavə edin. Köpüklənmə bitənə qədər qarışdırın. Sonra həmin stəkana 225 ml isti su tökün. Yeməkdən 30 dəqiqə öncə için. 3-4 gündən sonra fasilə verib təkrarlaya bilərsiniz.

Soda və limonla arıqlamaq 1 şəkil

Soda limonlu məhlulla arıqlamaq üçün əks-göstərişlər

Limonla soda aşağıdakı hallarda qadağandır:

  • Hamiləlik və südvermə dövrü
  • Mədə-bağırsaq xəstəlikləri
  • Hipertoniya (yüksək arterial təzyiq)
  • Qanın zəif laxtalanması
  • Şəkərli diabet

Xülasə

Mütəxəssislərin fikrincə limonla sodadan düzəldilən qarışıqların effektivliyi aşağıdır. Ən qorxulusu isə bu tip vasitələr mədə-bağırsaq traktında xora, qanaxma, laxtalanma pozğunluğu törədə bilər. Soda ilə bürünmələr, vannalar daxilə qəbul olunan məhlullardan faydalı sayılır. Seçim qarşısında qalsanız, digər arıqlamaq yollarına üstünlük verin.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin:
3.8/5 - (24 votes)
Şərhlər
Bu yazıya ərh yazılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir