Arıqlamaq üçün salatlar

14 Avqust 2019 Kateqoriya: Arıqlamaq üçün pəhrizlər Müəllif:
Oxuma vaxtı: 6 dəq Oxunma sayı: 12448
Arıqlamaq üçün salatlar şəkil
4.6/5 - (9 votes)

Hamıya məlumdur ki, kökəlmənin əsasında düzgün qidalanmamaq dayanır. Bəs arıqlamaq üçün nə yemək lazımdır? Salat hazırlamağa vaxtınız varsa və eləcə də yeməyi sevirsinizsə, Sizə az kalorili arıqlamaq üçün salatları təqdim edirik.

Arıqlamaq üçün salatlar – süpürgə effekti

Orqanizmdən şlakları süpürgə kimi təmizləyən mükəmməl salatdır. Bağırsaqları boşaldır. Bu salat hamiləlikdən sonra arıqlamaq istəyən qadınlar üçün əsl tapıntıdır. 2 həftə ərzində axşam yeməyini salatla əvəz etməklə, 5 kq-dan çox itirə bilərsiniz.

İnqrediyentlər

  • kələm, kök, alma, çuğundur, dəniz kələmi (laminariya) – hər birindən 100 qr
  • qara gavalı qurusu – 50 qr
  • limon suyu – 3 ç.q.
  • bitki yağı – 3 x.q.

Tərəvəzlərin qabığını soyduqdan sonra sürtkəcdən keçirin. Həmin qaba limon suyu, bitki yağı və gavalı qurusu əlavə edin. Məhsulları yaxşıca qarışdırın. Duz və ya digər ədviyyatlar qatmayın. Bu salat kələmlə arıqlamağa üstünlük verənlərə çox uyğundur.

Arıqlamaq üçün salatlar foto

Arıqlamaq üçün salatlar – fırça

1-ci reseptdəki eyni tərəvəzləri sürtkəcin iri gözündən keçirin. Ancaq bu dəfə kələmi 200 qram götürün. Tərəvəzləri qarışdırıb, əlinizlə əzin ki, suyu çıxsın. Gavalını doğrayın. Sonra limon suyu və bitki yağı qatıb yeyin. Bu salat orqanizmi “fırça” kimi təmizləyir.

Arıqlamaq üçün salatlar – doyumlu yemək

  • kök, çuğundur, bərk alma – hər birindən 3 ədəd
  • qaysı, qara gavalı qurusu – hər birindən 4 ədəd
  • nar – 1 ədəd

Ərzaqları kubik formasında doğrayın. Narı dənələyib əlavə edin. Sonda yağsız mayonez qatıb, qarışdırın.

Arıqlamaq üçün salatlar foto 7

Arıqlamaq üçün salatlar – yenilik

Bu salatın kalorisi o qədər azdır ki, istədiyiniz qədər yeyə bilərsiniz. Hazırladıqdan sonra soyuducuda 2 saat saxlayın.

İnqrediyentlər

  • xiyar – 2 ədəd
  • şəkər əvəzedici – 15 qram şəkərə bərabər
  • şüyüd – 1 dəstə
  • sirkə
  • duz

Xiyarların qabığını soyub, nazik halqa şəklində doğrayın. Aşsüzənə töküb, yaxşıca duzlayın. Qabın ağzını boşqabla örtüb, üzərinə yük qoyun ki, suyu çıxsın. 30 dəqiqədən sonra xiyarları soyuq su ilə yuyub, boşqaba yerləşdirin. Ayrı bir qazana 3 xörək qaşığı su, şəkər əvəzedicisi və sirkə töküb, qaynadın. Soyumağını gözləyin. Doğranmış şüyüdü bu qarışıqda yaxşıca əzin. Ardınca xiyarın üstünə şüyüdü əlavə edib, soyuducuya qoyun.

Arıqlamaq üçün salatlar foto 1

Arıqlamaq üçün salatlar – bibərli resept

Salatın tərkibində bulyon və tərəvəzlər vardır. Onu isti, ya da soyuq halda yeyə bilərsiniz.

