Çörəkotu ilə arıqlamaq

11 Avqust 2019 Kateqoriya: Arıqlamaq üçün vasitələr Müəllif:
Oxuma vaxtı: 4 dəq Oxunma sayı: 7578
Çörəkotu ilə arıqlamaq şəkil
4.5/5 - (11 votes)

Gözəllik sektorunda müxtəlif arıqlamaq yolları vardır. Onların bir qismi təbii, digərləri isə süni üsullara əsaslanmışdır. Çörəkotu arıqlamaq üçün təbii vasitələrdən sayılır. Ona el arasında qarazirə deyilir. Bu məqalədə Sizə çörəkotu ilə arıqlamaq yollarını izah edəcəyik.

Qeyd: reseptlərdə qarazirənin konkret miqdarı göstərilməmişdir. Bu isə onun hər bir insan orqanizminə fərdi təsiri ilə əlaqədardır.

Çörəkotu ilə arıqlamaq – limonlu qarışıq

1 stəkan isti suya limon şirəsi qatıb için. Sonra 1-2 çimdik çörəkotunu 1 stəkan isti su ilə (limonsuz) udun. Ardınca 1 çay qaşığı bal yeyin. 2-4 həftə ərzində gündə 2 dəfə yeməkdən əvvəl (səhər və axşam) təkrarlayın.

Çörəkotu ilə arıqlamaq 3 şəkil

Çörəkotu ilə arıqlamaq – növbəti resept

1 çay qaşığı çörəkotunu təzə sıxılmış limon suyunda isladın. Daha sonra 2 gün müddətində günəşin altında qurudun. Vaxt başa çatdıqda qurudulmuş çörəkotundan gündə 2 dəfə 8-10 ədəd yeyin. 1 həftənin tamamında nəticəni görəcəksiniz.

Çörəkotu ilə arıqlamaq qaydası

1 limonu isti suya sıxın. Həmin stəkana çörəkotudan 5-7 ədəd atın. Üzərinə 1 çay qaşığı təbii bal əlavə edin. Hamısını qarışdırıb, birdən için. 1 ay ərzində gündə 1 dəfə qəbul edin. 2 həftə keçdikdə ilkin nəticələr nəzərə çarpacaq.

Çörəkotu ilə arıqlamaq – qarazirə yağının möcüzəsi

Tərkibi vitamin və minerallarla zəngindir. Qarazirə lipid mübadiləsini bərpa edir, metabolizmi sürətləndirir, həzm traktını təmizləyir. Həmçinin iştahı azaldır, qan dövranını yaxşılaşdırır, şişkinliyi aradan qaldırır.

Çörəkotu ilə arıqlamaq 1 şəkil

Çörəkotu ilə arıqlamaq üçün nə etməli?

Birinci ay:

I və IV həftə hər gün səhər yeməyindən əvvəl 1 ç.q. qarazirə yağı, ardınca isə 1 stəkan su için.

II-III həftə səhər və axşam yeməyindən qabaq 2 ç.q. qarazirə yağını 2 stəkan su ilə qəbul edin.

İkinci ay çörəkotu ilə arıqlamaq  

I həftə – 1 xörək qaşığı yağı səhər acqarnına susuz için.

II həftə – 2 xörək qaşığı qarazirə yağını səhər yeməyindən öncə qəbul edin.

III həftə – gündə 3 dəfə 2 xörək qaşığı qarazirə yağı udun.

IV həftə – gündə 2 dəfə 1 ç.q. yağı su ilə için.

İkinci ay yağlı xörəkləri rasiondan çıxarmaq lazımdır.

Çörəkotu ilə arıqlamaq foto 6

Çörəkotu yağını xaricə istifadə etməklə arıqlamaq

Masaj və bürünmə üçün çörəkotu yağını digər efir yağları ilə qarışdırın. Qızılgül, yasəmən, sandal, nanə yağları bu qarışıgı hazırlamağa uyğun gəlir.

Bürünmə və masaj prosedurlarını hər gün təkrarlayın.

Xörəklərə çörəkotu qatmaqla ariqlamaq

Bişirdiyiniz xörəyə gündə 1-2 dəfə 1 x.q. çörəkotu səpin. Müntəzəm şəkildə tətbiq etsəniz, təsirini görəcəksiniz. Yağlı, qızardılmış yeməkləri məhdudlaşdırsanız, daha tez arıqlayacaqsınız.

Çörəkotu ilə ariqlamaq – dəmləmələr

Arıqlamaq çayları və müxtəlif içkilər kimi çörəkotunu da dəmləmə şəklində istifadə edə bilərsiniz.

  • 1 x.q. çörəkotunu 1 stəkan qaynar suya tökün. 15 dəqiqədən sonra süzün. Gündə 3-4 dəfə yeməkdən əvvəl 2 xörək qaşığı için.
  • 1 x.q. çörəkotunun üzərinə 1 stəkan qaynar su əlavə edib, 3 dəqiqə qaynadın. Sonra süzüb, bal qatın. Dəmləməni gündə 3 dəfə 1/3 stəkan olmaqla yeməkdən əvvəl için.
  • 1 stəkan qaynar suya ¾ ç.q. üyüdülmüş çörəkotu, 1 x.q. bal, 1 x.q. darçın əlavə edin. Qarışığı səhər yeməyindən və axşam yatmazdan 30 dəqiqə əvvəl için.

Xülasə

Çörəkotu ilə tərtib olunan reseptləri düzgün hazırlasanız, nəticələrdən razı qalacaqsınız. Ən əsası bu üsul sağlamlığınız üçün də xeyirlidir.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin:
4.5/5 - (11 votes)
Şərhlər
Bu yazıya ərh yazılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir