Arıqlamaq üçün nə yemək lazımdır?

Artıq çəkisi olan insanlar idmanla yanaşı, qidalanma tərzinə də fikir verməlidir. Bəs arıqlamaq üçün nə yemək lazımdır? Təbii ki, rasiondan un məmulatları, şirniyyat, şəkər qatılmış içkilər çıxarılmalıdır. Pəhrizdən zövq almaq üçün xörəklər az kalorili olmaqla yanaşı, həm də dadlı hazırlanmalıdır.
Arıqlamaq üçün nə yemək lazımdır – Nanəli kök
Reseptdə qeyd olunmuş ərzaqların miqdarı 4-6 porsiya üçün nəzərdə tutulmuşdur.
İnqrediyentlər
- Xırdalanmış kök – 300 qr
- Çəyirdəksiz kişmiş – 1/2 stəkan
- Limon suyu – 2 xör.qaş.
- Bitki yağı – 2 xör.qaş.
- Doğranmış nanə yarpaqları – ¼ stəkan
Nanədən başqa bütün komponentləri qarışdırıb, 30 dəqiqə soyuducuda saxlayın. Süfrəyə verərkən üzərinə nanə səpin.
Arıqlamaq üçün nə yemək lazımdır – Qırmızı bibər və xiyar salatı
Tərkibi
- Xiyar – 3 ədəd
- Qırmızı bolqar bibər – 1 ədəd
- Limon şirəsi – 3 xör.qaş.
- Zeytun yağı – 1 xör.qaş.
Xiyar və bibəri halqa şəklində doğrayın. Yağ və limon şirəsi əlavə edib, yaxşıca qarışdırın.
Arıqlamaq üçün nə yemək lazımdır – Qəhvəyi düyü salatı
Tərkibi
- Suda qaynadılmış qəhvəyi düyü – 1 stəkan
- Kərəviz – 3 sap
- Çəyirdəksiz zeytun – 50 ədəd
- Göy soğan – 1 dəstə
- Bişmiş kök – 2 dənə
- Təzə xiyar – 2 dənə
Sous üçün
- Kanola yağı – 1/3 xör.qaş.
- Xırdalanmış cəfəri – 2 x.q. .
- Limon suyu – 2 x.q.
- Şəkər – 1/2 ç.q.
Düyünü xiyar, kök, soğan və zeytunla qarışdırıb, üzərinə sous tökün.
Arıqlamaq üçün nə yemək lazımdır – 5 dəqiqəyə hazırlanan şorba
Resept
- Soyutma yumurta – 1 ədəd
- Xiyar – 1 ədəd
- Şüyüd – 1 dəstə
- Göy soğan – 1 dəstə
- 1%-li kefir – 1 qutu
Yumurta və xiyarı orta ölçülü kubik şəklində doğrayın. Şüyüdlə göy soğanı xırdalayın. Məhsulları qarışdırıb, kefir və 1 çimdik duz qatın.
Arıqlamaq məqsədilə nə yemək lazımdır – Tərəvəz şorbası
Tərkibi
- Kərəviz – 3 sap
- Qırmızı turp – 1 dənə
- Çuğundur – 1 dənə
- Kök – 1 dənə
- Qabaq (kabaçok) – 1 dənə
- Batat yumrusu (kartof növü) – 1 dənə
- Cəfəri – 1 dəstə
- Bitki yağı – 2 x.q.
- Dəfnə yarpağı, qara istiot dənələri.
Tərəvəzləri yuyub kubik şəklində doğrayın. Onları qazanda suya əlavə edib, 10 dəqiqə bişirin. Sonda xörəyə dəfnə yarpağı və istiot qatın.
Arıqlamaq məqsədilə nə yemək lazımdır – Kələm şorbası
Tərkibi
- Kolrabi kələmi – 1 ədəd
- Gül kələmi – 1/3 ədəd
- Ağ kələm – 300 qr
- Yağsız süd – 1 stəkan
- Su – 3 stəkan
- Zövqə görə istiot
Kələmi doğrayın. Qazanda südü su ilə qarışdırın. İstiot əlavə edib qaynamaq həddinə çatdırın. Ardınca qazana kələmləri tökün. 20 dəqiqə qaynadıqdan sonra altını söndürün.
Arıqlamaq üçün nə yemək lazımdır – Buxarda balıq
İnqrediyentlər
- İstənilən yağsız balığın filesi – 3 dənə
- Kök – 1 dənə
- Duz
- Balıq üçün ədviyyatlar
Kökü uzunsov doğrayın. Multivarkanın kasasına ½ stəkan su töküb, onun xüsusi qabına kökü səpin. Balığı duzlayın, sonra hər iki tərəfinə ədviyyat səpin. Balığı multivarkaya qoyub, buxar rejimini seçin. 30 dəqiqə bişirin.
Arıqlayarkən nə yemək lazımdır – Kök kotleti
Komponentlər
- İri ölçülü kök – 3 ədəd
- Bal və ya şəkər – 1 xörək qaşığı
- Manna yarması – ½ stəkan
- Zeytun yağı
Azacıq duz qatılmış suda kökləri bişirin. Sonra sürtkəcdən keçirin. Üzərinə manna əlavə edib qarışdırın. Alınan kütlədən kotletlər düzəldin və mannaya batırın. Tavada zeytun yağını yaxşıca qızdırıb, kotletlərin hər iki tərəfini qızılı rəngə çalana qədər qızardın.
Arıqlamaq məqsədilə nə yemək lazımdır – Alma souslu toyuq
İnqrediyentlər
- Toyuq – 1 dənə
- Alma sirkəsi – 1/2 stəkan
- Su – 1 stəkan
- Bitki yağı – 3 xör. qaş.
Toyuğun dərisini soyub, yağlı hissələrini kənarlaşdırın. Əvvəlcə alma sirkəsi, daha sonra bitki yağı ilə toyuğu sürtün. Termodavamlı şüşə qaba su töküb, toyuğun bel tərəfini suya yerləşdirin. 30-35 dəqiqə bişirin.
Xülasə
Arıqlamaq üçün reseptlərdən bir neçəsini nəzərinizə çatdırdıq. Arıqlamaq üçün pəhriz yeməkləri düşündüyünüzdən fərqli olaraq, heç də dadsız deyildir. Belə reseptlərin yeyərək arıqlamaq istəyənlərin ürəyincə olacağını düşünürük. Ancaq unutmayın ki, hər şey həddində olmalıdır. Dietik qidalar normal miqdarda qəbul edildikdə xeyirli, həddindən artıq istifadə olunduqda isə əksinə təsir göstərə bilər.