İnqrediyentlər

  • rəngli bibər – 2 ədəd
  • pomidor – 3 ədəd
  • kəvər – 2 ədəd
  • yaşıl soğan, cəfəri – 1 dəstə
  • tərəvəz bulyonu
  • duz

Bibərləri uzun-uzun doğrayın, kiçik pomidorları ortadan bölün. Kəvəri və yaşıl soğanı xırdalayıb, bütün məhsulları temperatura davamlı şüşə qaba tökün. Ora 3 x.q. bulyon əlavə etdikdən sonra, 30 dəqiqə müddətində 180° temperaturda sobada saxlayın. Hazır olduqda üzərinə cəfəri səpin.

Arıqlamaq üçün salatlar foto 2

Arıqlamaq üçün salatlar – yaşıl resept

İlin bütün fəsillərində bu salatı hazırlaya bilərsiniz. Tərkibində mayonez olmasına baxmayaraq, aşağı kalorilidir. Məlumdur ki, göyərti insanı doydurmur. Mayonez isə orqanizmə doyumluluq vermək, obrazlı ifadə etsək “bədəni aldatmaq” üçündür.

İnqrediyentlər

  • kahı – 1 dəstə
  • xiyar – 2 ədəd
  • turp, şüyüd, yaşıl soğan, cəfəri – hərəsindən 1 dəstə
  • duz – istəyə görə 1 çimdik duz (artıq olmaz)
  • mayonez – 1 xörək qaşığı

Bütün məhsulları doğrayın. Duz və mayonez əlavə edib, qarışdırın. Hamısını 1 dəfəyə yeyə bilərsiniz.

Arıqlamaq üçün salatlar foto 8

Arıqlamaq üçün salatlar – kərəvizli resept

Kərəviz C vitamini ilə zəngindir. Onun hesabına orqanizmdə xolesterolun miqdarı azalır.

İnqrediyentlər

  • kərəviz – 4 sap
  • kələm – 0,5 kq
  • xiyar – 3 ədəd
  • baş soğan – 2 ədəd
  • bitki yağı
  • ½ limonun suyu
  • cəfəri və ya şüyüd

Kələm və kərəvizi xırdalayın. Xiyarı uzun və nazik doğrayın. Ərzaqları qarışdırıb, əlinizlə bir az əzin. Həmin qaba zeytun və ya günəbaxan yağı, limon suyunu da əlavə edib, yaxşıca qarışdırın. 10-15 dəqiqə gözlədikdən sonra üzərinə göyərti səpin.

Arıqlamaq üçün salatlar foto 3

Arıqlamaq üçün salatlar – fantaziya

İlk baxışdan ərzaqlar arasında uyğunluq görünməsə də, salat çox dadlıdır. O həm iştahı kəsir, həm də orqanizmə fayda verir.

İnqrediyentlər

  • kərəviz – 300 qram
  • alma – 250 qram
  • kök – 1 ədəd
  • aşağı kalorili xama – 100 qram
  • qoz ləpəsi – 6 ədəd
  • portağal – ½ ədəd
  • duz və şəkər – 1 çimdik

Alma, kök və bişmiş kərəvizi sürtkəcdən keçirin. Qozu xırdalayıb, ora əlavə edin. Şəkər, duz və xama qatıb yaxşıca qarışdırın. Salatı boşqabınıza töküb, portağal dilimləri ilə bəzəyin.

Arıqlamaq üçün salatlar foto 9

Xülasə

Sadalanan reseptlər, yəni arıqlamaq üçün salatlar un məmulatı istifadə etmədən, yəni çörəksiz arıqlamaq üçün nəzərdə tutulmuşdur. Sağlam arıqlamaq üçün dietaların həftəlik menyularında belə salatlar geniş istifadə olunur.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin:
4.6/5 - (9 votes)
Şərhlər
Bu yazıya bir şərh yazılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir