Darçın arıqlamaq üçün

Artıq çəkidən azad olmağın müxtəlif üsulları vardır. Bu məqsədlə idman, pəhriz, arıqlamaq üçün içkilər, kosmetoloji prosedurlar, aparatlar, arıqlamaq üçün kəmərlər, həmçinin ədviyyatlardan istifadə olunur. Sonuncu varianta mixəklə, sarıkök ilə arıqlamaq, çörəkotu ilə arıqlamağı misal göstərmək olar. Darçın arıqlamaq üçün həm yeməklərə, həm də içkilərə qatıla bilər.
Darçın arıqlamaq üçün necə istifadə olunur?
Darçını içkilərə, kokteyllərə, çaylara, bitki dəmləmələrinə və qəhvəyə əlavə edin.
Bunun üçün ½ ç.q. darçını 300 ml qaynar suya əlavə edib, 30 dəqiqə dəmləyin. Hər dəfə qida qəbulundan əvvəl bir neçə qurtum için. Gün ərzində 1 fincan darçınlı su ilə ayın sonunda 1-3 kq arıqlayacaqsınız.
Darçını digər ədəvalarla birlikdə bütün xörəklərin tərkibinə qatın.
Aşağıda pəhriz yeməklərinə və ya normal qaydada bişirilən qidalara əlavə olunan ədviyyatların siyahısı verilmişdir. Onlar həm arıqladır, həm də kökəlmənin qarşısını alır.
Şorbalara – keşniş toxumu, kəklikotu, rozmarin
Ət xörəklərinə – zəncəfil, sarıkök, qarazirə (tmin), mixək
Balığa – reyhan, şüyüd, qara-qırmızı istiot
Tərəvəzlərə – qırmızı və qara istiot, küncüt
Yun parçaya darçın yağını damcıladın.
Yeməkdən əvvəl həmin parçanı ağzınıza tutub dərindən nəfəs alın. Bu aclıq hissini və iştahı azaldacaq. Nəticədə Siz az yeyəcəksiniz.
Darçın arıqlamaq üçün hansı reseptlərdə rast gəlinir?
Bir neçə effektiv içkinin hazırlanma qaydası ilə tanış olun.
Ballı darçınlı kokteyl
İnqrediyentlər
- Kefir – 300 ml
- Bal – 1 çay qaşığı
- Darçın – ½ ç.q
Bütün məhsulları ağzı bağlı qabda qarışdırın və ya şeykerdə silkələyin.
Süd və darçın arıqlamaq üçün kokteyl
Komponentlər
- Az yağlı süd – 250 ml
- Çəyirdəyi çıxardılmış iran və ya ərəb xurması – 4-5 ədəd
- Darçın – 0.5 ç.q.
Xurmaları doğrayıb, üzərinə süd tökün. 1 dəqiqə müddətində qaynadın. Qarışığı süzüb, darçın əlavə edin. Qaynar deyil, isti halda için.
Limonlu darçınlı su
Tərkibi
- İsti su – 300 ml
- Limon suyu – 2 x.q.
- Darçın – 0,5 ç.q.
Limon suyu və darçını isti suya əlavə edin. Yeməkdən 30 dəqiqə əvvəl qəbul edin.
Portağallı darçınlı yoqurt
Komponentlər
- Portağal – 1 ədəd
- Yoqurt – 400 ml
- Darçın – 1 ç.q.
Portağalın lətini yağsız yoqurt və darçınla qarışdırıb, blenderdə xırdalayın.
Mandarinli darçınlı çay
Tərkibi
- Darçının çubuğu – 2-3 ədəd
- Qara çay – 2 ç.q.
- Qaynar su – 500 ml
- 1 ədəd mandarinin ləti (yumşaq hissəsi)
Dəm çaynikinə darçının cubuqlarını, qara çay və mandarin lətini yığıb, üzərinə qaynar su tökün. Dəmlənməyini gözləyin.
Yaşıl çay və darçın arıqlamaq üçün
İnqrediyentlər
- Darçın çubuğu – 2 ədəd
- Yaşıl çay – 3 çay qaş.
- Zəncəfil tozu – ½ çay qaş.
- Təzə qaynamış su – 600 ml
Darçını, yaşıl çayı, zəncəfili dəm çaynikinə atın. Üzərinə su töküb dəmləyin. Suyun çox qaynar olmamasına (təqribən 70°) fikir verin.
Çobanyastığı və darçınla arıqlamaq üçün dəmləmə
Aptekdən çobanyastığı alıb, qutusundakı yazıya əsasən dəmləyin. Sonra həmin qaba 1 ç.q. bal və 1 çimdik darçın əlavə edin.
Kofe və darçınla arıqlamaq üçün içki
Kofeni dəmə qoyun. Qabardıqda ora 2-3 çimdik darçın tozu atın. Ardınca 1 ç.q. limon şirəsi əlavə edin. Yenidən qabardıqda götürün. Şəkər qatmadan için.
Xülasə
Sadalanan ədviyyatların çəki atmaqda rolu çox böyükdür. Təqdim etdiyimiz reseptlərin Sizə fayda verəcəyinə ümid edirik.