Kivi ilə arıqlamaq

Kivi orqanizm üçün çox faydalı meyvədir. Sağlam arıqlamaq üçün pəhrizlərin menyusuna daxildir. Kivi ilə arıqlamaq mono (tək tipli) və kompleks dieta şəklində ola bilər.
Kivili pəhrizin müsbət cəhətləri
Alimlərin araşdırmalarına əsasən ət və balıq yeməkləri kivi ilə birlikdə qəbul edildikdə daha yaxşı həzm olunur. Kivinin bağırsağın boşalmasına, nəcisin yumşalmasına da təsiri vardır. Onun tərkibi vitamin və mikroelementlərlə zəngindir.
Kivili pəhrizin mənfi cəhətləri
Qastrit, xora xəstəliyindən əziyyət çəkən, həmçinin allergiyalı insanlara, hamilə və süd verən qadınlara, şəkərli diabet xəstələrinə bu pəhriz əks-göstərişdir.
Kivili dietada icazə verilən məhsullar
- Meyvə və tərəvəzlər
- Soyutma yumurta, yağsız ət, süd məhsulları, balıq
- Dənli bitkilərin (düyü, qarabaşaq, yulaf və s.) sıyığı
- Sitrus meyvələri
Kivili dietada qadağa qoyulan ərzaqlar
- Yağlı, qızardılmış, duzlu qidalar, şirniyyat
- Spirtli içkilər
Kivi ilə arıqlamaq – 2 əsas qayda
- Orqanizmin təmizlənməsi üçün gün ərzində ən azı 1.5 litr su için.
- Arıqlamaq idmanları ilə məşğul olun, aktiv həyat tərzi keçirin.
Kivi ilə 3 günə arıqlamaq
Bu dieta 3-4 kiloqram arıqlamaq üçündür. Ağır pəhrizlərdən sayılır.
- 3 sutka müddətində hər gün 5 kivini yeyin.
- Günə 2 litr su için
Kividən yeyib, həftəyə 7 kq arıqlamaq
Bu menyu 1 həftəlikdir.
- Səhər oyandıqda 1 kivini azacıq yulaf əzməsi ilə yeyin.
- Nahara qədər kivini blenderdən keçirib, smuzi şəklində için.
- Nahar vaxtı kivini doğrayıb, 200 qram kəsmiyə qatın və onunla qidalanın.
- Axşam yeməyində kivini və 30 qram qozu yoqurta əlavə edib yeyin.
Kefir və kivi ilə arıqlamaq
Orqanizmi təmizləyir və 1-2 kilo çəkidən azad edir. Pəhrizi 1-3 gün saxlaya bilərsiniz.
Gün ərzində 5-6 kivi yeyin, 1%-li 1 litr kefir için. Və ya bu 2 məhsuldan blenderdə arıqlamaq üçün kokteyllər hazırlayıb için.
Kəsmik və kivinin köməyilə arıqlamaq
Dieta 3 günlük müddətində saxlanılmalıdır.
- Səhər vaxtı – istədiyiniz sıyıq
- Nahara qədər atışdırma – 1 ədəd soyutma yumurta
- Naharda – tərəvəz şorbası və çoban salatı
- Axşama qədər 3-4 dənə kivini yeyə bilərsiniz
- Axşam – yağsız kəsmik
Şorba, salat və sıyıq 1 nəfərlik porsiyada yeyilməlidir.
Südlü çay və kivi ilə arıqlamaq
Piy qatını yandırmaq və bağırsaqları təmizləmək üçün 1 gün boyu səhərdən axşama qədər 5 ədəd kivi yeyin, 1.5 litr südlü çay için. Südlü yaşıl çay arıqlamaq üçün aşağıdakı reseptlə hazırlanır:
- 5 xör.qaş. yaşıl çayı qaynayan 1.5 litr südə tökün
- Ardınca su hamamında 10 dəqiqə də qaynadın.
Alma və kivili 3 günlük ekstrim pəhriz
Bu rasion çox ağır və mürəkkəbdir. Siyahıdakı məhsullar 1 nəfərlik porsiyada yeyilir.
- Hər səhər – yulaf əzməsi, qatıq və ya yoqurt
- Nahara qədər – 2-3 alma
- Günorta – alma, kivi, 1 xör.qaş. baldan ibarət salat. Salatın üstünə yoqurt tökə bilərsiniz.
- Axşam yeməyinə qədər – kefir
- Axşam vaxtı – 2-3 kivini alma ilə yeyin.
Qreyfrut və kivi ilə arıqlamaq
Kivi və qreyfrut ilə arıqlamağın bu forması 1-3 gün davam edir. Qidalanma rasionu belədir:
- Gün ərzində 5 ədəd yetişmiş qreyfrut və eyni miqdarda kivi yeyin.
- Minimum 2 litr su için.
Kələm və kivi ilə arıqlamaq
Dieta 5 günlükdür. Meyvə salatına banan və üzümdən başqa 2-4 növ meyvə qatmaq olar. Kələm salatı isə çiy kələm, kök və xiyardan hazırlanır.
- Səhər yeməyi – meyvə salatı və çay
- Nahara qədər – alma ilə atışdırma
- Günorta yeməyi – kələm salatı
- Axşam yeməyinə qədər – az miqdarda qoz
- Axşam vaxtı – kivi, kefir
Arıqlamaq üçün kivili kokteyl
Tərkibi
- Kivi – 2 ədəd
- Naringi (mandarin) – 1 ədəd
- Portağal – 1 ədəd
- Xurma – 1 ədəd
Meyvələrin qabığını soyub, blenderdən keçirin. Gün ərzində 1.5 litr kokteyl içmək tələb olunur.
Kivi ilə nə qədər arıqlamaq olar?
3 günlük dietalarda fərdi şəkildə 2-2,5 kq, həftəlik pəhrizlərdə isə 4-5 kq, bəzən hətta 6 kq çəki itirmək mümkündür.
Xülasə
Pəhrizdən çıxarkən gündəlik qidaları tədricən daxil edin ki, orqanizm yüklənməsin.